Dünyanın ən gözəl qızı məzun oldu

Bu gün keçirdiyim hisslərə ad qoya bilmirəm. Çox dolaşıq, qarmaqarışıq hisslərdi. Qızım məzun olur bu gün. O gün mənə oxuyur ki, ana, insanın yaşı artıqca illər sürətlənir. Doğrudan da belədi. İllər işıq sürəti ilə keçib gedir. Sanki dünən idi, başına ağ bant vurub məktəbə göndərdiyim.

Screenshot_20210614_135237.jpg

Düz 11 il keçdi, nə vaxt böyüdüyünü hiss eləmədim. Əslində bir az hiss eləmişdim. Səhər işə gedəndə məktəbə geyəcəyim koftamı tapmayanda:) Özəlləşdirib öz paltarlarının yanından asmışdı.
Bu gün dünyanın ən gözəl qızı məzun oldu.

IMG_20210614_095424.jpg

Oxuduğu 11 ildə bir dəfə də olsun ondan mənə töhmət gəlmədi. Məktəbin öncül, sevilib seçilən şagirdlərindən oldu. Çəkdiyi rəsmləri sosial şəbəkələrdə paylaşıb çoxlu bərəkallahlar qazandım mən də.

1083.jpg

9-cu sinifdə oxuyanda buraxılış imtahanından ən yüksək nəticə toplayıb rayon birincisi oldu. İndi də tələbə olmağa hazırlaşır. Anasının göz bəbəyidir o. Yalandan guppuldatdığım şeirlərin rejissoru, hərdən də mənim monqolluğumdan hirslənib "cahilsən, ana)))" deyən qızım. Bu gün məzun oldun. Gün o gün olsun ki, universitet qazanıb tələbə olasan və daha önəmlisi Vətənə, cəmiyyətə layiq bir vətəndaş kimi yetişəsən.

IMG_20210614_095502.jpg

Sort:  

Maşallah, nə gözəl gün imiş bu gün. Təbrik edirəm. Xeyirli övlad oslun.

Sakit, səssiz son zəng. Cəmi bir saat, o da sosial məsafə gözlənilmək şərti ilə. Əslində Gülayın ürəyindən olub.

MAŞALLAH olsun..ALLAH saxlasın..O gün olsun ali təhsilli məzun olsun..Bütün arzusunda olanlara nəsib olsun...AMİN İNŞƏƏALLAH🤲🤲

Siz sağ olun.. Xoşdu

Bir şeyi də vurğulayım ki illər olduqca öz axarında gedir..Sadəcə insan böyüdükcə, yaşa dolduqca ətrafı həyatı anlayır.. Həyatın asan çətinliklərini görür...Ona görə də bu fikirlərə düşür

Təbriklər Nurəngiz Xanım.MAŞAALLAH BƏRƏKALLAH Bütün arzu və istəklərinizin,gözləntilərinizin həyata keçməsi diləyi ilə Təbrik edirik.Uğurları bol və daim olsun!!!