Eşyaları sevmek.

in #steemix6 years ago (edited)

Sizə deyimmi, əşyaları sevməyi kim öyrətdi mənə? Elə insanlar öyrətdi. Zaman zaman, yeri gəldikcə, məqamı düşdükcə. Əslində heç nə itmir, azalmır, yox olmur. Sadəcə yerdəyişmə olur. Çox sevdiyin, güvəndiyin insanlar olur. Sonra bir hadisə olur. Güvənin, etibarın yerlə bir olur. Anamın bir sözü var, insanlar bir birinə lazım olmasaydı elə hər kəs gedib bir dağın başında yaşayardı. Dağların başında yaşamırıq. Birgə yaşayırıq. Amma necə? Böyük bir güvənsizliklə. Adam lap yorulur bu güvənsizlikdən. Görəsən, aldatmır ki, görəsən etibarımda yanılmıram ki, - düşüncəsi ilə məhv olub gedirik. Sonda nolur? Meylimizi salırıq əşyalara. Çox etibarlıdırlar. Məsələn, bu şam qozaları. IMG-20190129-WA0001.jpgAdam da qozaları sevərmi? Sən demə sevərmiş. Hətta onu stolüstü əşyası da edərmiş. Bir rəfiqəm var. Deyir ki, reinkarnasiyada şam qozası olacağam:) ikinci həyatımda yəni. Ya da bu rəngbərəng işıqlar. IMG-20190129-WA0002.jpg Ən sadə əşyalardı. Amma sevimlidirlər. Adamın gözü gözəllik görür onlara baxanda. Bəs bu yarpaq necə? IMG-20190129-WA0003.jpg İstəsən quru yarpaqdı deyib əzib keçərsən. Əlinə götürsən gözəllikdi. Bəlkə də fədakarlığın ən gözəl nümunəsidi. Budağını tərk edib ki, yenisi gəlsin.Əşyaları sevin. İnanın ki, heç vaxt xəyanət etməyəcəklər, sizi tərk etməyəcəklər. Elə sizin onları sevdiyiniz qədər sizi sevəcəklər😊

Sort:  

Bəlkə də fədakarlığın ən gözəl nümunəsidi. Budağını tərk edib ki, yenisi gəlsin.

Ne kadar anlamlı bir cümle, oysa günümüzde istemediğimizi belirttiğimiz halde insanlar yerleşik bir düzen kurmuş hayatımızda ve bir o kadar yüzsüz...

Mən də çox sevdim bu ifadəni. Bir cümlə üstünə bir hekayə yazmaq olardı.

Bekleriz senden güzel bir şeyler kardeşim 😊

Necə deyirdi, ağac yarpaqdan bezibsə, payız bəhanədi😊

Az adam, çok hüzur...

Peki ya en büyük hatamız huzuru insanlarda aramak ise???...


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Meylimizi salırıq əşyalara. Çox etibarlıdırlar.
Əşyaları sevin. İnanın ki, heç vaxt xəyanət etməyəcəklər, sizi tərk etməyəcəklər.

eşyalarla konuşan biri olarak hoşuma gitti:)

Budağını tərk edib ki, yenisi gəlsin.👌

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 62345.27
ETH 2427.57
USDT 1.00
SBD 2.49