#club5050 // Steemit Enagement Challenge ||💜💙||Season2, Week #2 ||♥️💚|| My Choice is My Fashion !|| by @urcah.com . Mənim qrup yoldaşım 😊)

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz? Topluluğumuzda müsabiqə elan olunub və mən də kənarda qalam.?) Beləliklə moda nədir?

Collage_20220616_231917.jpg

Məncə, dəb sənə yaraşan, səni özəl hiss etdirən bir nəsnədi. Özüm haqqında yox, rəfiqəm haqqında yazacağam. Söhbət vaxtilə ali məktəbdə oxuyanda qrupumuzun ən gözəl qızı Əfruzdan gedir. Əfruz hələ 20 ilə əvvəl də ən şık geyinən, ən gülərüz, ən sevimli bir qızımız idi. İçinin gözəlliyi üzünə çıxmış Əfruzumuz.

Screenshot_20220616_215431.jpg

Təsəvvür edin ki, bir ömür boyu bir insanın saç düzümü heç dəyişmir və bu saç düzümü onu ildən ilə daha da gözəlləşdirir. Əfruzun min il əvvəlki halını görmək istərdinizmi.? Məncə, görmək istəyərsiniz:)

Screenshot_20220616_215411.jpg

Solda yuxarıkı deməyə ehtiyac var? Əlbəttə yoxdur. Biz oxuyub bitirəndən sonra Əfruza ali məktəbdə qalıb işləmək təklif olundu. Daha sonra gözəl diksiyasına və səhnəyə uyan simasına görə televiziyada iş təklif olundu. On ildən artıq televiziyada müxtəlif dövlət kanallarında aparıcı vəzifələrdə işləyən Əfruzun çox hayıf ki, səsini bu yazıya əlavə edə bilmirəm :)

Screenshot_20220616_215358.jpg

Screenshot_20220616_215330.jpg

Qrup qızlarının sevimlisi olan bu qız illər keçsə də həm tərzinə, həm xarakterinə sadiq qalıb. Bəzi münasibətlər olur ha. Çox sevdiyin biri ilə günlərlə, hətta aylarla danışmaya bilirsən. Lakin yenidən rastlaşanda elə qırıldığın andan, saatdan başlaya bilirsən, özü də heç bir komplekssiz.

IMG-20220615-WA0165.jpg

İndi Əfruzumuz nazirliklərdən birində məsul vəzifələrdən birində işləyir. Şöbə müdiridi. İş yoldaşları da onu o illərdə bizim sevdiyimiz kimi sevirlər.

Screenshot_20220616_215447.jpg

Mənim dəb haqqında bir az fərqli fikirlərim var. İnsan sadəcə özünə yaraşanı tapmalı, kəşf etməlidir. Hər insan zahiri geyimində, qarderobunda yenilik eləmək istəyir. Qadınlar ələlxüsus buna meyilli olur. Bir də var illərlə eyni tərzi daşıyıb eyni zamanda gözəl qalıb göz oxşayan insanlar. Bu işin sirri nədədir? İnsanın qəlbi gözəl olmasa xeyri yoxdur, ən brend firmaların ən bahalı geyimlərini alıb geysə belə cılız görünəcək. Nümunə göz qabağında. İllərlə bir tərzi usanmadan daşıyan sevimli bir obraz. Göz bu qızı başqa cür görməyə alışmaz ki. Ana da oldu, eynidi:)

Screenshot_20220616_215742.jpg

Maraqlı olan bir şey də var. Əfruzun oğlu da moda ilə maraqlanır. Hələ məktəblidir. Böyüyəndə dizayner olmaq istəyir. Maraqlı dizayn təklifləri var. Bəzən elə insanları, elə yanaşmaları biz başa düşə bilmirik. Bəzən onların gördüklərini biz görə bilmirik
Çünki onlar ruhları ilə duyurlar, qəlbləri ilə hiss edirlər, biz gözlərimizlə.

Collage_20220616_224716.jpg

Belə. Mənə elə gəlir ki, müsabiqə mövzusunda yazdığım postu bəyənəcəksiniz. Mövzu haqqında heç bilmirəm yazmağa kimi dəvət edim:) Əgər ürəkləri istəsə, @isa545@yusif bu barədə yazsınlar. Əgər oxusanız qabaqcadan təşəkkür edirəm🥰
@urcah.com

Sort:  

Truly your friend Afruz never change in her Choice of fashion after many years, she's simply amazing and elegance. Thanks for sharing with us I wish you success!

 2 years ago 

Thanks ♥️

 2 years ago 

Doğurdan da simasından qəlbinin də gözəl olduğu hiss olunur Əfruz xanımın. Sizə isə bu yazıya görə yaxşı mükafat əldə etməyi arzulayıram.

 2 years ago 

Həqiqətən elədir ha. Çox mərhəmətli ürəyi var. Qarışqanı da incidə bilən deyil. Yazını bəyəndiyinə sevindim.

 2 years ago 

Yazı müəllimə qələmindən süzülüb, başqa deyəcək nəyəsə ehtiyac yoxdu. Görək bu yazını "sədrimiz" bəyənəcək? Bunu da bəyənməsə deməli nəsə qəsdi qərəzlik var)).
Müəllimə yazıya və dəvətə görə çox təşəkkür. Çalışacam yazım, görüm nağayra billəm

 2 years ago 

Sədrimizə umud qalsa batdıq. Yüz cür mız qoyacağından əminəm. Bəyəndiyin üçün təşəkkürlər)

Thank you for presenting your choice of fashion. I like how your friend maintain her choice of fashion till date.

Success to you

 2 years ago 

Thanks 😊

You are welcome!

This is so wonderful and nice seeing you come up with so many sketch on fashion design and couple with the fact that you should photo of all the beautiful hair cut and dressed make it more nice and thank for sharing

 2 years ago 

Thank you for your attitude

You are welcome

 2 years ago 

steemit azerbaijan.jfif
Status Club
club5050
Steemexclusive
No Plagiarism Free
BOT Free
350 Words
Post Quality
8/10


Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 60935.14
ETH 2365.47
USDT 1.00
SBD 2.55