İnsanın məna axtarışı

in Steemit Azerbaijan☪✔3 years ago

Viktor-Frankl_tezisyi-o-lichnosti.jpg
Şəklin linki
Məna biz insanların zaman-zaman düşündüyü bir anlayışdır. Həyatın mənası nədir? Dünya niyə var? Mənim bu həyatdakı rolum nədir? Bu sualları özümüzə veririk tez-tez və mövcudluğumuza bir məna qatmaq istəyirik. Çünkü məna biz insanlar üçün bir ehtiyacdır. Ancaq, mənə görə, mənaya ən çox ehtiyac hiss etdiyimiz an əzab çəkdiyimiz andır. Bu zülümü niyə mən çəkirəm? Bunun mənası nədir? kimi suallar bizi olduqca narahat edən suallardır.

IMG_20211026_192313.jpg
"İnsanın məna axtarışı" kitabının müəllifi psixoloq Victor Frankl da çəkdiyi əziyətlərdə bir məna tapmağa çalışanlardan biridir. Qeyd edim ki, Frankl çox çətin həyat yaşamışdır. O, nasist həbs düşərgəsində 3 il əsir qalmışdır. Bu müddətdə müxtəilf işgəncələr görmüş, çoxu günlər ac qalmış və xəstəliklərlə mübarizə aparmışdır. Anası, atası, qardaşı, və həyat yoldaşı da bu düşərgədə məhbus olmuş və 4-ü də elə buradaca həyatını itirmişdir. Frankl isə bu ölümcül düşərgədən sağ çıxmağı bacaran nadir insanlardan biri olmuşdur. Həmin vaxtlar düşərgədəki insanların böyük əksəriyyəti nasistlər tərəfindən öldürülərkən, digərləri xəstəlikdən və ya aclıqdan ölərdi. Bəziləri isə bu əzaba dözməyib intihar etməyi seçərdi konst. Ancaq Franklın düşərgədəki bir dostunun ölümü olduqca maraqlıdır.
IMG_20211030_135718.jpg

Dostu Frankla bir yuxu gördüyünü və bu yuxunun ona 30 mart tarixində azadlığa qovuşacağını xəbər verdiyini deyər. O bu yuxunun dini bir mesaj olduğunu qəbul edər. Bütün qəlbi ilə 30 martda bu əsarətin bitəcəyinə inandırar özünü. Ancaq işlər gözlədiyi kimi getməz. 30 mart yaxınlaşdıqca müharibə daha da güclənər, düşərgədə həyat şərtləri heç olmadığı qədər çətinləşər. Və tarix 30 marta lap yaxınlaşdıqda bu dost 30 marta dair inancını tamamilə itirər. 29 martda xəstələnər, 30 martda ağlını itirər, 31 martda isə vəfat edər. Düşərgədəki hər kəs bu adamın xəstəlikdən öldüyünü düşünər. Ancaq Frankla görə dostunu öldürən xəstəlik deyil, psixoloji sarsıntıdır. İçində qalan bütün inancı ilə yuxuya inanmışdır o. Amma yuxunun gerçəkləşməyəcəyini anlayanda gələcəyə dair bütün ümidini itirmişdir. Bu psixologiya səbəbilə immunitet sistemi çökmüş, xəstəliyə məğlub olmuşdur.
IMG_20211026_193823.jpg

Frankl bu hadisədən sonra anlayır ki, belə çətin həyat şərtlərində insanın məna anlayışına söykənməsi və həyata ümidlə baxması həyatda qalmağın yeganə yoludur. İnsanın mənanı itirdiyi andır həmin ölüm anı. Kitabda çox işlənən Nietzsche'nin bu sözü kitabın təməlini yaradır:
" Yaşamaq üçün bir səbəbi olan hər kəs, hər bir sıxıntının üstəsindən gələ bilər"

Sort:  
 3 years ago 

İnsan yaranışdan ta ölüm anına qədər ümidlə yaşayar, hətta öləndə də ümidini üzməz. Bəlkə, də Sizə qəribə gələcək. İnsan öldü getdi. Cismlə bərabər bütün hissiyatı düşüncəsi belə məhv oldu. Belə olduqda , insan necə, nəyə və kimə ümid edə bilər? Bunun özü də dərin bir mövzudur. Xülasə ümidsiz yaşayan insan mənim fikrimcə yeriyən ölüdür. Sadəcə gəzir, görür, yeyir, içir nə üçün yaradıldığını, həyatda nəyə və kimə ümid etməsini bilmir. Ancaq biraz dərin düşünsə insanın həyatda ümidini üzməsinə heç bir əsas yoxdur. Və bunun yüksək mərtəbəsində insanın psixologiyası dayanır. Ən birinci pillə də demək olar. Çünki, insan psixologiyası elə mürəkkəbdir ki, bunun sayəsində fiziki zəif olan insan güclüyə, xəstə olan insan xəstəliyinə qalib gələ bilər. Bir neçə dəfə rastlaşdığım vəziyyətlər olubki, xəstə insan psixoloji yardımların, motivasiyanın sayəsində sağala bilib(lap ağır xəstələrə aid deyil) vəya sağlam insan yalnış psixoloji düşüncəsi nəticəsində ağır xəstəliyə düçar olub. İnsan bunu çox vaxt hiss etməsə də, orqanizmlə beyin arasında güclü bir rabitə var....

 3 years ago 

qəşəng👍🏿

Qələminizə sağlıq 👍, hər şey üçün içimizde inanc, ümid olmalıdır..

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 61420.98
ETH 3276.21
USDT 1.00
SBD 2.47