Steemit Student projesidən "One Steem Lottery" || Club100

in Steemit Azerbaijan☪✔8 months ago (edited)

Əziz dostlar, əziz tələbələr, bildiyimiz kimi Steemit Azerbaijan topluluğu "Steemit Student"projesini ayaqda tutmaq üçün bir çox yeniliklərə imza atır. Admin heyəti çalışır ki, qısa zamanda Steemit üzərində Azərbaycandan və dünyanın hər yerindən buraya qatılan tələbələri bir arada toplasın, onlara yaratdıqları məzmunlara, fəaliyyətlərinə görə müəyyən miqdar ödüllər paylasın. Daha da yaradıcı olmaları üçün burada stimul verilsin.

New Project (5).png

Bu məqsədlə yola çıxan topluluğumuz "One Steem Lottery" adlı xeyriyyə məqsədli, əyləncə xarakterli oyunlar təşkil etmək qərarına gəlmişdir. Məqsəd Steemitçilərin burada keçirdikləri zamanı daha əyləncəli hala salmaq, şanslarını sınayaraq sonunda qazanmaq imkanı yaratmaqdır.

WhatsApp Image 2022-02-08 at 00.11.40.jpeg

Logo "One Steem Lottery"

Bu yazıda "One Steem Lottery" haqqında ilkin bilgiləri verməyə çalışacam. Loteriya qaydaları və şərtləri haqqında zaman-zaman yenilənmələr olacaq. Daha uyğun, daha səmərəli olacaq fikirləri əlavə edəcəyik. İlkin variantda loteriyanın keçirilmə məqsədi Steemit Student projesinə xeyriyyə yardımı etməkdir.

Bu necə olacaq?

1 biletin dəyəri 1 steem olaraq müəyyən edilir. 1 steem = 1 ticket
İndi gəlin detalları açıqlayaq. Məsələn, sabah 1-ci tirajın biletlərini satışa çıxarırıq. Satılan biletlərdən əldə olunan gəlirlərin 50%-i uduş fonduna daxil edilir. Yerdə qalan 50% hissə xeyriyyə məqsədi ilə Steemit Student projesinə köçürülür. Loteriyanın əsas üstünlük və güvənverici hissəsi bilet satışının və hansı rəqəm altında olmasının dəyişdirilə bilməməsidir. Blockchain texnologiyası bizə imkan verir ki, biz bunu güvənli və şəffaf şəkildə təşkil edək. Ümid edirik ki, təşkil etdiyimiz hər tiraj maraqlı və daha əyləncəli olacaq.

Bilet sıralanması aşağıdakı qaydada olacaq:

Məsələn, simvolik olaraq bilet nömrəsi 1S-001-2022-0001

Açıqlaması 1S- 1Steem adlı loteriya oyunu, 001 tiraj sayı, 2022- hansı ilin olması və 0001 sizin biletin nömrəsi.

Sizlər bilet almaq istəyərkən Steemit hesabınızın wallet hissəsinə daxil olaraq transfer hissədə aşağıdakı qaydada yazırsız.

image.png

Bir profil istədiyi miqdarda bilet sifariş verə bilər. Oyunlar canlı yayımla xüsusi proqramla insan əli dəymədən tam şəffaf şəkildə keçiriləcək, qaliblərə steemlər manuel olaraq dağıdılacaq. Bu etdiyimiz loteriya əyləncə və xeyriyyə xarakteri daşıyır, heç bir komersiya məqsədi yoxdur. Sadəcə Steemit Azerbaijan və Steemit Student topluluğunu əyləncəli, maraqlı etmək üçün planlanmışıdır.

Steemit Azerbaijan Team

Sort:  
 8 months ago 

Təbriklər təbriklər təbriklər!!! Xeyirli olsun hər kəsə bol qazanclar.
"Qiyməti neçə olur olsun, onsuzda mən 10 manatlıq alıram"))

10 manat bizim pulla 10 steemə bərabərdir.

 8 months ago 

Hamı yerli mal alsın, xeyir vətənə qalsın. Nətəri məsləhətdi elə olsun))

 8 months ago 

Burdan nehrəmlilərə də salam olsun.))

 8 months ago 

"Elə şey yoxdu. Biz 25 saat işıq isdiyirik"..))))

 8 months ago 

😂😂😂😂

 8 months ago 

Əla. əla yoxeee super...super. 1steem = 0.51 AZN-dən keçmək olar. Düşünürəm jekpotda olar. Xeyirli olsun. Hərçənd ki tələbə deyiləm artıq. mən də ala bilərəmmi ?

Təşəkkür edirəm, sənin də əziyyətin çox oldu, var ol, @famil

 8 months ago 

Əla...Xeyirli olsun. AMİN İNŞƏƏALLAH🤲 Memoda standart olaraq "One Steem Lottery" yazmaq lazımdır yoxsa? Bilet sayına görə yazılar dəyişir?

 8 months ago 

Siz neçə bilet istəsəz ona uyğun steem göndərin o ifadə simvolikdir.

 8 months ago 

Oldu. Baş üstə😉

12 bilet satılıb.

image.png

13 bilet satılıb.

image.png
Sıra Tiket nömrəsi Bileti alan
1 1S-001-2022-0001 cameron99
2 1S-001-2022-0002 nihat95
3 1S-001-2022-0003 nihat95
4 1S-001-2022-0004 nihat95
5 1S-001-2022-0005 nihat95
6 1S-001-2022-0006 nihat95
7 1S-001-2022-0007 alsum
8 1S-001-2022-0008 orxan-m-50
9 1S-001-2022-0009 orxan-m-50
10 1S-001-2022-0010 orxan-m-50
11 1S-001-2022-0011 orxan-m-50
12 1S-001-2022-0012 orxan-m-50
13 1S-001-2022-0013 aybenizmemmedova

20 bilet satılıb. Hər kəsə uğurlar.
image.png

7 bilet satılıb.
image.png

Loading...
Loading...
Loading...
Loading...
Loading...
Loading...

Coin Marketplace

STEEM 0.22
TRX 0.06
JST 0.026
BTC 20080.91
ETH 1352.25
USDT 1.00
SBD 2.46