#club5050 // Steemit Enagement Challenge ||💚||Season2, Week #2 ||💜|| My Choice is My Fashion !|| by @aydanismayil . Sakina.

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir olsun. Steemitazerbaijan topluluğunun təqdim etdiyi bu müsabiqədə Sakina haqqında yazacağam. Sakina indiyədək gördüyüm ən incə, ən zövqlü xanımlardan biridir. Uca boyu, mütənasib bədən quruluşu Sakinaya xoş, gözəl görünmək üçün imkan yaradır. Boyu uca deyəndə, yəni 1.83 sm boylarında bir xanım.

IMG-20220617-WA0057.jpg

IMG-20220617-WA0076.jpg

Biz əvvəllər Sakina ilə tanış olanda uzun saçları var idi. Yanımda saçlarını kəsdirəcəyindən danışanda qısa saçların ona necə yaraşacağını heç cür təsəvvür edə bilmirdim. Az qala ona yaraşmayacağını da düşünürdüm. Daha sonra qısa saçlı Sakina ilə rastlaşanda heyran qaldım.

IMG-20220617-WA0074.jpg

IMG-20220617-WA0058.jpg

IMG-20220617-WA0059.jpg

Biz onunla sosial şəbəkələrin birində tanış olmuşuq. İlk söhbətindən hiss etdim ki, bu qız qəlbə yaxın, çox diqqətli həmsöhbət, intellektual səviyyəli bir qızdır. Yeri gəlmişkən, Sakina universitet məzunudur. Hal hazırda şirkətlərdən birində çalışır. Daxili aləmi çox zəngindir. Onunla hər mövzuda söhbət edə bilərsən. Və ən əsası çox anlayışlıdır. Sizcə bu imic deyilmi? Səyahət etməyi çox sevir.

IMG-20220617-WA0073.jpg

IMG-20220617-WA0046.jpg

IMG-20220617-WA0080.jpg

Bilmirəm, fikir verdiniz ya yox, çox incə aksessuarlara üstünlük verir. Hətta yadımdadı ilk görüşümüzdə onun çox sevdiyi fil fiqurlu qolbaq tapıb almaq üçün çoxlu sayda mağazalar gəzmişdik. Filləri çox sevdiyini paylaşımlarından öyrənmişdim. Sakina və incə aksessuarlar tam bir vəhdətdi:)

IMG-20220617-WA0044.jpg

IMG-20220617-WA0045.jpg

Yadımdan çıxmamış onu da deyim ki, şam və küknar qozalarını da çox sevir. Ümumiyyətlə, çox kiçik şeylərdən xoşbəxt ola bilir. Biz onunla telefonda danışarkən adətən yolda olur. Asfaltda tıqqıldayan ayaqqabılarının səsi telefona gəlir. Bu elə bir münasibətdi ki, hər adamın anlaya bilməyəcəyi qədər rahat və sadə. Elə vaxt olur ki, aylarla danışmırıq. Lakin bizim sükutumuzun da dili var. Sonra sükut pozulur. Heç birimiz bir birimizi sorğulamadan, ummadan, küsmədən qaldığımız yerdən davam edirik.

IMG-20220617-WA0049.jpg

Həmin o tıqqıldayan ayaqqabılar :) Sakina hər stildə geyinir. Mini, maksi. Hər biri də yaraşır.

IMG-20220617-WA0052.jpg

Bu qışda Ukraynada yeni ili qarşılayan Sakina oradan ağızdolusu danışır. Bu onun ilk xarici ölkəyə səfəri idi. Bir insanın əlinə imkan düşən kimi ilk öncə səyahət etməsi, dünya ilə tanış olması. Budur, onun ən böyük arzusu. Kitab oxumağı da sevir. Sakit kafelərdən birində kofe içə içə kitab oxumaq və ya teatra getmək və ya klassik musiqi konsertlərinə getmək və ya sinemada film izləmək. Onu da deyim ki, bu cür incə bədən quruluşuna sahib olmaq üçün sağlam həyat tərzi keçirir. Məsələn, içdiyi yalnız yaşıl çaydı. Çox yemək, rejimsiz yemək Sakinaya yaddı. Belə. Sakina haqqında çox şey yazmaq olar. Amma məncə, tanış olmaq üçün yetər. Oxuduğunuz üçün təşəkkürlər😊 Müsabiqəyə @saidakrmva@nuraymemmedlini dəvət edirəm.😊
@aydanismayil

Sort:  
 2 years ago 

steemit azerbaijan.jfif
Status Club
club5050
Steemexclusive
No Plagiarism Free
BOT Free
350 Words
Post Quality
9/10


Dear @aydanismayil, you are beautiful and look more like a super model. Your choice of fashion is wonderful ranging from clothing, jewelries and shoes. The black dress looks pretty on you😍

Thanks for sharing your choice of fashion and good luck to you!

 2 years ago 

Thank you for reading and commenting😊

You are welcome!

Hoo you are so beautiful and wonderful for you fashion really fit you couple with the fact that you can likely became one of the designer

Congratulations on a being a winner in the Steemit Engagement Challenge - Season 2, Week 2.

 2 years ago 

Thanks 😍

Coin Marketplace

STEEM 0.21
TRX 0.13
JST 0.030
BTC 67203.60
ETH 3513.52
USDT 1.00
SBD 3.20