Hello Steemit🤚🏻

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salamlar, Steemit Azerbaijan ailəsi. Bu topluluğa qoşulmaq mənim üçün yeni bir başlanğıcdır. Mən isə başlanğıcların uğurlu olacağına inanıram. Gəlin sizlərlə tanış olaq.
Mən Şəlalə. Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsini bitirmişəm. Magistr təhsili alaraq kariyeramın daha yaxşı olacağını düşündüm. Ele de oldu. Məncə, təhsilim haqqında bu qədər bəsdir. İndi gəlin birazca həyatdan danışaq.
Bəzən düşünəndə deyirəm ki, həyatım sıxıcı və bir o qədər də maraqsızdır. İş-ev arasında mövcud olmaqla keçir. Amma sonra da tez bu fikirlərdən yayınıram. Bir insan həyatına nələri sığdıra bilirsə mən də çalışıram buna, hətta deyərdim ki, daha çoxuna da nail olum .

IMG-20211210-WA0019.jpg

Günlərimin necə keçdiyini soruşsanız deyərdim ki, qulaqcıqlarımı taxıb uzun-uzun yeridikdə rahatladıqdan sonra təlaşla hazırlaşıb işə getməklə günə gözəl bir başlanğıc etmiş oluram. Kitab oxumağı, film izləməyi çox sevirəm. Daha nələr saya bilərəm ki, bu yorucu həyatda ruhumu dinləndirir. Hansı ki, onlar nə çox vaxt, nə də qarşılığında başqa bir şey tələb edir.

IMG-20211210-WA0020.jpg

Yağışlı bir gündə bir fincan çayın pəncərədə buraxdığı buxara gülən üz çəkməyi siz sevmirsiz, yoxsa?
Belə dəyərli, Steemit Azerbaijan ailəsi. İlk tanışlıq yazımla bloguma başlayıram. Çalışacam sizi tez-tez narahat edim. İnanıram ki, bura mənim həyatımda yeni bir rəng olacaq.

Sort:  
 3 years ago 

Xoş gəldiniz.

Xosh gorduk🌝

 3 years ago 

Xoş gəldiniz. Təbii ki biz də sevirik. Uğurlu yollar. 👍🙂

Chox sagolun🌝

Loading...

Xoş gəldiniz.
Hər yeni başlanğıc yeni bir ümidi də bərabərində gətirir. ❤️

 3 years ago 

Aramıza xoş gəldin✨

Xosh gorduk🌸

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 68331.57
ETH 2650.11
USDT 1.00
SBD 2.69