Steemit Enagement Challenge ||Season 2, Week 3 || My technology world, ♥️club5050. Mənim köməkçilərim. by @urcah.com

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir olsun. Necə varsınız? Bizim evdə də azdan çoxdan texnoloji bir şeylər var. Dedim qoy mən də yazım. Yazmasam, @revan746 bir il qaşqabaq eləyəsidi:).Əvvəlcə onu deyim ki, başda bəyaz əşyalardan tutmuş ən kiçik texnoloji olan mobil telefona qədər hər birinin həyatımızda yeri var. Adam düşünə də bilmir ki, insanlar onlar icad olunmamışdan əvvəl necə yaşayırmış.

Screenshot_20220625_150751.jpg

Özü də etiraf etməliyik ki, bizi də olduqca tənbəl öyrədiblər. Məsələn paltaryuyan maşın. Ən sevdiyim paltaryuyan maşındı. Çünki, kişilər bilməz qadınların iki sevmədiyi iş var. Biri paltar yumaqdı. Çox ağır işdi və paltaryuyan maşınların ən gözəl özəlliyi ondadı ki, paltarlar artıq sıxılıb demək olar ki, quru şəkildə maşından çıxır.ikinci ağır iş ütü işidi. Ağır da deməyim. Adamın ərindiyi iş. İndiki ütülər çox rahatdı. Xüsusilə də buxar ütüləri.

IMG_20220625_150300.jpg

Texnolojidən danışıb televizordan necə söhbət açmayasan axı. Televizorlar da az müddət ərzində nəhəng bir təkamül keçmişlər. Əvvəlki televizorların kanalını dəyişmək üçün evdən kimisə ikna etmək əməllicə işgəncə idi. Müasir televizorlarda şükürlər olsun ki, belə problem yoxdu. Yalnız pultu divanın ya kreslonun altına salmayıb, itməkdən qorumaq lazımdır. Televizor həm də böyük bir Youtube deməkdi. Çox sevdiyimiz serialın bölümünü qaçırmısınız? Qəm yeməyin, YouTube sağ olsun, bir də televizor. Uyğun olduğunuz vaxtda qoşun, baxın.

IMG_20220625_150443.jpg

Canım noutbukum. İçində bir dünya var. STEEMİT daxil olmaqla bütün dünya bunun içindədi. Ekranına da nahaq yerə pəncərə adı qoymayıblar. Hərə də öz pəncərəsindən baxır bu dünyaya. Həm tələbə, həm müəllim, həm şagird, ümumiyyətlə hamıya lazımdı kompüterlər. Çünki Google adlı bir okean var, hamımıza lazım olan məlumatlar orada var.

Screenshot_20220625_160107.jpg

Bu da mənim mobil telefonumun ekran şəkli. Gördüyünüz kimi həm saat yazılıb, həm də bu gün mənim atdığım addımların sayı. Həm də ayın tarixi. Ekran şəklini istədiyiniz cür dəyişə bilirsiniz. Çox adam övladlarının, itinin, pişiyinin şəklini qoyur. Mən belə mücərrəd rəsmləri sevirəm. Əvvəllər adamlar iş başlamaq istəyəndə qabaqcadan hava proqnozunu öyrənmək istəyirdilər. Alın sizə hava proqnozu.

Screenshot_20220625_160037.jpg

Və ya qadınlar bir yemək, şirniyyat bişirmək istəyəndə bir birlərinə xəbər göndərirdilər, ya zəng edirdilər. İndi mobil telefondakı proqramlar sizə istədiyiniz məlimatı verə bilir. Getdiyiniz, əyləndiyiniz, olduğunuz yerdən fotolar çəkib əzizlərinizə atın, WhatsApp durumu qoyub sevmədiklərinizi qıcıqlandırın:)

IMG-20220625-WA0039.jpg

Müsabiqə postumun sonuncu texnolojisinin adını yazmayacağam. Zəhmət çəkib özünüz tapın adını. Hər evdə var, olmaması mümkün deyil.

IMG_20220625_160207.jpg

Fürsətdən istifadə edib bu yarışa iştirak etmək üçün @revan746@cameron99 u dəvət edirəm. Başbilənlərimiz onlardı. Gəlib yazsınlar. Oxuduğunuz üçün təşəkkürlər.

Sort:  

@tipu curate

;)

--
This is a manual curation from the @tipU Curation Project.

 2 years ago 

soyuducu)) xaladelnik))

 2 years ago 

Adam uruscax biliyo🤭

 2 years ago 

steemit azerbaijan.jfif
Status Club
club5050
Steemexclusive
No Plagiarism Free
BOT Free
350 Words
Post Quality
8.5/10


Wonderful
There is a world behind the screen you say, I respect your writing skill, and google, there is an ocean of information.
You have so many technical products, am curious Is it an app registered on your device that counts the number of walks every day?

 2 years ago 

Thank you for your feedback. Yes, I measure my steps every day. If it is less than I expected, I will increase it.😊

Haha, is that a form for a prescription from a health sector

 2 years ago 

Walking was the best medicine. Excellent help for all diseases:)

I agree, dmhowbcan I activate such in my phone?
Any instructions

 2 years ago 

Of course. Available on all phones.

Oh well, i need to search my phone😂

heçnəyi deyə bilmərəm bu tozzsovuran dadaza çatıbda😀

 2 years ago 

Ona da paxıllığınız tuturmu? 😄

I love your writing style. It's really good. Technology has made life easy and has definitely come to stay. In these days we don't need to stress anymore. Everything is easy especially if you can afford the tech

 2 years ago 

I'm glad you like it. Technology has really made our lives easier.😊

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 59007.49
ETH 2658.92
USDT 1.00
SBD 2.44