#club100 // The Diary Game-Better Life 21.09. 2022 Gəl, ey səhər.

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz? Steemit platformasında durğunluqdu. Yəqin ki, steemin qiymətinin aşağı düşməsi ilə əlaqədardı. Amma mən ənənəmə sadiqəm. Yola eynən davam edirəm. Kəskin istilər də əhvalımızı korlayıb. Havada sanki hava yoxmuş kimidi. Keçən ilki yol rahatlığım da yoxdu artıq. Metronun elə stansiyasında minirəm ki, bir vaqonda olmasının 3 qatı qədər adam olur. Düşəndə saç, baş qalmır insanda. Ötən günə gün çatmaz, calasan günü günə zad.

IMG-20220920-WA0011.jpg

Bu səhər lap tezdən oyandım. Tezdən oyanmağa məcburam çünki. Olmayan balkondan buludları görüb sevindim. Sinoptiklər hələ bir neçə gün belə anomal istilərin davam edəcəyini deyirlər.

IMG-20220921-WA0000.jpg

IMG-20220921-WA0001.jpg

Bax, indi havadan bezmiş durumdayıq. Vallah bircə gün yağış yağacaq, onda da ağzımız əyiləcək. Çətir götürməkdən xoşum gəlmir. Lap gəlsə belə Bakıda çətir götürməyin adı yoxdu. Külək o çətiri bir günə qoyur ki, heç yığışdıra da bilmirsən. Bu gün akademiyada tələbə müəllimimiz bizə acı bir "sürpriz" hazırlamışdı. Ev tapşırığını səylə yerinə yetirib rahatca beynimizdə "dünya mənim, dünya sənin, dünya heç kimin" mahnısını flrlada-fırlada oturmuşduq ki, müəllim bizdən əvvəl danışan tələbənin mövzusu barədə suallara cavab verməyi tələb etdi. Qulaq asan kim idi ki?) Heç kim. Seminar qiymətlərimizi də elə bu sorğu əsasında yazacağını deyəndə sındı qol qanadımız yanımıza düşdü. Artıq birinci seminardan bəxtimiz gətirmədi. Amma ruhdan düşmək yox. Çünki mənə stipendiya lazımdı. Kim deyir ki, pul çox şeyi həll eləmir? Doğrudu, pul çox şeyi həll eləmir, pul demək olar ki, hər şeyi həll eləyir. Belə, əziz izləyicilər. Əgər varsınızsa, oxuyursunuzsa təşəkkürlər. Özünüzə göz qulaq olun.
@gulaybagirzade

Sort:  

@tipu curate

;) Holisss...
Hello Girl I really liked your photographs of that sunset, the colors and the sun's rays.

--
This is a manual curation from the @tipU Curation Project.

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 62067.61
ETH 2414.80
USDT 1.00
SBD 2.57