BU DƏFƏ PİTİ BİŞİRDİM - MƏNCƏ İLK DƏFƏ ÜÇÜN ƏLA ALINDI 😊

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam, dəyərli #SteemitAzerbaijan əhli, nə cürsüz? Yaxşısız məncə.

Doğa ilə Bismillah eləmişdim, gördüm nəsə bişirə bilirəm. 🙂 link

Bu gün isə düşündüm, nə bişirim nə bişirməyim, tıp, piti ! Nə lazımdır ilk öncə gil qablar. Yerli kafelərinin birində piti qabları artıq olduğundan olduğum evə artığın gətirmişdilər. Əsas məsələ onlar idi ki, piti bişirmək üstündə dayandım. Eşitdim qazanda da bişirirlər, piti qabı olmasa (daha o piti olmur ki bozbaş fason bişey olacaq da)))).

20211229_015857.jpg

Noxudu 3-4 saat qabaq qoydum suya. Yutubda baxdım bir-iki piti hazırlanma videolarına, hövsələm çatmadı sona qədər baxmağa. Çünki yeyəndə pitinin içində nələrin olduğunu onsuz bilirik. Əsas məsələ, bişirmək üçün nələrim var hazırda.

20211229_000915.jpg

Quzu əti, quyruq, noxud, soğan . Bəs bu şami-qəribanda şabalıd və alça turşusu, hələ zəfəranı necə tapım?🤔🙂

20211229_000843.jpg

Noxudu, əti, quyruğu qablara yerləşdirib üzərinə su əlavə edib qoydum qaz duxovkasına. Bir az sonra kəfini yığmağa başladım. Xırda doğradığım soğanı hər qaba iki böyük qaşıq qədər əlavə etdim.

20211228_224538.jpg

Gördüm altı tək setkadır tez qaynayır suyu azalır.😃. Tez qalın bir tavaya yığıb qoydum duxovkaya ki öz vamı ilə xımır-xımır bişsin.

20211229_001018.jpg

Dedim onsuz şabalıd, alça qurusu yoxdur. Özüm nəsə əlavə edim, təcrübə olsun. Qəşəng xırda pomidor var idi. Hər qaba birini iki hissəyə bölüb tökdüm. (Gələn səfər bütöv tökərəm)))). Pomidoru alça turşusu yerində fərz etdim 😀. Qaldı şabalıd.

20211229_001149.jpg

Şabalıd əvəzi də bir - iki kartof düşündüm. Kartofu qəşəng soyub, çox da iri olmayan dilimlərə ayırdım, hər qaba iki dilim əlavə etdim.

20211229_011235.jpg

Puah, bişdikcə yeməyin ətrindən evdə məsti-xumar olurdum.
Hardasa 4 saatdan bir qədər çox vaxta hazır oldu. Artıq gecə yarı idi. Onu yeyib yatmaq Əzraillə qoz-qoz oynamaqdır, o enerjini sərfiyyata yönəltmək lazımdır😀😀😂. Tərslikdən özüm də subay.
Xülasə, necə deyərlər qazı açıq qoymayaraq yatdım. Obedə yaxın dostum gəldi, bir qazax tanışı da gəlməli idi, işə çağırmışdılar deyə gələmməmişdi (yemədi getdi😀). Elə dostumla oturduq, qəşəng qızdırdım yedik. Çox istədik pənco/pənco gedək. Razılaşdıq ki, pənco/pənco sabaha qalsın. Çünki, maşını ilə gəlmişdi. Onsuz yarısı qalıb. Soyuducuda aşağı rəfə qoydum.

VideoCapture_20211230-031038.jpg

Yeriniz məlum, nə getdi, nə getdi.... Dostum dedi mən Şəkinin özündə belə dadlı piti yeməmişdim. Bəlkə də mırtlaşdı, amma ürəkdən dediye, inandım. 😂😅.
Kak raz, sumaxım qalmışdı. Ondan yeyəndə səpdik üstünə, mən dəhşət göy-göyərti sevənəm deyə, nəsə tərəvəz də əlimə keçdi, ondan da doğradım bişərkən. Düzü bilmədim keşnişdir ya cəfəri filan... Çox gözəl, çix pakizə oldu hər şey... bəh bəh bəh...

Zəhmət çəkib oxudunuz... Hər anınız xoş olsun!

Sort:  
 3 years ago 

Ellerinize sağlıq

 3 years ago 

Təşəkkür edirəm 🙂

 3 years ago 

Aleykum SALAM. Qardaş MAŞALLAH olsun. Əllərinə sağlıq. Nə cür deyəndə yaxşı təhərəm😊 Qardaşım yenə əsər yaradıb. Kulinariya kitabına düşəsi Adamsan😉😊 Çox gözəl ki, alternativ variantları gözəl istifadə edirsən. Qürbət eldə olasan, Subay qalasan😂😂😂 İnanmağım gəlmir Temboli şe'r əhlisən...😉 Qardaşım şəkillərdən hiss olunur ki, əla alınıb. Nuş olsun qədə-qədə😊

 3 years ago 

Bayramın mübarək qardaş. Arada nəsə eləmək istəyirəm)))

 3 years ago 

Salam aleykum. Çox sağ ol Qardaşım. Səninlə bahəm. MAŞALLAH alınır. Lazımdı dəyişiklik😊

Nuş olsun👌🏻

 3 years ago 

Təşəkkür edirəm. Yeni iliniz mübarək!

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 75077.06
ETH 2851.79
USDT 1.00
SBD 2.48