İLK DƏFƏ AYRAN AŞI (DOVĞA) BİŞİRDİM 🙂

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam, #SteemitAzerbaijan ailəsi! Özünüzü yaxşı hiss edirsinizmi?

İki ildən çoxdan Vətənə gəlmirəm deyə bizim yeməklər hər yada düşəndə ağzımın suyu axır 😀

Fikirləşdim nə bişirim, vaxt az alsın, həm də resepti sadə olsun ilk üçün).
Düşündüm dovğa bişirim. Dovğa ölkəmizin müxtəlif bölgələrində müxtəlif cür bişirilir. Talış zonasının özündə də fərqli bişirilir.
Qazaxıstanda ayran, qatıq o qədər də rahat tapılmır, çoxu heç bilmir nədir?))
Neçə market gəzdim bir butulka ayran tapa bildim. Bu bir butulka ilə nə aş)). İki dənə kefir də aldım.
Gətirdim qəşəngcənə tökdüm qazana, qatdım, bir az un və bir yumurta da əlavə etdim, bir stəkan su ilə birlikdə qarışdırdım.
Amma, noxud tapa bilmədim, yarma formasında çöl noxudu tapdım, bir saat cəmi vaxt var idi deyə , həm də adi noxud deyildi deyə şişmək üçün az saxladım suda.

VideoCapture_20211229-025558.jpg

Həngamə bundan sonra başladı 😀🤭 qarışdır ha qarışdır, ta fıxıl-fıxıl qaynayana qədər . Çünki qarışdırmayanda çürüyür, mənim xoşum gəlmir elə bişəndə.

VideoCapture_20211229-025550.jpg

Hazır olana yaxım göy-göyərti nə düşdü əlimə doğradım tökdüm içinə). Doğa hazır oldu)). Bir neçə yerli də gəldi çıxdı, içdilər doyunca. Ləzzət elədi. Qalanı da tökdüm bankaya qoydum soyuducuya, yemək yeyəndə içirəm.

20211220_161318.jpg

Bizdə ayran aşına dunə aş deyirlər. Talışca du- ayran, aş elə aş). Elə dovğa sözünün köküdə du sözüdür. Kökü pəhləvi dilində çıxır.

Görüm növbəti bişirdiyim nə olacaq?!))

Sort:  
 2 years ago 

Qardaş deyirəm bu steemitfood hara baxır. Bu istedadları qabağa çəkmək lazımdır👍 MAŞALLAH olsun. Soruşmaq ayıb olmasın kımıza görə normal ayran , qatıq tapmaq çətindir?

 2 years ago 

😀😀 qardaş evdə çörəyi süfrəyə qoymağa ərinərdim, təklikdə aclıq gələndə sən o sən olmursan)).
Qımız qıcqırdılmış at sududur, mən onu içənlə belə bir yerdə oturmuram)) bir az çox içəndə piyanda ola bilirsən.
Köçəri xalqlarda qatıq, ayran, pendir, yağ olmayıb tarixən. Ona görə indi ki vaxtda da özünü göstərir, i məmülatlar elə də populyar deyillər.

 2 years ago 

Eynilə Mən😂 Qardaşım sayəndə bunu da yeni öyrəndim. Kımızın elə xüsusiyyəti olduğunu bilmirdim. Sadəcə o zonanın tarixi içkisi kimi bilirdim. Bizdə necə ki , iri buynuz, xırda buynuzların südü orada da kımız. Pis də çıxsa deyəcəm. Uzkaya qlaznayalarsan yoxdu gəlib yemək bişirsinlər😉😊😂

 2 years ago 

Kımız kayf tutmağa içirlər 🥛. Bir elə içkiləri də var tan adlanır.
Bizim yeməkləri bişirmək onlara çətindir. Deyirlər özqn bişir bizim də ağzımız dada gəlsin))))))

 2 years ago 

Hə belə de... **KIMIZ: **Təbii spirtli içki. Çerez At əldə edilir😂

 2 years ago 

Xeyli boçkalarda qıcqırdırlar, necə ki alça, almanı qıcqırdırlar samaqon alınır🙂

 2 years ago 

Hə Qardaş. Proses eyni. Dəyişən isə mənbədir

 2 years ago 

Düzdür bu artıq hünər istər. Hər kəs bizim yeməkləri bişirməyi bacarmaz. İstəsələr öyrənə bilərləreee. Sadəcə görürlər silah sursat Səndədir. Bir söz deyə bilmirlər.

 2 years ago 

Təmiz söhbət 😀🤣

 2 years ago 

😂😂👍

Coin Marketplace

STEEM 0.34
TRX 0.14
JST 0.042
BTC 68743.49
ETH 3803.00
USDT 1.00
SBD 5.31