ContestAz. "Creative photo". Çəkdiyiniz qeyri-adi foto müsabiqəsi. 09.05.2022-16.05.2022

in Steemit Azerbaijan☪✔2 years ago

Salamlar, Steemit Azərbaycan yazarları. Çox uzun bir aradan sonra yeni bir yarışma düzənləyirik. "Çəkdiyiniz ən qeyri-adi foto" adlı bu yarışmada sizdən tələbimiz odur ki, çəkib telefonunuzda saxladığınız və sizə görə ən qeyri-adi foto olan bir fotonu bizimlə bölüşəsiniz. :)

New Project (5).jpg

Yarışa qatılmaq üçün nə etməliyəm?

Yarışa qatılmaq üçün ilk öncə telefonunuzun qalereyasına daxilib olub sizə ən qeyri-adi gələn və özünüzün çəkdiyiniz bir foto tapın. Ardınca isə, ardınca isə bu foto haqqında qısa bir yazı yazacaqsınız. Bu qədər.

Sırf posta aid tələblərimiz də var, təbii ki.Mükafat qazanmaq üçün yazacağınız post aşağıdakı tələbləri qarşılamalıdır:

  1. Post minimum 20 sözdən ibarət olmalıdır
  2. Postun tağlar bölməsində topluluğa özəl olan #steemexclusive, #steemitazerbaijan, #contest tağları ardıcıllıqla əlavə olunmalıdır
  3. Posta əlavə edəcəyiniz şəkillər, və ya videolar mütləq özünüzə aid olmalıdır. Hardansa foto götürülsə, yarış tələbi pozulmuş sayılacaq
  4. Posta minimum 1 ədəd foto əlavə etməlisiniz
  5. Postu hansı dildə yazacağınızın fərqi yoxdur
  6. Postu paylaşdıqdan sonra linkini mütləq bu postun altına əlavə edin ki, görüb tapa bilək. Əks halda, postunuz tapılmayacaq!

Qaliblərə hansı mükafatlar veriləcək?

Bu postun müddəti bitənə qədər, yəni növbəti həftənin bu gününə qədər yazılan bütün postlar yarışa qəbul ediləcək. 3 ədəd ən yaxşı foto qalib seçiləcək.

Qaliblər aşağıdakı mükafatları qazanacaq:

  • Birinci yeri tutan postun sahibinə 3 STEEM
  • İkinci yeri tutan postun sahibinə 2 STEEM
  • Üçüncü yeri tutan postun sahibinə isə 1 STEEM mükafat veriləcək

Hər birinizə bolluca uğurlar, dostlar. Haqq edən, ən yaxşı postları hazırlayan, bizi ən çox güldürənlər qazansın! :)

Facebook səhifəsi
Steemit Azerbaijan Community
Telegram group
Steemit Azerbaijan Community
Discord kanalı
Azerbaijan Steemit
Steemit Azərbaycan 3 (3).png

Sort:  

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58702.65
ETH 2552.33
USDT 1.00
SBD 2.50