You are viewing a single comment's thread from:

RE: • "Dəyərlər" || #club5050 || 21.05.2022👉🏻 (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Yük olmaq düşüncəsini fikirlərinizdən biraz da olsa atmağı məsləhət görərdim @alsum. İnsanlar ya özlərini yük edərlər ya da başqasının yükünə kömək edərlər. Siz bu yeniyetmə çağınızda bu məsuliyyəti özünüzə dərd etməyiniz həqiqətən məyus etdi məni. Dünya bir evdir. Fərqi yoxdur yaşadığımız ev hansı böyüklükdə olursa olsun. Bizi anlayan və ya anlamayan, sevdiklərimiz vəya sevmədiklərimiz, özümüzü yük hesab etdiyimiz və ya bizə yük olanlar hər kim varsa ətrafımızda biz istər istəməz vasitəçilik edirik. Əsas öhdəlik olaraq götürdüyünüz peşəni və ya işi layiqincə yerinə yetirməyiniz lazımdır. Uğurlar diləyirəm.

Sort:  
 2 years ago 

Yük olmaq düşüncəsini birgün fikirlərimdən ata biləcəyimi düşünmürəm. Bu yeniyetmə çağımda bəzi şeyləri dərk etmədən, gözdən keçirmədən yaşamaq yerinə, hər hissimi dəyərləndirməyə çalışıram. Məqsədim olduğum yerdə təpinmək deyil, bir addım belə olsa özümü irəli apara bilməkdir. Birilərinə vasitəçi olmaq deyil, yüklərinə kömək etmək istəyərəm. Daxili dəyər keyfiyyətlərimi ən yüksəklərdə saxlamaqdı istəyim. Digər işlər isə həll olacaq şeylərdi, əsas keyfiyyətli biri olmaqdı! Sizə də uğurlar..

 2 years ago 

👍

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 63508.13
ETH 2493.92
USDT 1.00
SBD 2.68