Steemit Enagement Challenge ||💖💙||Season2, Week #4 ||💚|| My work life and Steemit.by @orxan-m-50

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

SALAM aleykum #steemitazerbaijan and Steemit Community

Dəyərli Steeemitçi Həmkarlarım sabahınız, günortanız, gecəniz bir sözlə hər vaxtınız xeyirli olsun. Necəsiz? İş-güc necədir? Oralarda vəziyyət? Salamatçılıqdırmı? Ümid edirəm hər şey qaydasındadır. Dostlar işlədiyim şirkətdə bəzi dəyişikliklər olduğundan bu mənim iş prosesimdə də təsirsiz ötüşmədi. Soruşula bilər necə? Yeni qaydalara görə işdə telefon işlətmək bir balaca qəlizləşdi.(baxmayaraq ki, hal-hazırda bu postu işdə yazıram. 😉) Gücləndirilmiş iş rejimi ilə fəaliyyətimizi davam etdiririk.(Bu arada milli kinolarımızda olan "Böyük dayaq " filmindən bu fraqment yerinə düşər: - Rüstəm kişi deyirlər aya qalxırıq. Biz aya qalxmasaq da eşitdiyimizə görə iraliləyişlər olmalıdır. Xeyirlisi ALLAHDAN. AMİN İNŞƏƏALLAH 🤲) Bunları paylaşdığım postlardan da anlamaq olur. İş rejimim 12 saatlıq olduğundan. Evə çatmağın da biraz vaxt aparır. Evə də çatdın yorğunluq öz sözünü deyir. 😔 Steemitdəki qrup üzvlərimizin maraqlı postlarını oxuduqca, onlarla söhbət etdikcə inanın ki, yorğunluq yox olub gedir. Bəzən olurki, söhbətin şirinliyindən telefon əlimdə yatıb qalıram😉Steemitə qoşulduğum andan bir çox çətinlikləri aşıb nailiyyətlər əldə etmişəm.Buna görə ilk öncə ALLAHA daha sonra Steemitçi həmkarlarıma təşəkkür edirəm.

AirBrush_20220630195506.jpg

Dostlar mənim Tekstil sahəsində çalışdığımı bəziləriniz paylaşdığım postlardan, bəziləriniz isə görüşüb canlı söhbətlərimizdən xəbərdarsınız. Bu şirkətdə işə başladığım günə qədər qısa müddətli rejimində işləmişəm. Tikinti sahəsində usta köməkçisi, təmir işlərində fəhlə, başqa zavod vəya fabrikdə ştat üzrə olmayan əlavə işçi olaraq işləmişəm. İşlədiyim sahələrdən yalnız bir neçəsini burada paylaşmaq istəyirəm. Ümumi olaraq tikinti sektorunda çox işlədiyimdən bir neçə şəkillə anlatmaq istəyirəm.

IMG-20220630-WA0013.jpg

Bu foto 2013-2014-cü illərdə tikinti şirkətində işlədiyim vaxtın məhsuludur.Beləki, həmin vaxt bizim briqada paytaxt şəhərimiz Bakı şəhərinə çəkilən magistral su kəmərinin yenilənməsi ilə məşğul idi. Doğulub boya-başa çatdığım Sumqayıt şəhərinin
Hacı Zeynalabdin Tağıyev(Nasosnu) qəsəbəsindən Bakı şəhərinə çəkilən su kəmərinin yenisi ilə əvəz olunması işləri bizim briqadaya tapşırılmışdır. ALLAHA çox şükür tapşırığın öhtəsindən məharətlə gəldik və daha sonra bizi köməkçi qüvvə olaraq Bakı şəhərində şəhərdaxili bəzi hissələri də su xətləri ilə bağlı yenidənqurmada kömək üçün dəvət etdilər. Çox şükür bu da problemsiz başa çatdı.

  • Su Həyat Mənbəyidir...

Tekstil sahəsində ilk addımlarım.01.05.2015

IMG-20220630-WA0011.jpg

Hörmətli Steemit Topluluğu üzvləri həmin anlar heç yadımdan çıxmaz. İnsan resurslarındakı xanımın yeni gələn işçiləri iş ilə tanış olmaları üçün cavabdeh şəxslərə təhvil verməsi. Çox maraqlı və həyəcanlı anlar idi. Çünki, bilmirdik ki bizi işə götürəcəklər ya yox? Dedikləri iş görəsən görəsən bizə uyğundurmu, işləyə biləcəyikmi? və digər maraqlı düşüncələr...Biz 3-4 hazır xammal işçini işçi çatışmayan sahələr yönləndirdilər. Burada əvvəlcə 1 növbə və daha sonra 3 növbəli iş rejiminə keçdik.Daha da maraqlı nlr oldu.Boyama şöbəsində idim. İstehsal olunan bəzi tekstil məhsulları burada boyanır. Buraya müxtəlif çeşidli dəsmallar, parça növləri, manjet parçalar və başqaları daxildirlər. Vaxt yetişdi qrupları bölüşdürdülər mən də öz xoşluğumla hörmə sahəsini seçdim.

Hörgüçü Operatorlar...

IMG-20220630-WA0012.jpg

IMG_20220630_144514.jpg

Bu mənim üçün çox maraqlı idi. Çünki, boya sexində gördüyüm hazır məhsulları artıq xam vəziyyətdə, necə istehsal olunduğunu canlı şahidi olurdum. Hərdən həm də motivasiya üçün, bayram günlərində rəhbərlik tərəfindən belə maraqlı şərait təşkil edilirdi.Bunlarda biri də Yeni il bayramına rast gəlmişdi. Şaxta Baba və Qar Qız qonağımız olmuşdu. Burada istehsal olunan parça növləri də müxtəlif idi. Xanımların geyindikləri xalatların xammal parçası, müxtəlif şirkətlərdə işçilərin geyindikləri uniformalar, bazar satışı üçün hər bir fasil üçün qalın və nazik materiallı parçalar, geyimlərdə istifadə olunan yaxalıqlar (manjetlər) və başqa növ parçalar istifadə olunurdu.

IMG_20200914_194943.jpg

Bir müddət hörmə sahəsində işlədikdən sonra dəsmal sahəsində işləməyə başladım. Burada sifarişə uyğun olaraq müxtəlif naxışlı, müxtəlif qramajlı(kütləli) müxtəlif ölçülü dəsmallar istehsal olunurdu. Burada da maraqlı, hüznlü anlarımız olub...

IMG_20201117_154106.jpg

Bu sahədə də bir müddət işlədikdən sonra bəzi səbəblərdən sahəni dəyişəsi oldum.Daha doğrusu məlum pandemiya mövzusu və sifariş zəifliyi olduğundan iş yoldaşlarımızla hər qrupda 2-3 nəfər növbəli şəkildə işləməli olurduq və bəzən də həftələrlə məzuniyyətlərimiz olub. Bunların qarşılığında "toxuma" sahəsindən gələn təkliflə razılaşmalı oldum. Burada isə istehsal edilən parçalar yastıq, prostina, yorğan-döşək üzlüklərində, hərbi geyimlərdə və digər uniformaların istehsalında istifadə olunur.

IMG_20200628_085531.jpg

IMG_20200727_111646.jpg

IMG_20200709_151224.jpg

IMG_20200623_165808.jpg

Dostlar onu da bildirim ki, boş vaxtlarım olanda bekar qalmaq mənlik deyil. Əmimgil təmir işləri görürlər. Əlavə gəlirim olması üçün həmin boş vaxtlarımı əmimgilə təmir işlərini görməkdə kömək edirəm. Bəzən də usta kimi də işləyirəm😉

IMG_20220127_212849.jpg

Toxuma sahəsində 1 ilə yaxın işlədikdən sonra yenidən dəsmal sahəsinə qayıtdım. Çağırışla geri dönmüşdüm. Oradakı vəziyyət ürək açan olmadığı üçün şirkətdə boş sahə tapıb yönləndim ora. Bu sahə də "qazanxana" sahəsidir. Düzdü ALLAHA çox şükür hal-hazırda şirkət üzrə vəziyyət normallaşması doğru gedir(bu sərt şərtlərlə). Məlum məsələ də o olubki, bu lənətə gəlmiş pandemiya hər sahəyə müəyyən təsirlər göstərdi...2015-2022 bu müddət aralığında ağrılı sahə olan şəbəkə marketinqi ilə də məşğul olmuşam. Bunun sahəsində həyatda bir çox təcrübələrə Nail olmuşam. Əslində Network sahəsi gözəl bir şeydir. Çox təəssüfki, bəzi işbazlar bundan sui istifadə edirlər. Dostlar bu iş sahələri ilə bağlı məqaləm hələlik bu qədər...

Bunları xüsusilə sonluqda qeyd etmək istəyirəm.

  • İlk tanışlığım @yusif79@revan746 ilə olmuşdu. Daha sonra isə Kamran , @isa545, @urcah.com@famil ilə tanışlığımız oldu. Steemit Topluluğunun hesabına çox nailiyyətlər əldə etdim, kripto, blogerlik dünyasında bir çox təcrübələrə yiyələndim... Hal-hazırda #steemitazerbaijan mənim üçün ikinci iş yeridir. Burda çoxlu dostlar qazanmışam və maddi tələbatlarının bir hissəsinə yardımçı olmuşdur. Bir daha Steemit Community və #steemitazerbaijan həmkarlarıma və rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.🙏 VAR OLUN. AMİN İNŞƏƏALLAH 🤲

  • Nəhayət ki postu yazıb bitirdim. Hərf şəkilçi səhvi olarsa üzürlü sayın.Diqqətinizə görə minnətdaram...🙏🙏🙏

  • Əziyyət çəkib oxuduğunuz üçün minnətdaram.

ALLAH Sizdən razı olsun, postlarınız bol steemli olsun. Hər kəsə uğurlar. AMİN İNŞƏƏALLAH 🤲

Hörmətlə : @orxan-m-50

Sort:  
 2 years ago 

steemit azerbaijan.jfif
Status Club
club5050
Steemexclusive
No Plagiarism Free
BOT Free
350 Words
Post Quality
8.5/10


 2 years ago 

Təşəkkürlər🙏

@tipu curate

;)

--
This is a manual curation from the @tipU Curation Project.

 2 years ago 

Thanks🙏👍

Əməyi sevən birisiniz, hər zaman əməyinizin düzgün qiymətləndirilməsi diləyi ilə, bütün işlərinizdə uğurlar✨

 2 years ago (edited)

Salamlar. Çox sağ olun. Minnətdaram.🙏🙏🙏

Coin Marketplace

STEEM 0.32
TRX 0.12
JST 0.033
BTC 64647.16
ETH 3160.49
USDT 1.00
SBD 4.13