Ölümsüzlük || #club5050

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Hər kəsə salam ,əziz Steemitçilər. Yəqin ki, bir çoxlarınız həyata bağlılığınızdan dolayı ölümsüzlüyü arzu etmiş olarsınız .
Bu dünyada ölümdən başqa hər şeyin mümkün olduğunu qəlib kimi beynimizdə formalaşdırarkən , dünyanın o biri başında "ölümsüzlük nəzəriyyəsi "kəşf edirlər. Bu proses insan bədənini donduraraq uzun müddətli sağ qalmağa hesablanmışdır.

maxresdefault-1024x576.jpg

Link
Dünyanın ilk dondurulmuş insanı Ceyms Bedforddur. 50 illik krio boruda gözləmə müddətini başa vuran şəxsdir. Donmuş insanları reanimasiya etmək hələ mümkün olmasa da, bu xüsusi dondurma prosesi öz sənayesini yaratmışdır.
Hüceyrələr ölməyə başlamazdan əvvəl bu insanların beyin toxumaları vitrifikasiya deyilən buzsuz dondurma üsulu ilə qorunur. Bu adamlar qanuni olaraq ölü sayılırlar, amma öz adından danışa bilsəydilər, bəlkə də cəsədlərinin öldüyünü etiraf etməz, sadəcə huşsuz olduqlarını söyləyərdilər.

2017-01-18-17-11-18aaaa.jpg
Link
Bu insanları həyata qaytarmağın mümkün olub-olmadığını heç kim bilmir. Ancaq insanların çoxu qeyri-müəyyənliyin ölümdən daha yaxşı olduğuna inanır. Bu gün 1250 nəfər bu şəkildə dondurulmağı gözləyir. Bunun üçün Oreqon, Avstraliya və Avropada yeni mərkəzlərin açılması planlaşdırılır.
Əksəriyyətimiz üçün qeyri-mümkün görünsə də, bu gün 250-dən çox donmuş insan tanımadıqları gələcəyə oyanmaq üçün gözləyir.

endirmə (1).jpeg
Link

Qəribəsi də odur ki, bu proses ödənişli şəkildə həyata keçirilir. Təsəvvür edin, lazım olan məbləği ödəyirsiniz və öz ölümünüzə imza atmış kimi özünüzü dondurursunuz . Ortada pulun iyi gələrsə, heç şübhə etməyin "ölümdən başqa hər şey mümkündür " qəlibi yadınıza düşəcək :D
Qaraqanın hansısa kitabında ölümsüzlüklə bağlı qısa bir epizod yadıma düşdü.
Allah tərəfindən cəzalandırılmış insan ömürlük ölümsüzlük cəzası almışdı. İlk başda bu cəza qulağa xoş gələ bilər amma illər keçdikcə həmin şəxs anlayır ki, doğmalarının ölümünü gözləri önündə baş verməsi qədər ağır cəza yoxdur . Dəfələrlə özünü öldürməyə çalışsa da, hər dəfə başqa bir bədəndə dünyaya gəlib .
Kiçik bir epizodda yatan həqiqətənlər acı və kədərə məhkumluğun ifadəsidir.
Ürəyinizcə həyat yaşayın ki, gözü açıq getməyəsiniz.
Elmlə qalın ,sağlam olun!

Sort:  
 3 years ago 

Dəfələrlə özünü öldürməyə çalışsa da, hər dəfə başqa bir bədəndə dünyaya gəlib. Bu cümlə mənə 'reinkarnasiya' inancını xatırlatdı. Görəsən belə birşey həqiqətən var yoxsa sadəcə təxəyyüldü? Qaraqanın bunu nə məqsədlə yazdığı maraqlı gəldi doğrusu. Yaxşısı budu ki, mən reinkarnasiyanı araşdırım, hətta sizidə məlumatlandırım bu mövzuda, o zaman bunu yenə müzakirə edərik)) Post əladı, bu yaxınlarda qarşılaşmışdım bu dediklərinizlə, maraqlı gəlmişdi👍🏻

 3 years ago (edited)

Qaraqanın kitabları İlham qaynağımdı. 😁Reinkarnasiya mənə görə məntiqsiz bir anlayış deyil. Belə bir şey ola bilər, biz insanlar ölərkən başqa bədənlərdə əvvəlki yaşantılarımızı unudaraq həyatımıza davam edə bilərik. Dostum deyirdi ki, cənnətdə üç şərtin birincisi yenidən doğulmaqdı ,yaddaşın silinərək. Bir anlıq yadıma düşdü sjjsj

 3 years ago (edited)

Okay, cənnət mövzusu ilə razılaşıram , o onsuzda elədiklərinin ödülüdü. Amma əvvəlcə deyim ki mənə görə reinkarnasiya deyə birşey yoxdu. Sonrada birşey deyim düşünün öldüz, başqa bədəndə, yaddaşınız silinmiş şəkildə özünüzə gəldiz. Ee bəs siz siz olmadız axı? nə bədən eyni bədən nədə yaşantı. İnsan yaşadıqları ilə özü ola bilir mənə görə. Bilmirəm bəlkə də yalnış düşünürəm😄

 3 years ago 

Amma qəribə olardı. Təsəvvür edin, eyni bədəndə amma yaddaşı silinmiş şəkildə dünyadasınız. Bir anlıq nəsə baş verir və siz özünüzü yuxularda və ya təsadüfən əvvəl olduğunuz məkanda görürsünüz. Adam dəli olar 😂

 3 years ago 

ahahaha bu yaxşı fikirdi. Xatırlamadığın müddətcə məncə çoxda fikir verməzlər buna, yuxu deyib keçərlər))

JvFFVmatwWHRfvmtd53nmEJ94xpKydwmbSC5H5svBACH81bMpVVDSWNPLjkeb25kf46u8fNhr1gt1PEuTrXSWEBicy9wsPgWb1W1H7MyPZTRtKUiFqhELSQJy1vvFpykzEV2uCuUcW.png

 3 years ago 

Maraqlı məlumatdı, lap çoxdan hardasa səthi görmüşdüm bunu. Əslində çox isdiyərdim ki mən də bir 50 il isdirahət edim. Ama bilmirəm təklif gəlsə qəbul edə bilərəm ya yox 😄

 3 years ago 

Pis olmaz əslində. 90 yaşımda edəcəklərim listesindədi sjsj

 3 years ago 

90 yaşı qeyd edirsiz artıq, əla 👏😄

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 57527.13
ETH 2375.07
USDT 1.00
SBD 2.42