Steemit Engagement Challenge ||💖💙||Season2, Week #4 ||💚|| My work life and Steemit || club5050. Mənim dünyamda Steemit 😍 by @urcah.com

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir olsun. Nəhayət, steemitazerbaijan topluluğunda yarışma ayının sonuncu həftəsinə gəlib çatdıq. Bundan əvvəlki yarışmalarda da iştirak etmişəm. Bu yarışmada da iştirak etməyə qərar verdim. Əvvəl özüm haqqında onu deməliyəm ki, mən bir müəlliməyəm. Ömrümü gələcəyimizin savadlı, dərrakəli, geniş dünyagörüşünə malik olaraq yetişməsinə çalışmaqla keçirirəm.

IMG_20220627_145233.jpg

Steemit platformasının veteranlarından sayıla bilərəm. Nə az, nə çox, 3 ildən çoxdur ki, bu platformanın aktiv yazarlarındanam. Nəyə görə steemit? Bir müəllimin steemitlə nə bağlılığı ola bilər ki?

Screenshot_20220627_145500.jpg

Steemitlə tanışlığım @revan746 ilə birbaşa əlaqəlidir. Buraya da onun təklifi ilə gəldim. Boynuma alıram ki, ilk baxışda platformanın texniki baxımdan çətin olduğunu və burada paylaşım etməyin çətinliyini dəfələrlə @revan746 ilə müzakirə etmişdik. Onu bezdirdiyim də az olmayıb:) Sonra alışdım. Bu platforma mənim həyat tərzimə çevrildi. Hal hazırda platformada dönüb dolaşan hər hadisədən xəbərim var və iştirakçı olmağa çalışıram. Yuxarıda dediyim kimi mən bir müəlliməm və yazı savadım, fikrini ifadə edə bilmə və ümumiyyətlə cəmiyyət içində çox olmağım mənə steemit platformasında post yazaraq həm maddi, həm mənəvi qazanc əldə etməyimi sağlayır.

Screenshot_20220627_145632.jpg

İşimi sevirəm. İnsanın uşaqlarla, gənclərlə işləməsi çox gözəldir. Təmiz beyinlərdən çox şey öyrənirsən. Belə bir söhbət eşitmişdim. NASA bir statistik təcrübə aparır. Əvvəlcə 35 yaşlarında insanlar üzərində yaradıcılıq test aparılır. Daha sonra 20 yaşlılar, daha sonra 15 yaşlılar və sonda 5 yaşlı uşaqlar arasında bu test aparılır. Məlum olur ki, 5 yaşında uşaqların yaradıcılıq qabiliyyəti böyüklərinkindən qat-qat yüksəkdi.

Screenshot_20220627_144215.jpg

Screenshot_20220627_152647.jpg

Hər gün yeni hadisələr, yeni söhbətlər, yeni görüntülər imkan verir ki, steemitdə təptəzə orjinal postlar paylaşım. İnternetdə götürülmə şəkillərlə post paylaşdığım yadıma gəlmir. Heç buna ehtiyac da yoxdur. Gördüyüm hər hadisəni hekayələşdirib post yazmağı sevirəm. Steemit sanki bizdən hekayə ustası yaradır, dil qabiliyyətimizin zənginləşməsinə səbəb olur. Bu platformada saxtalığa yer yoxdur. Plagiata yol verilmir. Şəffafdır. Burada vaxt itirilmir. Evdə oturduğun yerdə, işlədiyin vaxt yorulub əl saxladığın vaxtda qalareyanı qurdalayıb burada maraqlı post paylaşa bilirsən. Bunun da maddi qarşılığını alırsan. Bundan gözəl nə ola bilər ki.

IMG-20220625-WA0045.jpg

IMG-20220623-WA0012.jpg

Bir neçə ay bundan əvvəl steemitazerbaijan toplululuğunun başbilənləri ölkəmizdə işıqlı gəncləri steemitlə tanış etmək və onların bu platformada aktiv şəkildə iştirak edərək həm maddi, həm də mənəvi cəhətdən qazanması üçün Steemit student adlı layihəyə imza atdıq. Tələbə gəncləri steemitə cəlb etmək üçün bir çox işlər gördük. Steemitazerbaijan platformasında tələbə gənclər də var. @gulaybagirzade həm mənim qızım, həm də tələbədir. Eyni zamanda mənim steemit dostumdur. Deməli, bura həm də ailə platformasıdır. Burada @famil, @orxan, @yusif və bir çox başqaları kimi dostlar qazanmışam. Təsəvvür edin, bu kagızların içində itib batırsan.

IMG-20220621-WA0054.jpg

IMG-20220621-WA0053.jpg

Yorulursan, bezirsən və telefonu əlinə alıb STEEMİT tuşunu basırsan. Bütün yorğunluğun yadından çıxır. Yuxarıda adını çəkdiyim steemitdaşları bu yarışmada iştirak etməyə çağırıram. Oxuduğunuz üçün təşəkkürlər.
@urcah.com

Sort:  

Mothers who are teachers are always so good in the classroom and to their students. Teaching is such a demanding job that requires more than just classroom duties. You’re mother and so you understand how delicate children are.

Thank you for sharing.

 2 years ago (edited)

Salamlar. 🙋🏻‍♂️

Gördüm komment hissə boş qalıb. Telefonu götürdüm düşündüm ki, nəsə dınqıldadım(bunu ingiliscəyə çevirmək bir balaca asan olacaq) Çox gözəl və ətraflı qeyd etmisiz. Məncə @revan746 həyatla barışıb, mövcud vəziyyətə alışmalı olub. Adamda "Dəvə Səbri" var🤣 Jurnalı görüb çox kövrəldim. Yadıma bilirsiz nə düşdü? Məktəb vaxtı qiymət jurnalını oğurlayıb yandırmağımız. "2" qiyməti alanlar üçün sinif yoldaşlarımızla bu ağılsızlığı etdik. Uşaqlıq işte... İnanın ki, məktəb vaxtı etdiklərimə görə çox üzülürəm. Düzdü çox hoqqabaz olmamışam. Amma hərdən qırıladayırdımki, çorbada mənim də duzum olsun. 😉

MÜƏLLİMLİK - müqəddəs peşədir. ALLAH Sizi hər zaman var etsin AMİN İNŞƏƏALLAH 🤲

  • Gözəl mərhum şairimiz, ədəbiyyatşünaslıq.... Bəxtiyar Vahabzadənin gözəl bir şeiri ilə MÜƏLLİMƏ olan fikirlərimi bildirmək istəyirəm.

Müəllim! Gözəldən gözəldir bu söz.

Körpə könüllərdə məşəl yandıran!

Hələ yazılmamış, hələ qırışsız,

Hamar beyinləri cilalandıran.

Müəllim! Tez durub gec yatanımsan,

Bu gün, sabahımı yaradanımsan!

  • Bu şeiri tam versiyada oxumaq istəyənlər üçün linki də əlavə edirəm

link

 2 years ago 

Orxan, çox təşəkkür edirəm diqqətinə görə. Hiss edirəm ki, məktəb illərin boşa getməyib. Yazı savadın, dünyagörüşün, bir dənə çatışmazlıq var. Onu da çadramı başıma almağa hər zaman hazıram 🙏

 2 years ago 

Təşəkkürə ehtiyac yoxdur. Buyurun xoşdur. Gözəl sözlərə görə də minnətdaram 🙏 Çatışmazlıq mövzusuna gəldikdə cümlənin davamını oxumadan artıq hədəfin nəyə tuşlandığı fikrimdə formalaşmışdı. İNŞƏƏALLAH o da olar🤲

Smiles
You are both to your son, as amother and as a teacher, being a teacher is a good profession, little will you know you have impacted knowledge in the next president the state, i see people dont hive value ti this profession and it is a pain to me, reminiscing all my teacher went through for me to become competent and courageous, brilliant and smart does days if my elementary school, then i tagged here cruel, but today am here praising her to bringing out ttmhe best in me.

I hope they continue to give value to this profession of a teacher

Greetings and blessings

 2 years ago 

You are right. Teaching is a very difficult but also an honorable profession. The responsibility is also great. Thank you for reading and commenting🥰

Yiu are welcome

That's some really impressive information you shared. Children at the age of 5 are more creative than adults just wow!. I admire your dedication and consistency to steemit. People like me are looking for your type of longevity experience

 2 years ago 

While working with children, I witness very interesting events. Indeed, children can remember more information than we do. Yes, I've been in steemit for a long time. Thanks for reading😊

You are welcome

I can be considered a veteran of the Steemit platform. I have been one of the active authors this platform for more or less 3 years.

Wow you into the veteran on this platform 3 years. I believe I just read your daughter's post I was talking about you it means the family is really about the platforms Steemit.

I can also see a lot of teachers on this platform it's a great job it's a great. Keep doing your job if you were not a good teacher you were not brought your daughter into the platform.

This was a beautiful post good luck in the contest

 2 years ago 

Çok güzel bir meslek icra ediyorsun canım hazreti Ali'nin bir sözü vardır bizde bana bir kelime öğretenin kırk yıl kölesi olurum şeklinde.

Sitemit'te çok güzel aktiflik sağlıyorsun. Kendini sürekli geliştiriyorsun arkadaşım. duygularına harika ifade etmişsin paylaşımını çok beğendim Ellerine sağlık. 🙏❤️

 2 years ago 

Çox təşəkkür edirəm yorumun üçün. Burada həqiqətən maraqlıdır. Həm də sənin kimi gözəl insanlarla tanışmak fürsəti də var❤️

Teaching children is a noble job, you have shared positive things with the nation's children, I think in addition to your busy work, you also had time to make posts In steemit, you have done a lot, I salute you.

 2 years ago 

I love my music and steemiti. They complement each other. Thank you for your feedback😊

It is really nor easy to be both, a teacher and a mother can be so stressful but God will see you through. Greetings!

 2 years ago 

You are right. Thank you for your feedback😊

It is indeed a pleasure.

Teaching is a very nice job which creates a connection from one soul to another. You're doing well in building great minds of future tomorrow. The nation is secured with teachers like you.

It's nice meeting another veteran of this platform. Thanks for sharing your noble job with us

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.029
BTC 57839.82
ETH 3132.70
USDT 1.00
SBD 2.43