Yeni lahiyə. "Steemiti hər kəsə anlat və Steem dollar(SBD) qazan"

in #az6 years ago

Azərbaycan Steemit qrupu olaraq hər kəsə salamlar.

Məlum məsələ ki, Steemit platformasında hər ölkə öz qrupunu yaratmış(discord üzərindən), Azərbaycandan da qatılan istifadəçilərin toplaşdığı bir qrup var əslində. Amma sıralarımızda olanlar, aktiv yazanlar təəssüf ki, çox azdır.
@bot-az olaraq və @bot-az -a yardım və dəstəklərini əsirgəməyən dostların köməyi ilə belə bir simvolik olsa da bir lahiyə, proje həyata keçirmək istədik.

17114453_kardeslik.jpg

Hər kəs öz ərtafına, yaxın bildiyi insanlara Steemit platformasını anlatsın, internet üzərindən pul qazanmaq mümkün olduğunu anlatsın, "yox, hamısı boş-boş söhbətlərdir" mifini dağıtmaq zorundayıq.
Örnəyi Türkiyə olaraq baxsaq, Türkiyədən Steemitə qoşulanların sayı 2000 nəfərin üzərində, az rəqəm deyil. #tr tağı müəyyən səviyyələrə gəlmiş. Biz də bunu başara bilərik.
-Necə?
-Sizinlə.!!!!
Rövnəq müəllim demiş,"niyə də yox?"!!!
Lahiyə necə olacaq? Qısası çox sadədir, siz insanlara, yaxın ətrafınıza kriptovalyutalar, steemit haqqında məlumat verirsiz, inanın mütləq kimlərdəsə maraq olacaq, buraya gəlmək istəyəcək. Gerisi bizdə, hər cür dəstəyi, məlumatı verməyə hazırıq.

JPEG_20180317_171330.jpg

Lahiyə topluluq adına düzənlənmiş bir işdir. Hər kəs kimi isə dəvət edirsə və hesab açmağa yardımçı olur və bura dəvət edir, ilk tanıtım yazısını, postunu yazır, hər bir yeni qatılan istifadəçiyə ilk yazısına müəyyən miqdarda gəlir əldə etməsi üçün pul yardımı ediləcək.

Təzə qoşulan istifadəçilərə yardım etmiş köhnə steemitçilərə də hər istifadəçi adına #2Steem_dollar (SBD) hədiyyə kimi təqdim ediləcək.
Lahiyə ödülü, hədiyyəsi kiçik olsa da motivasion baxımından müəyyən bir etkisi olacağına inanırıq.
Müddət olaraq hələlik 14 gün olmasını qərara aldıq.
21 iyuna qədər nələr olacağına baxacayıq, əgər gözəl nəticələr versə davan edəcəyik.
Yazını oxuyan, Azərbaycandan qoşulan hər kəsdən xahiş edirəm paylaşsın ki, daha çox insanın görməsinə, oxumasına nədən olsun.
Öncədən hamınıza təşəkkür edirəm, hər kəsin fəal olacağına inanıram. (O məhşur filmdə deyildiyi kimi "söhbət Steem dollarda deyil, əsas olan sosiallaşmaqdır").

1
2

Sort:  

Azərbaycan Steemit qrupu discord

Əla iş görürsünüz @bot-az. Daima başarılar diləyirəm. İnşallah bizdə bu layihənin layiqli iştirakçılarından olarıq.

Dostlar sağ olsun, hər birinizin dəstəyini görmək istərdim. Yaxşı yerlərə yüksələcəyimizdən əminəm.

Xeyirli olsun

Xeyirli olsun

Çox sağ ol.

Çox gözəl bir layihədir. Azərbaycan dili klaviaturasından istifadə etməyin vaxtıdı. Biz ingilisin "w" hərfini biliriksə onlarda "Ə Ş" hərflərini istifadə etməsələrdə ən azınnan tanımalıdırlar.
Özümdə daxil olmaqla bir çox sözlərin Azərbaycan dilində olan qarşılığını bilmirik çünki istifadə etmirik öz dilimizin zənginliklərindən.
Ümidvaram davamlı olar. Uğurlar #az tağına.

Sənin də iştirak edəcəyinə inanıram. özün hərbi xidmətə gedirsənsə bir davamçı tap da sonra get :)
@miri97

Hə heyif ki 1 il olmayacam. Ona görə həvəsdən duşmuşəm. post filanda yazmlram. Ama gelim yaxşı məşğul olacam. O vaxta #az tağı ümid ediremki trendler siyahısında olacağ)

Heç şübhən olmasın. :)

Xeyirli olsun. Həci bala demiskən "Azərbaycanda bir dənə qrup var oda Steemit Azerbaijan qrupudu".

Çox sağ ol, sənin daha aktiv olacağına inanıram.

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.033
BTC 62934.09
ETH 3118.65
USDT 1.00
SBD 3.85