#club100// Steemit Enagement Challenge ||💛💙||Season2, Week #2 ||💛💚|| My Choice is My Fashion !|| by @gulaybagirzade. Bu tərzdirmi?)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, gecəniz xeyir. Necəsiniz? Adətən qoşulduğum müsabiqələrdə bir az fiaskoya uğrayıram, amma yenə də davam etmək istəyirəm. Topluluğumuzun yeni həftənin müsabiqəsinə qoşulmağı qərara aldım. Dəb nədir? Əlbəttə ki, sənə yaraşan. Bacardığım qədər mənə yaraşanı geyməyə çalışıram. Bu paltar isə mənim qarderobumda ikinci dondur:)

Collage_20220614_233228.jpg

Adətən, spor geyimlərə üstünlük verirəm. Ümimiyyətlə, cins şalvarlar həyatımıza elə daxil olubsa, onsuz mümkün olmur. Həm də bu zərurətdən doğur. Bax, bu yuxarıda gördüyünüz paltarı bu günlərdə aldım. Bakının küləyində sizcə, onu geyinmək olar?) Təbii ki, yox. Mən də onu iyulda bir qohumumda toy olacaq, orada geyinmək üçün aldım. Özü də 35 manata. Steemlə nə qədər eləyirsə, @revan746, ya da @famil desin.:)

Screenshot_20220614_233848.jpg

İkinci zəif yerim papaqdı. Bu papağı sevə-sevə almışam. Özü də onlayn satış vasitəsilə. İki rəngini gətizdirdim. Papaq artıq mənim üçün sevdiyim aksesuara dönüb. Nəyi pisdir ki?) Yayda günəşdən qoruyur, qışda soyuqdan. Dostlarım mənim papaqlı halımı çox sevirlər. Elə mən də:)

Collage_20220615_001252.jpg

Deməli, yaşıl qulaqlı papağı mənə hədiyyə ediblər. Hədiyyə edən adam da ağlına gətirmirdi ki, mən bu papaqla akademiyaya dərsə gedərəm. Bir dəfə akademiyadan şəkil göndərəndə adam şok yaşadı. Qrup qızları papağıma rəsmən bayıldılar. Bacıma da birini almışam:)

IMG-20220529-WA0056.jpg

IMG-20220529-WA0053.jpg

IMG-20220529-WA0051.jpg

Növbəti sevdiyim aksesuar ( bu söz bu yazacağım əşyaya düz gəlir, ya yox, bilmirəm) maskadı. Bəli, bildiyiniz maska. Yəqin çox fərqli yanaşma olacaq, amma mən maskanı çox sevdim. Qışda maskanın tayı bərabəri yoxdu. O bir el misalı var ha, filankəsin ağzı isti yerdədi, maska məsələsi o məsəlin hərfi mənasıdı. Hər rəngini sevirdim. Mənə elə gəlir ki, maska gigiyenik funksiyadan başqa estetik funksiya da daşıyırdı. Təvazökarlıqdan uzaq olsa da, maskanın mənə yaraşdığını düşünürəm.

Screenshot_20220614_234341.jpg

Screenshot_20220614_234135.jpg

Sıra gəldi eynəyə. Akademiyaya qəbul olunanda bəzi dərslərimizin onlayn keçirildiyini öyrəndik. Onlayn dərs eyni zamanda uzun müddət kompüter qarşısında oturmaq deməkdi. Bu da göz üçün böyük təhlükə deməkdi. İlk işimiz qoruyucu eynək almaq oldu. İndi yumru şüşələri olan eynəklər dəbdədi. Bu cür eynəklərdən istifadə etmirsinizsə, çox səhv edirsiniz. Həqiqətən gözləri mükəmməl qoruyur. İlk vaxtlar eynəklə küçəyə çıxa bilmirdim. İndi o kompleksi atmışam, çox şükür :)

IMG-20220610-WA0056.jpg

O ki qaldı bijuteriyaya, çox da nəzərə çarpmayan kiçik boyunbağı və ya qolbaq taxmağı sevirəm. Genəldə bəzək düzəklə o qədər də aram yoxdu.

Screenshot_20220614_234725.jpg

Screenshot_20220614_234049.jpg

IMG_20220614_233610.jpg

Belə. Rəfiqəm Zərifə ilə şəhərə çıxmağı sevirəm. Mənə elə gəlir ki, bizim həm sadə, həm də cəlbedici bir tərzimiz var. Sonda demək istəyirəm ki, ən gözəl dəb sənə yaraşanı geymək deməkdi. İnsan bədən ölçülərini nəzərə alaraq geyinsə lap əla olur.

IMG_20220614_235044.jpg

Məncə, bu postu bəyənməmək və ona səs verməmək günah olar:) Müsabiqəyə @revan746@famil də qoşulsalar əla olar. Diqqətiniz üçün çox təşəkkürlər 😊

@gulaybagirzade

Sort:  
 2 years ago 

Əla post, səmimi fikirlər. Çox Bəyəndim. Təşəkkürlər @gulaybagirzade

 2 years ago 

Bəyəndiyinizə sevindim😊

 2 years ago 

Sadəlik ən bahalı dəbdir. Heç vaxt dəbdən düşməyən dəb)

You are so pretty on harts.
Thanks for showing your choice of fashion. The first picture where you wore a dress is so pretty.

Don't you guys use uniform fashion for weddings in your country?

 2 years ago 

No. Everyone dresses the way they want. I'm glad you like it. Thanks.

You are welcome

 2 years ago 

steemit azerbaijan.jfif
Status Club
club100
Steemexclusive
No Plagiarism Free
BOT Free
350 Words
Post Quality
9.5/10


You look amazing dear. The hat fits you perfectly well. I just love your simple but unique kind of fashion.
Good to read your choice of fashion!
Greetings

 2 years ago 

Thanks 🥰

Wow your dressing style is so nice and you are very beautiful in hats. It is lovely to see a girl that knows her thing.

Good luck in the contest. You can also engage with me through My link

This is a very wonderful fashion for I really appreciate you

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.031
BTC 60354.53
ETH 2608.25
USDT 1.00
SBD 2.54