Candan ötə bir can var, onun adı evlatdır.
Bir insanın başına gələn ən xoşbəxt hadisə onun valideyn olmasıdır. Hələ də bir qız övladın valideyni olmaq. Cəmiyyət qız cocuklarının diri-diri basdırılması kimi vəhşilikdən qız övladlarının baş tacı edilməsinə qədər gəlib çatdı. Doğrudur, hələ də cahil, nadan ailələrdə qız ya oğlan uşaqlarına fərq qoyulur. Bəzən bu fərq elə doğum evlərindən başlanır. Yeni doğulmuş qız uşağı üçün həkimə verilən "şirinlik" oğlan uşağı üçün nəzərdə tutulan puldan daha ucuzdu. O nə puldu, nə paradı, bu ayrı mövzudu.
Biz qayıdaq evlərimizi bəzəyən, ona hərarət gətirən qız balalarımıza.
Bir ayrı şirin olur qız cocukları. İşdən qayıdan atasının qarşısına qaçar, kiçik qolları ilə qucaq açarlar. Bəzən saatlarla oynayarsan doymazsan. Boynuna sarılmaqları səni aləmlərin xoşbəxti edər. Çarpayısının başında uzun uzun durub yuxusunu qoruyarsan.
Onlar ilk babalarına aşiq olarlar. Hələ rastlaşmadıqları sevgililərini məhz babaları kimi görmək istərlər.
Sevginizi verin qız övladlarınıza. Elə bir sevgini ki, sizdən görmədikdə hər qarşısına çıxan layiqsizdə axtarmasınlar o sevgini.
Biz tərəflərdə qız övlada kəsikdi deyirlər. Bəlkə də doğrudu, həyatlarının ən özəl günündə , ailə qurduqları gündə doğma ocaqlarını tərk etmək kimi bir bədəl var talelərində. Bir doğmaya qovuşanda o biri doğmalarından uzaqlaşmaq kimi bir nisgil.
Nə qədər uzaq olsalar da, çox bağlı olarlar ata- analarına.
Sevginizi, sevgimizi əsirgəməyək onlardan. Nə qədər böyüsələr də gözümüzdə kiçik qalan, məsum qalan taclı tacsız şahzadələrimizdən. Mənim bu iki şahzadəm kimi.
Congratulations @nurengizbagirova ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 900 SUP Today.
Remember to receive votes from @kryptoniabot
Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.
Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP
Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.
Allah selamet versin evlatlara..
Təşəkkür edirəm.
Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.
@c-squared runs a community witness. Please consider using one of your witness votes on us here
Qızı olan insanlar çox xoşbəxtdir, həmişə istəmişəm mənim də qızım olsun. Elə bilirəm qızı olan ana üçün həyat sığortalanıb hər şeydən.
Qəşəng qızlarınız var maşaallah.
"Günün yazısı" @bot-az və curation traili tərəfindən dəstəklənmişdir. Təşəkkürlər.