Steemit Enagement Challenge ||💖💙||Season2, Week #3 ||💛💚|| Həyatıma rəng qatanlar by noexcuse1

in Steemit Azerbaijan☪✔2 years ago

Hər kəsə salam.Həyatımda ilk dəfə olaraq Steemit Azerbaijan səhifəsində @revan746 şiddətli tövsiyyəsi ilə yarışmaya qatıldım. @orxan-m-50 dediyim kimi iki daşın arasında qəşəng iş çıxaracağıma əminəm .
Texnologiyanın inkişafı sayəsində bir çoxlarımız həyatımıza fərqlilik qatsın deyə müxtəlif qurğu və avadanlıqlardan mütəmadi olaraq istifadə edirik.
Mənim həyatıma fərqlilik və rəng qatan ilk texnoloji qurğu telefondur . Hardasa, 16 yaşımdan bəri bu texnoloji qurğuya qarşı marağım çox olub. Yadımdadır ki, balaca vaxtı rəhmətlik babamın kiçik Nokia telefonunu qurdalayıb, oyun oynayırdım. Yenilikləri sevirdim deyə, bizə kim qonaq gəlirdisə, fərqli telefon və ya hər hansı bir qurğu görən kimi istəyirdim və ya maraqlı nəsə varmı deyə soruşardım.
İlk telefonum Samsung markasından idi. Təəssüf ki, həmən telefona aid şəkil olmasa da , xatirəsindən kiçik fraqmenti sizinlə bölüşə bilərəm . Samsung markalı telefonum yaddaş tutumu 8 gb olmasına baxmayaraq , həcmi böyük olan proqramları rahatlıqla istifadə edirdim. Üstəlik, çox yaxşı şəkil çəkirdi deyə telefonum məndən çox dostlarımın əlində olurdu. Demək olar ki , 9-cu sinifdən universitetin birinci kursuna qədər hər şeyə tab gətirən telefonum əlimdən düşərək əbədi səssiz rejiminə məhkum oldu. 1-ci kursun ortalarında isə yeni və ikinci mənə görə möhtəşəm olan telefonu aldım. Markası "Redmi 8" olan bu telefonun digər telefonumdan fərqi yaddaş tutumunun çox olması və ağır sayıla biləcək proqramlardan daha rahat istifadəni təmin etməsidir. Digər telefonum kimi şəkil çəkmə funksiyası olduqca yaxşı olduğundan dostlarım telefonumu həmişəki kimi zəbt edib . Möhtəşəm telefonumu sizə təqdim edirəm :

IMG-20220626-WA0027.jpg

Telefonumun müsbət cəhəti əlimdən neçə dəfə yerə düşsə də , əvvəlki kimi işləməsi ,üstəlik, Samsunga nisbətən enerji tutumunu rahat saxlayır. Məsələn, samsung-da hər 10 dəqiqə hesabı ilə telefonun enerji tutumu 100-də 60% daha tez azalırdı. Redmi markalı telefonum da isə hər 10 dəqiqədə enerji tutumu 100-də 5 və ya 10 faiz azalır. Elə vaxtlar olub ki, telefonu enerji yığması üçün adapterə taxmamışam . Və 1 faiz göstərici ilə həm universitetə, həm də digər lazımlı işləri görməyə belə getmişəm. Redminin türklər demiş ,bu özəlliyini sevirəm . Telefonumun ən sevdiyim hissəsi də özünəməxsus musiqi proqramının olmasıdır . Beləki , bu proqram sayəsində mahnıları həm online ,həm də mahnıları endirərək ofline şəkildə dinləyə bilərsiniz .

Screenshot_2022-06-26-22-32-36-602_com.miui.home.jpg

Həmçinin , ödənişsiz halda musiqi siyahısı yaratmaq mümkündür.

Screenshot_2022-06-26-22-33-00-879_com.miui.player.jpg

Bildiyim qədəri ilə Apple markalarında belə bir sistem yoxdur və olsa da,ödənişlidir . Məhz buna görə də yaşasın, Mi markası.

Screenshot_2022-06-26-22-33-27-442_com.miui.player.jpg

İkinci möhtəşəm texnoloji qurğu isə saatdır. Bu elə belə saatlardan deyil ha. Hər yerdə 35-40 manat arası dəyişən saatı Türkiyədən 18 manata almağım məni bir az tədirgin etmişdi.Buna səbəb görmədiyim texnoloji qurğunu ilk dəfə hər hansı bir funksiyasını yoxlamadan almağımdır. Lakin mənfi gözləntilərimin tam əksi oldu . Qiyməti çox münasib olmasına baxmayaraq , içərisində olan funksiyalar yaxşı işləyir. Qısa bir müddətdə mənə görə sevimli və bir o qədər vacibli bir aksesuara çevrildi.
Sizə ağıllı saatımı təqdim edirəm:

IMG_20220626_205307.jpg

Ağıllı texnogiyaya sahib qurğularımı sizə təqdim etdim. Ümid edirəm gələcək illərdə avadanlıqların sayı artar və sizinlə də bölüşərəm.
IMG_20220626_205214.jpg

Sort:  
 2 years ago 

steemit azerbaijan.jfif
Status Club
club5050
Steemexclusive
No Plagiarism Free
BOT Free
350 Words
Post Quality
7.5/10


 2 years ago 

Əhsən. 👍👍👍👏👏👏

 2 years ago 

Təşəkkürlər 😁

 2 years ago 

Buyurun xoşdur...🙏

my phone was in the hands of more friends than I did because it took very good pictures.

I can imagine 😂😂😂 friends can't resist having your phone always especially when it takes nice pictures. Well that's what you get for always getting phones with hood cameras.

The way you talk about the Redmi it's like you really love it. Just by reading I'm seeming to love it too.

Good luck on the contest my friend

 2 years ago 

I became a fan of the Mi brand 😂 Imagine, the pictures taken by my friends were more than my picture.
Thank you a lot, my friend 🥺😍

You are welcome 🤗

Is your wristwatch an apple, and if it is what model, I think I want it for myself, so as to present me more responsible, and I see your mi brand, am sure you having a good time using it, am not that familiar with that product

Greetings and blessings

 2 years ago 

Smart watch brand: Bood Smart Watch 3
It works very well for the price.
Thank you for reading my post 😍

Yeah, you are welcome
I will make a review on the smartwatch
Greetins

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.034
BTC 64455.55
ETH 3147.84
USDT 1.00
SBD 3.94