Adətlərimizdən.

in #tr6 years ago (edited)
Yer üzündə yaşayan növbənöv xalqların və millətlərin arasında bəlkə də ən şöhrətpərəsti və təmtəraq həvəsində olan millət bizik. Necə deyərlər, " aclıq olsun, kef olsun" məsəli məhz bizim millətin boynuna biçilib. Bir insanın həyatında iki hadisə olur ki, biri ən xoş , ikincisi ən bədbəxt hadisədir. Toy və yas. Sonra irili - xırdalı hadisələr də var: ad günü, sünnət toyu, universitetə qəbul olma ( əgər olubsa) , əsgərliyə getmə ( əgər pul verib saxlatmayıblarsa), əsgərlikdən qayıtma (əgər getmişdisə) ev görmə , uşaq görmə və s və ilaxır.
Bunlar xoş. İndi gəlin bu əlamətdar hadisələr necə qeyd olunur. Bir sözlə ifadə etməyə çalışsam deməliyəm ki, qabqacaq və yemək məclisləri. Masaların üstündə zərli zibalı qabları elə səliqəli düzüblər ki. Hətta bir adam üçün 5-6 qab qoyublar. Düşünəndə ki, sən bu evdən çıxıb gedəndə ev yiyəsi 5 adam qonağın 50 qabını yuyarkən nə qədər əziyyət çəkir, adam heç o qab qacağa əl vurmaq istəmir. Keçək yeməklərə. İndi qonaq qabağına bir növ yeməklə çıxmaq bizdə namus məsələsindən betərdi. İstəyir kasıb ol, istəyir varlı, qonaq qarşısına ən azı 4-5 cür yemək qoymalısan. Hələ içkilər, hələ salatlar, şirniyyatlar.

İnsanımız o qədər süfrə həvəskarıdır ki, hətta ölüsü öləndə də beyni bu itkinin faciəsi ilə yanaşı "gələn gedənə nələri ikram edəcəm " - deyə düşünür. Adam ölməyə peşmandı, canı ağzından çıxmamış öküz orda kəsilir, teşt- teşt halvalar çalınır, dolmalar bükülür. Hünərin var, başsağlığı verməyə getmisənsə ordan yemək yeməmiş qayıdasan. Ərəbzəngi kimi önünü kəsən yas yiyələrinin əlindən çıxa bilirsən çıx. Bizim toylarımızda və yaslarımızda ən qabağa düşən banklar olur. Əksəriyyət maddi imkanı olmadığına görə kredit götürməli olur.
Bir yaxın qohum Amerikada yaşayır. Amerikadakı dostu Azərbaycana gəlibmiş. Deyir, adam Bakıdakı şadlıq saraylarını görüb ağzı açıla qalıb. Əvvəlcə onları dövlət tədbirləri keçirilən rəsmi dövlət binaları hesab edibmiş. Sonra bunların şadlıq evləri olduğunu duyunca gözü kəlləsinə çıxıb. "Bu nədi- deyib, - siz evlənəndə niyə az qala şəhərin yarısını yedirib içirirsiniz ki?" Çünki onlarda bizim keçmişdəki 5 manat pul, bir kəllə qənd, bir keşiş sistemi ilə evlənirlər.
Uzun sözün qısası, bizi biz eləyən yeməkdi, içməkdi. Yeyin, için , kef eləyin. Dünya bir gündür, o da bu gündür.


Posted from my blog with SteemPress : https://wolfofsteemit.000webhostapp.com/2018/09/ad%c9%99tl%c9%99rimizd%c9%99n
Sort:  

Congratulations! This post has been upvoted from the communal account, @minnowsupport, by wolf from the Minnow Support Project. It's a witness project run by aggroed, ausbitbank, teamsteem, someguy123, neoxian, followbtcnews, and netuoso. The goal is to help Steemit grow by supporting Minnows. Please find us at the Peace, Abundance, and Liberty Network (PALnet) Discord Channel. It's a completely public and open space to all members of the Steemit community who voluntarily choose to be there.

If you would like to delegate to the Minnow Support Project you can do so by clicking on the following links: 50SP, 100SP, 250SP, 500SP, 1000SP, 5000SP.
Be sure to leave at least 50SP undelegated on your account.

Congratulations @wolfofsteemit ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 2345 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.034
BTC 64455.55
ETH 3147.84
USDT 1.00
SBD 3.94