Şəhidlər ölməz, Vətən bölünməzsteemCreated with Sketch.

in #kryptonia6 years ago

Azərbaycanın paytaxtı Bakı şəhəri. WhatsApp Image 2019-03-01 at 18.17.17.jpeg
Dünya səviyyəsində tanınan və gözəlliyi ilə xarici turistlərin axınına səbəb olan gözəl şəhərdir. Keçmiş əsrlərdən güclü dövlətlərin buraya olan maraqları neftin sayəsində olmuşdur. Azərbaycan Respublikasının ərazisinin 20%-i isə ermənilər tərəfindən işğal edilmişdir. Bu şəhərin və bu dövlətin gəlib bu günədək ad qazanmasında əsas rolu olan isə şəhidlərimizdir. Bu gözəl vətənimiz bizə şəhidlərimizdən yadigardır. "Torpaq uğrunda ölən varsa vətəndir" şüarı bunu təsdiqləyir. Onlar canlarını fəda etməsəydi indi Azərbaycan dövləti yox idi və Rusiya kimi böyük dövlətlərin əsarətində saxlanılaraq dini, dili və adətləri dəyişmişdi. Bunu təsəvvür etmək belə çətindir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə rus ordusuyla erməni birləşmələri tərəfindən Bakıda qətliam olmuş və 147 nəfər şəhid olmuşdur.20181110_154016.jpg
O gecənin şəhidləri şərəfinə şəhərin ən yüksək yerində salınmış olan ''Şəhidlər Xiyabanı'' yerləşirki , turistlərin gələrkən bura ilə yaxından tanış olmaları və "Qanlı yanvar" faciəsi ilə məlumatlandırılmaları vacibdir.20181110_153534.jpg
1992-ci il 26 fevral soyuq qış ayında silahsız, dinc əhaliyə qarşı tarixdə iyrənc iz buraxan erməni vəhşiliyi baş verdi. 613 nəfər vəhşicəsinə öldürüldü 1275 nəfər əsir alındı, 487 nəfər isə yaralanaraq ermənilərdən qurtuldu. Xocalının o dəhşətli görüntülərini Çingiz Mustafayev lentə alaraq dünyaya tanıtdı və o da Qarabağ döyüşlərini lentə alarkən elə çəkiliş anında düşmən gülləsinə tuş gəlir və ayağından alteriya damarından yaralanan Çingiz güclü qanaxmadan elə öz ölümünü çəkərək şəhid olur.

Artıq o faciədən 27 il ötüb keçib, amma, xalqın və tarixin yaddaşından silinməyib. Bakıda o faciəni özündə əks etdirən " Ana fəryadı" abidəsi ucaldılmışdır.WhatsApp Image 2019-03-01 at 19.50.16.jpeg
Bakıya gələn xarici qonaqların bu abidəylə tanış olmaları və ermənilərin, günahsız Azərbaycan millətinə etdiyi vəhşiliklərdən xəbər tutmaları gərəklidir. Hal hazırda "Xocalı Faciəsi" rəsmi olaraq 17 ölkədə tanınır. Amma, 27 ildir ki ermənilərin tapdağı altında qalıb və təəssüflər olsun ki, alınması üçün ciddi tədbirlər görülməmişdir.
Qədim odlar diyarı olan Azərbaycan Respublikası şəhidlərin qanıyla yoğrulmuş olan torpaqlar üzərində möhkəmlənib dayana bilmişdir.
Qısa da olsa verdiyim məlumat əlbəttə ki, yetərli olmadı, amma, bir vətəndaş kimi vətənimin başına gətirilən bu faciələri dünyanın sosial medyasına çatdırmağı özümə borc bildim...

by @samedli

#justiceforKhojaly
#genocide

Sort:  

Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Congratulations @samedli! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You got more than 10 replies. Your next target is to reach 50 replies.

Click here to view your Board
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

Do not miss the last post from @steemitboard:

Carnival Challenge - Collect badge and win 5 STEEM
Vote for @Steemitboard as a witness and get one more award and increased upvotes!

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63315.26
ETH 2668.31
USDT 1.00
SBD 2.79