Pəl qutabı

in tr •  last month

Qutabın çox növü var ; pendir, ət, qarın, göy, pəl. Hər birinin fərqli və ləziz dadı-tamı var. Pəl qutabı isə yalnız yaz mövsümündə olan və dadı-tamına görə digər növləri üstəliyən qutab sayılır. Pəl bitkisi meşələrdə və bataqlıq olan ərazilərdə, əsasən çürüntək olan məkanlarda bitir.
IMG_20190324_224745.jpg
https://goo.gl/images/XBYYFb
Özüm yığmadığımdan qonşu qəsəbəyə pəl almağa getdim, çox axtardıqdan sonra, bir yerdə insanların toplandığını gördüm. Bu toplantı isə yeni pəl gətirən maşının yanında idi. Pəli görən camaat maşının üzərinə axın etmişdi. Tələm-tələsik özümü çatdırdım ora. Evdən bir dəstə almağımı demişdilər, ancaq həyəcandan üç dəstə aldım. Qiyməti də münasib idi, bir manat. Satıcı 30 dəstə gətirmişdi ki, 5 dəqiqə içərisində satıldı.
Nəhayət, vaxt çatdı qutabı bişirib yeməyə.
InShot_20190324_225804329.jpg
Axşam olduğundan, həmçinin havanın soyuq olduğundan sacda yox, evdə sobada bişirildi. IMG_20190324_201240.jpgƏlbəttəki, o pəli təmizləyib - bişirən yəni, ən çox əziyyəti çəkən anam idi. Bütün yeməklər kimi, qutabı da ləzzətli bişirmişdi.IMG_20190324_201326.jpg
Pəl qutabı da digər qutablar kimi, turşu və qatıq ilə yeyilir. Bir az təbiilik olsun deyə turşəng yığıb gətirmişdim, şəkildə boşqabda olan yaşıl bitki odur.IMG_20190324_201312.jpg
Yeyən zaman şəkil çəkmək yadıma düşmədi, həmdə əlim yağlı idi. Böyük olmasına baxmayaraq beşin yeyəndən sonra doydum və pəl qutabı haqqında məlumatı siz üçün paylaşmağı düşündüm. Sevgi ilə bişən yeməyin dadı unudulmaz olur.

Oxuduğunuz üçün təşəkkürlər.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Bu da neydi gecə gecə:))

·

Bu bir başlanğıc idi) 😈