Psixoloji problem yaşadığıvı necə anlaya bilərsən? Gərginlikdən azad olma üsulları.

in #steemexclusive3 years ago

Bu gün yazacaqlarımın sizlər üçün mühüm olacağını düşünürəm. Psixoloji problem yaşadığıvı necə anlaya bilərsən?


link to photos

  1. Yuxu prosesində artım və ya azalma, yuxuya getməkdə çətinlik
  2. İştahın artması və azalması
  3. Alkoqol istifadəsində, maddə istifadəsində artım
  4. Konsentrasiyanın azalması
  5. Emosiyaları uclarda yaşamaq. Əsəbləşəndə həddindən artıq əsəbləşmək, kədərlənəndə çox kədərlənmək və təsirində qalmaq.
  6. Sosial fəaliyyətlərdə azalma
  7. Gündəlik işləri yerinə yetirməkdə çətinlik çəkmək.
  8. Yorğunluq, zəiflik, əzələ ağrıları
  9. Ümidsilik, dəyərsizlik, yetərsizlik hisslərinin artması.
    Bu qeyd etdiyim 9 simptomla məhdudlaşmaq düzgün deyil, ancaq bunları başlıca əlamətlər hesab edə bilərik. Bəzən bunlardan bir neçəsi eyni anda müşahidə edilə bilər, bəzən isə bunlardan yalnız birini narahat edici şəkildə müşahidə etmək mümkündür.

***Həddindən artıq gərgin hiss etdiyin zaman bu texnikadan istifadə edə bilərsən.

link to photos

  1. Gördüyün 5 şeyin adını səsli şəkildə çək
  2. Toxuna biləcəyin 4 şeyə toxun
  3. Eşidə bildiyin 3 səsə qulaq as və adlarını səsli şəkildə çək.
  4. Qoxusunu aldığın 2 şeyi hiss et və səsli şəkildə adını çək
  5. Dadını aldığın 1 şeyi hiss et bə səsli şəkildə adını çək
    Bu texnika sizi indiki ana fokslayacaq və gərginlikdən uzaqlaşdıracaq. Panik atak yaşayanlar üçün xüsusilə işə yarayır , lakin edəcəklərini bilmək üçün öncədən sakit halınızda bu texnikanı məşq edin
Sort:  

Maraqlı məlumatlar üçün təşəkkür. Məncə bu mütləq lazım olacaq 😅👍

🙂☺️☺️

Ən ağır atak keçirmiş biri olaraq deyə bilərəm ki,bu sadalananların heç biri kömək olmur. Onun yerinə kömək olacaq tək şey psixoloq dəstəyi və atak yaradacaq fikri məntiq süzgəcindən keçirməkdir )

Bu yazdıqlarım əslində fikri başqa yerə yönəldib o vəziyyətdən azda olsa çıxmaq üçündür. Asan deyil etmək

Fikri yönəltmək =qaçmaq . İnsan nədənsə qaçanda üstünə gəlməyə başlayır hər şey . Üstünə getmək lazımdır. Tam gərgin halda ən yaxşı metod nəfəs idmanı və rahatlıq tapılan bir yerdə gəzməkdir.
Belə baxıldığında hər şey boşluqdan və yanlış düşüncələrdən irəli gəlir.
Motivasiyanın iki əsas təməli adlı postumda bunları qeyd etmişəm. Həmin post psixoloqlar tərəfindən analiz edilib😊 İstəsəniz nəzər yetirərsiniz

Mütləq. Təşəkkürlər

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.028
BTC 58239.61
ETH 2287.71
USDT 1.00
SBD 2.50