You are viewing a single comment's thread from:

RE: Ölümsüzlük || #club5050

in Steemit Azerbaijan☪✔3 years ago

Dəfələrlə özünü öldürməyə çalışsa da, hər dəfə başqa bir bədəndə dünyaya gəlib. Bu cümlə mənə 'reinkarnasiya' inancını xatırlatdı. Görəsən belə birşey həqiqətən var yoxsa sadəcə təxəyyüldü? Qaraqanın bunu nə məqsədlə yazdığı maraqlı gəldi doğrusu. Yaxşısı budu ki, mən reinkarnasiyanı araşdırım, hətta sizidə məlumatlandırım bu mövzuda, o zaman bunu yenə müzakirə edərik)) Post əladı, bu yaxınlarda qarşılaşmışdım bu dediklərinizlə, maraqlı gəlmişdi👍🏻

Sort:  
 3 years ago (edited)

Qaraqanın kitabları İlham qaynağımdı. 😁Reinkarnasiya mənə görə məntiqsiz bir anlayış deyil. Belə bir şey ola bilər, biz insanlar ölərkən başqa bədənlərdə əvvəlki yaşantılarımızı unudaraq həyatımıza davam edə bilərik. Dostum deyirdi ki, cənnətdə üç şərtin birincisi yenidən doğulmaqdı ,yaddaşın silinərək. Bir anlıq yadıma düşdü sjjsj

 3 years ago (edited)

Okay, cənnət mövzusu ilə razılaşıram , o onsuzda elədiklərinin ödülüdü. Amma əvvəlcə deyim ki mənə görə reinkarnasiya deyə birşey yoxdu. Sonrada birşey deyim düşünün öldüz, başqa bədəndə, yaddaşınız silinmiş şəkildə özünüzə gəldiz. Ee bəs siz siz olmadız axı? nə bədən eyni bədən nədə yaşantı. İnsan yaşadıqları ilə özü ola bilir mənə görə. Bilmirəm bəlkə də yalnış düşünürəm😄

 3 years ago 

Amma qəribə olardı. Təsəvvür edin, eyni bədəndə amma yaddaşı silinmiş şəkildə dünyadasınız. Bir anlıq nəsə baş verir və siz özünüzü yuxularda və ya təsadüfən əvvəl olduğunuz məkanda görürsünüz. Adam dəli olar 😂

 3 years ago 

ahahaha bu yaxşı fikirdi. Xatırlamadığın müddətcə məncə çoxda fikir verməzlər buna, yuxu deyib keçərlər))

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 57651.10
ETH 2377.43
USDT 1.00
SBD 2.42