You are viewing a single comment's thread from:

RE: Character shapes our personality...🤔Xarakterimiz şəxsiyyətimizi formalaşdırır...🤔

in Steemit Azerbaijan☪✔3 years ago

Maraqlı paylaşım üçün təşəkkürlər. Mən düşünürəm ki, yaradılışdan xarakter insanın beyninə proqramlaşdırılır. Sonradan nəsə qazanılır fikrinə qarşı əks mövqedə deyiləm. Amma mümkün deyil e elə bil, öz-özlüyümdə düşünürəm ki, mən tutaq elə bu cür idim, özümü tanıyandan, indi nəyisə etmiriksə ona münbit mühüt yoxdur. Bir balaca boşluqda özünü biruzə verir sənə doğuşda yazılmış proqram. Məsələn, 1.5 matorun sürət həddi bu qədərdir, yük götürməsi də bu qədər, ona sonradan nələrsə əlavə edib müvəqqəti qazanılmış vərdiş yarada bilərsən, ümuməm 1.5 mator həcminə sahib avtomobil 150 ilə gedir tutaq ki. Bəlkə də müqayisə yalnışdı, amma var olandan sən bu cür olacaqsan fikrindəyəm. Bir film var, Əhlət ağacı, tövsiyə edirəm, baxın. Orda yaxşı bir məqam var, deyir kimsə atasından o tərəfə deyil.

Sort:  
 3 years ago 

Qardaşım gözəl buyurdun amma bir nüansa da toxunaq...Yaradılanların ən alisi İNSANDIR.. Və ALLAH bəzi şeylərdə insana azadlıq verib..Və bunlardan biri də insanda xarakterin formalaşmasıdır..Bu xarakterin formalaşması 99,9% insanın özündən 0,1% isə mühitdən asılıdır.İnsan sağlam olmayan mühitdə böyüyə bilər bu o demək deyilki o pis insan olacaq və ya tamam əksi..

 3 years ago 

Öncəliklə Medalofhonor yazıya görə təşəkkürlər.
Sonra Rəvan qardaşım biz adətən,çox vaxt həm fikir oluruq,amma bu dəfə Sənin yazdığın rəylə eyni fikirdə deyiləm.Səbəbi odur ki deyək ki birinin pis bir xarakteri var və bu xarakterə görə ancaq pis işlər görür.Onda belə çıxır ki bu xarakteri o adama, Yaradan onu irəlidə cəzalandırmaq üçün verib?Başa düşürəm bir az dini mövzuya girir,bəlkədə olmaz bunu burda diskusiya etmək,amma yox ee ...Hər kəs doğulanda safdı,təmizdi.Sonradan çirkaba günaha batır insan.öz "zəhməti,çabası hesabına" qatil olur,cinayətkar olur,şərəfsiz olur və sair...Bizim necə olacağımızı heç şüphəsiz ki bizləri Var edən bilir ama biz pisiksə bizim özümüzdəndir Qardaş.Yüngül həyat tərzi yaşayan qadının etdiyi səhvlər,günahlar -nə alın yazısı,nə də qədər deyil,o bir seçimdir,tərcihdir.

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60078.84
ETH 3197.52
USDT 1.00
SBD 2.45