You are viewing a single comment's thread from:

RE: Steemit Engagement Challenge ||💖💙||Season2, Week #4 ||💚|| My work life and Steemit || club5050. Mənim dünyamda Steemit 😍 by @urcah.com

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salamlar. 🙋🏻‍♂️

Gördüm komment hissə boş qalıb. Telefonu götürdüm düşündüm ki, nəsə dınqıldadım(bunu ingiliscəyə çevirmək bir balaca asan olacaq) Çox gözəl və ətraflı qeyd etmisiz. Məncə @revan746 həyatla barışıb, mövcud vəziyyətə alışmalı olub. Adamda "Dəvə Səbri" var🤣 Jurnalı görüb çox kövrəldim. Yadıma bilirsiz nə düşdü? Məktəb vaxtı qiymət jurnalını oğurlayıb yandırmağımız. "2" qiyməti alanlar üçün sinif yoldaşlarımızla bu ağılsızlığı etdik. Uşaqlıq işte... İnanın ki, məktəb vaxtı etdiklərimə görə çox üzülürəm. Düzdü çox hoqqabaz olmamışam. Amma hərdən qırıladayırdımki, çorbada mənim də duzum olsun. 😉

MÜƏLLİMLİK - müqəddəs peşədir. ALLAH Sizi hər zaman var etsin AMİN İNŞƏƏALLAH 🤲

  • Gözəl mərhum şairimiz, ədəbiyyatşünaslıq.... Bəxtiyar Vahabzadənin gözəl bir şeiri ilə MÜƏLLİMƏ olan fikirlərimi bildirmək istəyirəm.

Müəllim! Gözəldən gözəldir bu söz.

Körpə könüllərdə məşəl yandıran!

Hələ yazılmamış, hələ qırışsız,

Hamar beyinləri cilalandıran.

Müəllim! Tez durub gec yatanımsan,

Bu gün, sabahımı yaradanımsan!

  • Bu şeiri tam versiyada oxumaq istəyənlər üçün linki də əlavə edirəm

link

Sort:  
 2 years ago 

Orxan, çox təşəkkür edirəm diqqətinə görə. Hiss edirəm ki, məktəb illərin boşa getməyib. Yazı savadın, dünyagörüşün, bir dənə çatışmazlıq var. Onu da çadramı başıma almağa hər zaman hazıram 🙏

 2 years ago 

Təşəkkürə ehtiyac yoxdur. Buyurun xoşdur. Gözəl sözlərə görə də minnətdaram 🙏 Çatışmazlıq mövzusuna gəldikdə cümlənin davamını oxumadan artıq hədəfin nəyə tuşlandığı fikrimdə formalaşmışdı. İNŞƏƏALLAH o da olar🤲

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.029
BTC 57956.22
ETH 3126.99
USDT 1.00
SBD 2.45