Dünya küçükmüş.

in #steemix6 years ago (edited)

Deməli, bir çinli ilə bir azərbaycanlı rastlaşır. Bunlar söhbət edirlər. Azərbaycanlı soruşur ki, sizdə əhali nə qədərdi? Çinli cavab verir ki, 2 milyarddan çox. Və soruşur ki, bəs sizdə nə qədərdi əhali? Azərbaycanlı cavab verir ki, bizdə də 9 milyondan çox. Çinli deyir ki, abi, onda sizdə hamı bir - birini tanıyır ki.
Düzdü, çinli abi falan demir. Elə hesab edək ki, elə deyir:)
Əslində anlatmaq istədiklərimə giriş olsun deyə söylədim bu hekayəni. Dünya nə qədər küçükmüş, deyilmi? Bəzən elə qəribə rastlantılar, təsadüflərlə rastlaşırıq ki, heyrətə gəlirik. İnsanlar bir şəkildə rastlaşır, tanış olur və bir- birlərinin həyatlarının düz mərkəzində özlərinə yer tuturlar. Keçən il və ya keçən ay və ya keçən həftə heç varlığından xəbərin olmayan birinin problemi sənin də problemin olur. Dərdinə kədərlənirsən, sevincinə sevinirsən. Statistikaya görə, insanların 1,6 faizi başqalarında müşahidə etdikləri ağrını öz bədənlərində hiss edirlər. İfrat həssas insanlar yəni. Nə bilim, bəlkə də düz eləmirlər. Amma məncə dünya məhz elə həssas qəlbli, mərhəmət dolu insanların hesabına var olmaqdadı. Özlərinin həyatı bir zindana bənzəsə də. Bir işığa bənzədirəm onları. Qaranlıqda dəniz fənəri olur ha, gəmilərə yol göstərən. Ya da bir şama. İşıq saçır, əriyir. İşıqlandırdıqca özü yox olur. Ya bir anaya bənzədirəm. Qarşılıqsız, təmənnasız sevən, gecə-gündüz istirahətsiz qulluğunuzda duran, süfrədəki çatışmayan tikənin sahibi analara. Müəllimə bənzədirəm. Tikanın içindən çiçək toplayan, silahı qələmi olan, təbiət qədər sonsuz, səbirli, comərd olan müəllimə. Bu arada dünən doğum günüm idi. Şagirdlərim mənə bu kitabı hədiyyə etdilər. IMG-20190203-WA0012.jpg

Sort:  

Bu arada dünən doğum günüm idi. Şagirdlərim mənə bu kitabı hədiyyə etdilər.

doğum gününüz kutlu olsun, daha nice güzel yıllara. 🎂💐
hediyeyi de ne güzel seçmişler, tam sizi anlatıyor olmalı..

Təşəkkür edirəm, kitab ən gözəl hədiyyə oldu mənə😊

İyiki doğdun güzel yürekli arkadaşım iyiki varsın. 😍

Sen de iyi ki varsın😘

Təbrik edirəm, gözəl insan, xalqın ziyalı övladı, ümummilli liderinimizin layiqli davamçısı, və sairə və ilaxır.

Sonuncun qeyd etməsəydin küsəcəkdim ha:)

Doğum günün kutlu olsun Nurengiz 🎂

Çox sağ ol, bu arada bir Fizüli qəzəli borclu qalmışam sənə😊

Doğumgününüz kutlu olsun, nice güzel yıllarınız olmasını dilerim.

Çox sağ olun, bizdə bahəm deyərlər, yəni cümləmizə qismət olsun gözəl illər😊

Congratulations @nurengizbagirova! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :

You made more than 200 comments. Your next target is to reach 300 comments.

Click here to view your Board
If you no longer want to receive notifications, reply to this comment with the word STOP

To support your work, I also upvoted your post!

Support SteemitBoard's project! Vote for its witness and get one more award!


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62837.64
ETH 2542.11
USDT 1.00
SBD 2.65