Yüksək yüksək təpələrə ev qurmasınlar

Deyir ki, yüksək yüksək təpələrə ev qurmasınlar. Nədən qurmasınlar ki? Xına toylarının o məşhur mahnısını eşitməyən olmaz. Çox maraqlandım bu türkünün tarixçəsi ilə. Əslində ürək dağlayan bir hekayədi. Zeynəb adında bir qızın öz sevdiyi oğlanla, Əli ilə ailə qurması, gəlin köçdüyü evin də onun atası evindən çox uzaqda olmasından danışılır. Elə bu uzaqlıq səbəbindən illərlə ata, anasını görməyən Zeynəb həmişə bu türkünü oxuyarmış. Sonda xiffətdən xəstələnib yatağa düşür və valideynlərini də cəmi bircə dəfə ölümqabağı görür.
Bu günlərdə biz də yüksək yüksək təpələrdən, yəni uzaqlardan qız nişanladıq.

Screenshot_20210621_151349.jpg

Astara rayonu ilə bizim aramızda təxminən 460 kilometr məsafə var. Qardaşım oğlunun Ukraynanın Lvov şəhərində yaşadığını və evləndikdən sonra da xanımını elə Ukraynaya aparacağını nəzərə alsaq bu türkünün sözləri tam da yerinə düşür. Amma bizim gənclər müasir düşüncəli, azadfikirli gənclərdi. Ümidvaram ki, yüksək yüksək təpələrdə ev quran gəlinimiz xoşbəxt olacaq.

Screenshot_20210621_151104.jpg

Screenshot_20210621_151046.jpg

Sort:  

Allah xoşbəxt eləsin Nurəngiz xanım. İnanın bu mövzuları düşünəndə çox çətin bir nəfəs alıram. Evlad özlüyündə fərd olaraq həyatın bir parçası, cəmiyyətin bir üzvü olaraq özünün azadlığı və azad fikirləri olsa da candan bir parçadır. O yaşına qədər böyüdüb xatirələr yaşadığın can parçasını tanımadığın birinə əmanət edəndə nəyin necə olacağını bilməyəndə gözləri qaralır insanın. Özüdə özündən uzaqlara. Evlilik bir birinə ən yaxın olan, eyni zamanda bir birinə min kilometrlərlə uzaq ola biləcək iki yad insanın bir yerdə yaşamasıdır.

Famil, hiss olunur ki, qız atasısan. Qalareyamda bir şəkil var. İndi tapa bilmədim. Qızını köçürən ana ona bir altın hədiyyə edir. Tapşırır ki, əgər günün xoş keçməsə, səni incitsələr, qayıtmağa pulun olmasa bu altınla qayıdarsan. Yoxsa bəzi valideynlər qızlarına ora dik gedirsən, köndələn qayıdarsan ancaq deyirlər

Resmi Topluluğumuz Steemit-Türkiye 'de aktif olduğunuz için teşekkür ederiz :)

Bu gönderi Steemit-Türkiyenin Kuratörlüğünü yapan -steemcurator06 tarafından oy verildi..png

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 64752.70
ETH 3455.13
USDT 1.00
SBD 2.50