Şəki şəhəri

in #tr5 years ago

Azərbaycanın qədim və tarixi məkanlarından sayılan gözəl Şəki şəhəri. Şəki xan sarayı, Karvansaray, Cənnət bağı, Xan bağı, Gələrsən görərsən qalası, Alban məbədi və s. kimi məhşur yerləri vardır.

Şəki şəhəri şirniyyatları və yeməkləri ilə digər bölgələrdən fərqlənir. Şəki deyəndə ilk yada düşən yemək "piti", ilk yada düşən şirniyyat isə "Şəki halvasıdır".


Həmçinin bura gələn hər kəs bu cür tarixi şəhərdən yadigar olaraq qədimi olmasa da kiçik bir suvenir, təsbeh yaxud antikvar bir əşya alır. Bunun üçün küçələrdə kiçik yarmarkalar vardırki, çoxlu əl işləmələri və rəsm əsərləri açıq satışdadır.




Mənzərəsini isə seyr etdikcə doymaq olmur. Göylərə ucalan dağların təpələrini görmək olmur, çünki çox zaman yarıya kimi bulud olur.
Hətta bu dağlara aprel ayında da qar yağır.


Yaz və payız aylarında dağlardan enən çis-duman şəhərə və kəndlərə yayılır və şəhərdə daim sərinlik olur.
Şəhərin içəri yollarına daş döşənib və taxtadan hazırlanmış qədim evlərin yola çıxan balkonları mənzərəni tamamlayır. Bu yolları yürüyərkən çox rahatlıq tapırsan, sanki insanları özünə ovsunlayır bu mənzərə. Yürüdükcə yürümək istəyirsən.

Dünən Şəki üçün təşkil olunmuş tura qoşuldum və gəzintidən xoş xatirələrlə ayrıldım. Gəzintini isə yeni paylaşımda anladacam.
Oxuduğunuz üçün təşəkkürlər….


(Steem press)



Posted from my blog with SteemPress : https://samedli.000webhostapp.com/2019/04/s%c9%99ki-s%c9%99h%c9%99ri
Sort:  

Güzel paylaşım ve fotoğraflar için teşekkürler @samedli. Devamını da merakla bekliyor olacağım. #gezi olarak da etiketlersen güzel olur, gözümüzden kaçmaz.

Teşekkür ederim @damla. Asıl fotoları #gezi paylaşımına sakaladım. Çalışacam benden çok resimler anlatsın. Yakın zamanda paylaşıcam.


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Congratulations @samedli! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You made more than 300 upvotes. Your next target is to reach 400 upvotes.
You received more than 4000 upvotes. Your next target is to reach 5000 upvotes.

You can view your badges on your Steem Board and compare to others on the Steem Ranking
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

Vote for @Steemitboard as a witness to get one more award and increased upvotes!

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.032
BTC 64117.78
ETH 3112.19
USDT 1.00
SBD 4.23