You are viewing a single comment's thread from:

RE: Yüksək yüksək təpələrə ev qurmasınlar

in Steemit Türkiye3 years ago

Allah xoşbəxt eləsin Nurəngiz xanım. İnanın bu mövzuları düşünəndə çox çətin bir nəfəs alıram. Evlad özlüyündə fərd olaraq həyatın bir parçası, cəmiyyətin bir üzvü olaraq özünün azadlığı və azad fikirləri olsa da candan bir parçadır. O yaşına qədər böyüdüb xatirələr yaşadığın can parçasını tanımadığın birinə əmanət edəndə nəyin necə olacağını bilməyəndə gözləri qaralır insanın. Özüdə özündən uzaqlara. Evlilik bir birinə ən yaxın olan, eyni zamanda bir birinə min kilometrlərlə uzaq ola biləcək iki yad insanın bir yerdə yaşamasıdır.

Sort:  

Famil, hiss olunur ki, qız atasısan. Qalareyamda bir şəkil var. İndi tapa bilmədim. Qızını köçürən ana ona bir altın hədiyyə edir. Tapşırır ki, əgər günün xoş keçməsə, səni incitsələr, qayıtmağa pulun olmasa bu altınla qayıdarsan. Yoxsa bəzi valideynlər qızlarına ora dik gedirsən, köndələn qayıdarsan ancaq deyirlər

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 58503.45
ETH 2594.59
USDT 1.00
SBD 2.45