Creative photo contest by steem-azerbaijan. Çəkdiyimiz qeyri-adi foto müsabiqəsi. 09.05.2022-16.05.2022steemCreated with Sketch.

in Steemit Azerbaijan☪✔2 years ago

İlk öncə bu müsabiqəni təşkil etdiyi üçün @steem-azerbaijan üçün öz təşəkkürümü bildirirəm. Belə müsabiqələr həm daha maraqlı, həmdə bu platformaya daha yaxınlıq yaradır. Müsabiqənin şərtlərində deyildiyi kimi özümə məxsus telefonumda olan bütün şəkillərə baxdım. Baxdıqca tarix vərəqləndi gözmdə. Çəkdiyim çiçəklər, güllər, nar şəkilləri bir sözlə təbiət rəsimləri bir birindən yaxşı şəkillər çıxdıqca çıxdı.

Lakin elə bir şəkil də var idi ki, ondan kreativ başqa birini tapa bilmədim. Bu ömrümdə ən böyük yalnış qərarımı verdiyim ərəfədə son bakı gəzintisində Park Bulvarda ailəvi gəzib gələcək planlardan danışdıqca kiçik qızım Məryəmin getmə ata deyərək tez-tez sarılmasını xatırladım. O zaman heç bu qədər təsirlənməmişdim. Çox şükür ki, yalnış qərarımı düzəltmək imkanı qismət oldu. Gəlib skamyaların birində oturduq və Məryəm boynuma sarılıb yanağından heç əvvəllər öpmədiyi bir öpüş aldı.

20220509_211756.jpg

Sonda qeyd edim ki, bu paylaşımdan gələn mükafatlar tezliklə #club100 statusuna sahib olmaq üçün 100% PowerUP üçün ayarlanmışdır.

Ziyarət etdiyiniz və oxuduğunuz üçün təşəkkürlər...

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58572.58
ETH 2551.35
USDT 1.00
SBD 2.47