Düşüncə Gücü

in steemix •  21 days ago

Uzaq qalasan insanlardan, sosial mediadan, işdən, səni özünə bağlayan hər şeydən. IMG_20190129_134557.jpg Dalasan bu meşəyə, sadəcə gəzəsən. Bu yaşıllıqları seyr edərək, təbiətin ahəngləri içində itib batasan.
Yalnız quşların nəğməsi, küləyin zərif ətri, meşənin dərinliklərindən gələn çayın füsunkar şırıltsı eşidilir və biranda insanı özündən alır, sanki özünü yuxudaymış kimi hiss edərsən. Həzz alasan hər içinə çəkdiyin o meşənin soyuq havasından. Xəzanların arasından boylanan çiçəkləri dərib, çəkəsən qoxusunu ciyərlərinə. Bu qədər rahatlıq verici hisslər səni bütün sıxıntı və acılardan alar qoynuna. Vaxtın dayanmasını, o gözəlliklərdən doymamağı istəyəsən. Eyni yerdən təkrarən dönüb keçsən belə hiss etmərsən nə baş verdiyini. Səni səndən alar bu cazibədar meşə. Sanki uşaq kimi aciz hiss edərsən özünü, ancaq bir yandan da rahat olarsan, çünki "ana təbiət" səni "ana qucağı"ndakı kimi oxşayar... 👋 IMG_20190129_134615.jpg
Bu qədər rahatlıqla deyiləcək hisləri, sadəcə şəkilə baxıb yazsamda, necə yazdığımın fərqinə varmadım. Çünki özüm yaşadım o anları.
Qeyd edimki bu meşə əvvəlki paylaşımda olan həmin "Qarameşə" dir. Gördüyünüz kimi bu cür yaşıllıqlar qarşısında adı hələdə qaradır
Diqqətiniz üçün təşəkkürlər...

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Şehrin gürültüsünden kaçıp kendimizi doğanın koynuna bırakmamız şart böyle ara sıra. Ellerine emeklerine sağlık resimler de çok güzel.

·

Teşekkür ederim kıymet verdiyiniz için

Qışın oğlan çağında bizə yayın dadını göstərmək istəyirsən? Etməgil :)

·

Qışda nə qış. Qar yox şaxta yox. Zatən 2 fəsil görürük yaz və payız. Yay və qış yoxa çıxıp. Çox danışmıyım çünki bu haqda paylaşım ağlıma gəldi)). Etdim Abi, qəsdən etdimki, üzümüzə gələn yayı yaddan çıxarmayaq.

İnsanın kaçacak yeri olması lazım ve hepsinden önemlisi kaçacak cesareti, günümüz dünyasının esaretlerinden...

·

Cesaret içimizde saklı, ortaya çıkarmağa sebeb lazım.


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

şu an böyle bir yerde olmak ve her şeyden uzaklaşmak isterdim galiba:(

·

Qaliba benim gibi her kesin ihtiyacı varmış =)