Tərk etməyin, öldürürsünüz.

in #steemix5 years ago (edited)

Anası onu tərk edib gedəndə iki yaşı var idi. Əslində anası ilə birgə keçirdiyi iki ildə də o ana nəvazişini o qədər hiss etmirdi. Anası evdə kimə acıq eləsəydi onu döyürdü. Sonunda ayrıldılar. Və ortalıqda yenicə yeriməyi öyrənən bir uşaq qaldı. Dil açanda nənə dedi. Çünki nənəsi elə anası idi. Anası hərdən görməyə gəlirdi. Daha sonralar heç gəlmədi.
Böyüdü o, bütün analı və anasız uşaqlar böyüyən kimi. Oxudu, əsgərliyini də bitirdi. Belə baxanda həyatında hər şey gözəldi. Türkiyədə təhsilini bitirdi. Maraqlı işi var. Artıq gənc olduqdan sonra anası ilə bir - iki dəfə görüşdü. Amma yox. Bu onun həsrət qaldığı, gecələr yuxusunu ərşə çəkən bir ana ilə övlad görüşlərinə bənzəmədi. Qoy elə xəyallarımda yaratdığım kimi qalsın, anam - deyə anasından vaz keçdi.
O gün yazıb mənə. Oxudum, onu təzədən kəşf etdim. Məgərsə, qəlbi o qədər yaralı imiş. Bunları yazmışdı:
Onlar həddən artıq sevgiyə ac olurlar. Azacıq sevgi, ilgi onları həddən artıq sevincli edir. Hər kəsdən ilgi gözləyir, amma çox vaxt gözlədiyi ilgini ala bilmir və tez qırılırlar. Zamanla təkləşir, özlərinə qapanırlar. Ana sevgisi ilə böyüyənlər onları əsla anlamır, anlamayacaq da.
Bu durumun fərqindədirlər, sevgiyə bu qədər ac olmaq istəmirlər, fəqət bu durumu idarə edə bilmirlər.
Və analara bir not: övladlarınızı çox sevin, diqqət edin, dinləyin, nə olur olsun onları sevginizdən məhrum buraxmayın. Bu onların öz güvənli , dürüst , möhkəm yetişmələrini sağlayacaq. Əks halda öz güvənləri qırılacaq, böyüdüklərində ümidləri qalmayacaq.
Əziz analar, əsla övladlarınızı dünyanın ən gözəl hədiyyəsi olan sevginizdən məhrum etməyin.
Mən də deyirəm. Məhrum etməyin. 20181212_083045.jpg

Sort:  

Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Congratulations @nurengizbagirova! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You received more than 5000 upvotes. Your next target is to reach 6000 upvotes.

Click here to view your Board of Honor
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

Support SteemitBoard's project! Vote for its witness and get one more award!

Merhaba. Yazınız C² ekibi değerlendirmesi ile Trliste kürasyon kuyruğu tarafından oylanmıştır. Sevgiler.

Təşəkkürlər

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.032
BTC 59121.51
ETH 2993.55
USDT 1.00
SBD 3.78