Dünyanı gözəllik yox, sevgi xilas edəcək.

in #steemix6 years ago (edited)

İnsanlar yavaş - yavaş inanmamağı, güvənməməyi, sevməməyi və xronik şübhəçi olmağı öyrənir. Bu gerçəkləşdiyində artıq çox gec olur. İnsanların " təcrübə" dediyi şey budur. Qəlbi ilə bağlantısını kəsmiş insana "təcrübəli" deyilir. Bu sözlər çox çox illər öncə yaşamış Ziqmund Freydə məxsusdur.
İnsanlar niyə aldadır, niyə xəyanət edirlər, niyə qəlb qırır, niyə pislik edir?
İçində mən olmaq şərti ilə hamımız şübhəçiyik. Birinin bizə səmimi rəftarının, yaxşı davranmasının altında nəsə qaranlıq məqsədlər axtarırıq. Və nə yazıq ki, çox zaman haqlı çıxırıq. Mən gerçək sevginin yalnız heyvanlara və bitkilərə yönəlməsindən yanayam. Freyd demişkən " təcrübələrim" var. Yanıltmayan, güvənimi qırmayan adamları bəlkə barmaqla saymaq olar. Bəs heyvanlar? IMG-20180831-WA0003.jpgTəmənnasız sevərlər. Qarınlarını doyur, nəvaziş göstər. Başqa umacaqları yoxdu. Bir pişiyim var. Hər gün gecə vaxtı işdən qayıdanda məni evimizdən xeyli yuxarıda gözləyir. Məni görən kimi qabağıma qaçır, mənimlə də yola düşüb düz evə qədər gəlir. Bir günü ötürmür. Deyirlər ki, bir insanın gerçək üzünü görmək istəyirsənsə onun heyvanlara münasibətini yoxla. Qəlbində dilsiz - ağılsız heyvanlara qarşı mərhəmət hissi olmayan insanda insana qarşı mərhəmət hissi heç olmaz. Bacımın övladı yoxdu. Hər dəfə işdən evə gedəndə bir dolu zənbil çörək alır. Az qala bir böyük ailənin bir öyün yeməyi qədər. Nə az , nə çox, düz 17 pişiyi var. Sokak pişikləri onun həyətində gecələyir. Onlara qulluq edir, onlara görə çox vaxt başqa yerə qonaq da getmir, ac qalmasınlar deyə.
Bilmirəm, kim idi deyən, dünyanı gözəllik xilas edəcək. Yox, dünyanı mərhəmət xilas edəcək.
Qəlbinizdən mərhəmət hissini əsirgəməyin. Qəlbiniz işıqlanacaq. Onunla bərabər dünyanız da.IMG-20180914-WA0009.jpg

Sort:  

Güzel poz


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.028
BTC 57367.79
ETH 3098.11
USDT 1.00
SBD 2.32