Yalnış anlaşılan ifadələr.

in tr •  3 months ago

Deməli, nənəmiz bir az ağır çəkili qadındı. Əslində bir az yox, lap əməlli başlı ağır çəkili qadındı. Həm də ibtidai sinif müəlliməsi.


Sovet dönəmlərində ən fəal müəllimlərdən biri olub. İndikilər xatırlamaz, o vaxtlar məktəblərdə günüuzadılmış qruplar var idi. O qruplarda uşaqlar dərsdən sonra da məktəbdə qalıb yeyib içirdilər. Ev tapşırıqlarını məktəbdə yerinə yetirirdilər. Sonra həmin gözəl təcrübəni avropalılar və amerikalılar bizdən oğurladılar Az tv demişkən. Bizə qalmadı. Necə deyərlər, başqalarına ağıl verirsən, özünə qalmır kimi bir şey. Mətləbdən uzaqlaşmayaq. Nənəmiz bir qrupun uşaqlarını sıraya düzüb elan edir ki, indi sizi yeməyə aparacam. Uşaqların canına vəlvələ düşür. Sıraya bir ağlaşma düşür ki, gəl görəsən. Uşaqlar elə bilir ki, müəllimə bunları özü yeməyə aparır. Müəllimənin ağır çəkili vücudunu görüncə buna heç şübhələri qalmır. Sözüm onda yox, dilimizdəki sözlər bəzən elə yanlış anlaşılır ki, heç altından çıxa bilmirsən. İndiki dövrdə dilimiz türk sözləri ilə dolub. Uşaqlar ümumiyyətlə türk kanallarına baxdıqları üçün lap çox istifadə edirlər. Məsələn, o gün qızımın doğum günüdür. Qızım mənə deyir ki, nə yaxşı ki, mən doğdum, anne. Yəni doğuldum demək istəyir. Həmin o ağır çəkili nənəmiz uşağın üstünə bir qışqırıq ki, tərbiyəsiz söz danışma. Əslində ən yaxşısı susmaqdı. Gəlin susanda dilmizin gözəlliyinə riayət edərək susaq.

 

image


Posted from my blog with SteemPress : https://wolfofsteemit.000webhostapp.com/2018/09/yalnis-anlasilan-ifad%c9%99l%c9%99r

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Congratulations! This post has been upvoted from the communal account, @minnowsupport, by wolf from the Minnow Support Project. It's a witness project run by aggroed, ausbitbank, teamsteem, someguy123, neoxian, followbtcnews, and netuoso. The goal is to help Steemit grow by supporting Minnows. Please find us at the Peace, Abundance, and Liberty Network (PALnet) Discord Channel. It's a completely public and open space to all members of the Steemit community who voluntarily choose to be there.

If you would like to delegate to the Minnow Support Project you can do so by clicking on the following links: 50SP, 100SP, 250SP, 500SP, 1000SP, 5000SP.
Be sure to leave at least 50SP undelegated on your account.

Congratulations @wolfofsteemit ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 2560 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.