ALLAH'a müraciət!

in Steemit Azerbaijan☪✔3 years ago

Salam dəyərli #SteemitAzerbaijan ailəsi necəsiniz. Yeni şeirimi sizə təqdim edirəm. Amin yazsanız xoş olar!

Daha seçəmmirik haqqdan-nahağı,
Şeytan özün hakim sanmasın, Allah!
Yansın məzlumların ümid çırağı,
Ocağı başına yanmasın Allah!

Bəşərin olmasın kədər qisməti,
Atalar qazansın halal neməti.
Ləkələnməsin heç qadın isməti,
Kişinin qüruru sınmasın, Allah!

Göyərçinlər uça rahat hər yana,
Zindanda nə hacət yeni zindana?!
Tikanlı məftillər önündə ana-
Qucağda balası, donmasın, Allah!

Kimsə tuş gəlməsin yersiz qınağa,
Üzu ağ son desin çətin sınağa.
Vüsal göz yaşları ensin yanağa,
Həsrət ürəkləri yonmasın, Allah!

Hamı ömr eyləsin, sağ və salamat,
Barmaq dişləməsin şokda camaat.
Çanağından çıxan çanağa mat-mat-
Baxıb öz əslini danmasın, Allah!

Mirfayaz Likməkani
11.01.2022

IMG_20211224_212312.jpg

Sort:  
 3 years ago 

Qardaşım deməyə söz tapa bilmirəm. Sadəcə bu cümlələrlə fikrimi bildirim. Həmişəki kimi, möhtəşəm. Həmişəki kimi mənalı. Həmişəki kimi maarifləndirici...Var ol. Təbin hər zaman rəvan olsun. Həm də şeirinə görə AMİN İNŞƏƏALLAH🤲

 3 years ago 

Çox sağ ol, qardaş. Diqqətin üçün minnətdaram. Bircə interneti açsaydılar, rahat nəfər alardıq)

 3 years ago 

Sən də sağ ol. Buyur xoşdur Qardaşım. O da İNŞƏƏALLAH düzələr🤲

 3 years ago 

İnşallah!

Coin Marketplace

STEEM 0.20
TRX 0.14
JST 0.030
BTC 68095.56
ETH 3267.37
USDT 1.00
SBD 2.66