Saatlının Orta Muğan kəndinə doğru...

in Steemit Azerbaijan☪✔last month

Gənclərin İnkişaf və Karyera Mərkəzi olaraq rayonumuzun bütün şəhidlərinin ad günlərində məzarlarını ziyarət edirik. Təbii ki, yeni işçi olsam da, Mərkəzin əməkdaşı olaraq mən də bütün ziyarətlərdə iştirak edirəm.

Keçən həftə Vətən Müharibəsidə şəhid olan Xəzri Sarıyevin ad günü ilə bağlı məzarını ziyarət üçün Saatlının çox ucqar, kənar kəndlərindən biri olan Orta Muğan kəndinə yol aldıq.

Orta Muğan kəndindən sonra Salyandır. Rayonumuzun o tərəflərinə keç keçməmişdim. Yolumuzun üstündə Azadkənd, Fətəlikənd, Qara Nuru kimi kəndlər vardı, hansı ki bu vaxta qədər yalnızca adını eşitmişdim. Canlı görmək isə bir başqa idi, həqiqətən.

Keçdiyimiz yollar o qədər gözəl, tənha, ıssız idi ki, şəkillər çəkmədən dayana bilmədik. Xeyli şəkillər çəkdim. Bəzilərini sizlərlə də paylaşmaq istədim.

IMG_20211015_154957.jpg

IMG_20211015_155148.jpg

IMG_20211015_154938.jpg

IMG_20211015_155108.jpg

IMG_20211015_155828.jpg

Mənimçün çox maraqlı, həyəcan verici bir təcrübə oldu. Deyirəm da, mən yol insanıyam. Yollar mənim evim... :)

Sort:  
 last month 

Saatlıda ağac var imiş)

 last month 

Day o qədər də yox. Peeeh. Saatlıda həm yaşıllıq, həm də quraqlıq var

 last month 

Nəsə gözümə fotoşop kimi göründü da))

 last month (edited)

Gəzmək görmək bir ayrıdı ölkəni qarış qarış gəzmək kəşf etmək lazımdi .uğurlar abi

 last month 

Hə, abi. Ay yaşa. Sən artıq beynimi oxuyursan ;)

Gəzəndə görəndə adam cavanlaşır e abi

Coin Marketplace

STEEM 0.72
TRX 0.09
JST 0.074
BTC 55047.09
ETH 4124.73
BNB 609.48
SBD 7.14