Steemit Enagement Challenge ||💛💙||Season2, Week #2 ||💛💚|| My Choice is My Fashion !!! By @orxan-m-50

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam aleykum STEEMIT COMMUNITY...🙋🏻‍♂️

Sabahınız, axşamınız, gecəniz - bir sözlə hər vaxtınız xeyirli olsun.🙏 Everyone How are You? How is life?
Vaxt tapıb, həyatdan ilhamlanıb nəhayət ikinci yarışmaya qoşula bildim. Həmişəki kimi çox həyəcanlı və maraqlı hisslərlə post yazmağa başladım. Təkrarçılıq kimi olmasın Yarışa qoşula bilmək özü bir qələbədir mənim üçün. #steemitazerbaijanın hesabına bir çox gözəl insanlarla ünsiyyətdə olub dostluqlar qazanmışam. Bu insanlar həm zahirən həmdə, daxilən gözəldirlər. İndiyə qədər qarşılaşdığım ən gözəl sistem və topluluqdur bu STEEMİT COMMUNİTY. Ola bilər haradasa sözlərlə, şəkilçilərlə bağlı nəsə səhvliyim olar. Üzürlü sayın. Bunu həyəcanla bağlı ötürək getsin 😉

IMG_20220618_190458.jpg

Dostlar telefonumda şəkil qalereyasını eşəliyib ortaya nəsə çıxartmağa çalışdım. Ola bilər birdən post çox uzun və sıxıcı görünsün bunun üçün bacardığım qədər qısa danışıb bir neçə şəkil ilə postumu tamamlayacağam. Bilirəmki, yarışa qoşulanlardan foto seçimi çox olub. Bir neçəsi ilə kifayətlənib post paylaşıblar. Amma mənim özüm üçün bir neçə düşündüyüm 5-6 fotodan ibarət olmur. Hələ bəzi fotoları yükləyib təzədən sildimki, post bir balaca yığcam alınsın.
Qısaca olaraq geyim tərzimdən xırda giriş olaraq sizlərlə bölüşüm. Adama deyərlər girişi artıq keçmisəne. Keç əsas məsələyə😂 Dostlar çox yüksək kompleksli insanam. #steemit-azerbaijan -ın sayəsində bəzi komplekslərimi qıra bilmişəm. Komplekslərimə görə çox da çeşidli rənglər geyinə bilmirəm. Üstünlük verdiyim tünd rənglərdir. Ən çox ağ, qara və tünd göy rəngli geyimlərdən istifadə edirəm...

IMG_20220618_174142.jpg

Fotodan bunu aydın seçmək olur. Qohumum toyuna gedirdim. Geyindiyim geyim tərzim də göz görə-görə ortada. Qara köynək, qara şalvar və tünd göy rəngli pencək😉 Evdən məni qınayırdılarki, toya da qara geyinməzlər. Nə edime huyum böyle...

  • Boy : 1,80 m.
  • Çəki : 85 kq(hal-hazırda)
  • Kostyum ölçüm : 52/6
  • Kurtka ölçüm : 52
  • Köynək ölçüm : XXL
  • Şalvar ölçüm : 34
  • Ayaqqabı ölçüm : 43-44(bəzən də 43/10) firmanın qəlibindən asılıdır...
    Çiyin, kürək ,qol bunları heç vaxt ölçməmişəm və ölçdürməmişəm. Ölçüləri bilmədiyim üçün qeyd edə bilmirəm.

2022-06-18 16-17-51.png

Bu da köhnə vaxtlarımdan görüntülər. Geyim mağazasından köynək almışdım. Ağ köynək və üzərində nazik xırda xətlər. Digər fotonu isə iş yerimdə çəkdirmişdim. Tünd göy rəngli üzəri xırda ağ nöqtələri olan köynək və qara şalvar.😎

IMG_20220618_181930.jpg

#steemitazerbaijan və Steemit Topluluğuna olan rəğbətimdən belə bir şəkil yaratdım.😍 Profisional olmasam da nəsə yaratmağa çalışdım. 😂

2022-06-16 21-06-33.png

Dostlar mən saqqal saxlamağı xoşlayanam. Saqqalsız çox gənc görünürəm bu da mənə sıxıcı gəlir. Hətta saqqala görə dəvət olunduğum işə yox demişəm. Çox təəssüfki, həmin iş yerində işləmək üçün üz təmiz vəziyyətdə olmalıdır. Bu da mənim işimə yaramırdı. Ara-sıra(ildə bir dəfə yada 2ildən bir) üzümü tam təraş edirəm ki, üzümün dərisi biraz nəfəs alsın. Bu tərsliyimi özümdə heç bəyənmirəm.🤦🏻‍♂️

IMG_20220501_102955.jpg

Bu da tərzim olan köynəklərdən digəri.

IMG_20220618_172056.jpg

Bibimoğlu ilə alınan məzəli söhbətlərimizdən biri. Fikri verin tərzlər arasındakı fərqə😂

IMG_20220618_173103.jpg

Yəgin ki, bu rəng də yaraşır.☺️

IMG_20220618_171348.jpg

Bibimoğlu qonaq gəlmişdi. Zarafat üçün şlyapası ilə şəkil çəkdirdim. Görənlər bəyəniblər.Amma bunula mən çölə çıxıb rahat gəzə bilmərəm.

IMG_20190724_180037.jpg

İdman üslubu sevirəm. Klassik də öz yeri var. İdman üslubunda özümü çox rahat hiss edirəm.

HMqBg5l2HJI.jpg

Dostlar saç stili olaraq bunu deyə bilərəm. Uşaq vaxtımızdan eşitdiyimiz bərbərə de, "polboks" vəya "sportivni" qırxsın. Bəzən də yandan qəşəng bir dənə də tağ ayırırdılar. Dünyanın səkkizinci möcüzəsi də deyə bilərdim. Çünki, ayrılan izlər bəzən o dərəcə genişlikdə olurdu ki, hətta kosmosdan görmək olardı😂

2022-06-18 20-40-03.png

Vaxtilə saçımı arxaya doğru daradığım da olub. Daha sonra "almanka" stilinə keçdim. Nəhayət geri dönüş edərək köhnə sadə saç stilimə qayıtdım.

IMG_20210322_015324.jpg

  • Zinət əşyaları xoşlayan deyiləm. Bəlkə də, komplekslərimlə əlaqədardır. Əvvəllər qol saatından istifadə edərdim. İndi artıq mənə mənasız kimi gəlir. Ümumiyyətlə xırda-para əlavə əşyalardan istifadə etməyi xoşlamıram. İstifadə edənlərə də pis baxmıram. Amma bəzən olurki, rastlaşdığım insanlarda yersiz əşyalar çox olur. Mənə də çox maraqlı gəlirki, belə rahat necə gəzə bilirlər. Təbii ki,öz seçimləri və öz tərzləridir.

CGPuo34_NU4.jpg

IMG_20220618_203214.jpg

2022-06-18 20-47-02.png

  • Ümid edirəm yorucu olmadım.

Dostlar hələlik bu qədər. Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram ALLAH Sizdən razı olsun postlarınız bol steemli olsun AMİN İNŞƏƏALLAH 🤲

Sort:  
 2 years ago 

steemit azerbaijan.jfif
Status Club
club5050
Steemexclusive
No Plagiarism Free
BOT Free
350 Words
Post Quality
9/10


 2 years ago 

Thanks🙏

 2 years ago 

Əla qardaş. Yazı da əla, elə yazı yazan özü də 👍qaqadı)). Səni elə indidən Təbrik edirəm. Onu da bəri başdan deyim ki, bu postun seçilməsi tərəfkeşlik zad kimi qəbul oluna bilməz. Çün ki hər şey göz qabağındadır. Ümid edirəm ki, "Sədrimiz yekə tərzlərə " meyil salmaz😉

 2 years ago 

Əla günün olsun Qardaşım.AMİN. İNŞƏƏALLAH🤲 Gücüm çatandan bunu da edə bildimsə nə xoş mənə. Təşəkkür edirəm. @yusif79 -u gətirə bilmədin də bura😂 Sabahkı günü nəzərə almasaq artıq seçimə sayılı saatlar qalıb. Xeyirlisi ALLAHdan.Hər kəsə uğurlar.AMİN İNŞƏƏALLAH🤲

 2 years ago 

@yusif79 dedi ki siz mənim tərzimi, dəbimi başa düşə bilməzsiz, sizin zövqüvüz olsaydı mən qulağ asdığım mahnılara qulaq asardız. @revan746-la mənə də dedi ki siz çuşqasız siz nə bilirsiz zövq nədi —"ay brat ay brat"

 2 years ago 

Onun işi getdikcə çox çətinləşir. ALLAHA acıq getməsin. Onu görəndə PENTİUM4-3 yadıma düşür🤦🏻‍♂️ Onu babat format etmək lazımdı. Götürsə win8- yükləyək bəlkə düzələr, birdən birə win11 onu gücə salar)))

 2 years ago 

😄😄😄😄👍👍👍

 2 years ago 

Orxan, qara quraların dalbadal postlarına baxıb birdən sən rastıma çıxanda nətər sevindimsə😍😍😍

 2 years ago 

Çox sağ olun. ALLAH Sizi hər zaman sevindirsin. AMİN İNŞƏƏALLAH 🤲

I think everything about your fashion is great stating from.the haircut, the dressing cuth and the difference shoes style for I really appreciate this your wonderful entrance

 2 years ago 

Salam aleykum My Friend. Thanks for All. But I love black and dark color. I'm so much happy, because You are evaluate My post. Again thank You🙏

Thank you so much for for shopping by and I really appreciate you for that

 2 years ago 

I want say that : I thanks to Steemit Curators and Steemit Community. Because they are make this platform. And here we find friends and learn about other countries, nations and their customs and traditions. This is very interesting for Me. So much important here between people have honor, repect to each other and others peaple too. I think this is the best important for People.👍 Thanks for read🙏

Thank you for this well detailed explanation about your choice of fashion. Indeed, I can see that you have a great taste for fashion and all your styles suits you perfectly.

From your sentence below, I think you are right because you look better with beards.

Friends, I like to keep a beard. I look very young without a beard, which is boring for me.

Thanks for sharing with us, best regards!

 2 years ago (edited)

Thanks My Friend for All🙏 But My Mom, Aunts, Uncles and others people which they are to Me near and acquainted always says shave Your beard...🤦🏻‍♂️😂

Hahahaha. Please don't oo 😄
You are welcome and do have a great day!

The subject of fashion you have beautifully presented to us today. You've worn a variety of outfits and shared them with us. I also used to wear a lot of shirts, but now I like t-shirts a lot.

 2 years ago 

Thanks for All🙏 And thanks replied to My post

 2 years ago 

Superdi qardaş. Çox maraqlı özün və geyim tərzin haqqında da ətraflı məlumat vermisən.

 2 years ago 

Təşəkkür edirəm Qardaşım.🙏

Congratulations on a being a winner in the Steemit Engagement Challenge - Season 2, Week 2.

 2 years ago 

Thanks🙏

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.033
BTC 62934.09
ETH 3118.65
USDT 1.00
SBD 3.85