Niyə geri qaldıq?
Türklər, müsəlmanlar ya da ümumi olaraq şərq ölkələri (böyük əksəriyyəti), qərb qarşısında nə üçün geri qaldı? Qısaca bizə xas olan bu mədəniyyətin məğlubiyyətindən bəhs edəcəm. Ümumiyyətlə "GERİ" dediyimiz sözün nə olduğu da məchuldur. Yüksək inkişaf silah istehsal etmək və yaxud iqtisadi güc demək deyil. Yüksək inkişaf, cəmiyyət olaraq birlik və bərabərlik içində xoşbəxt ola bilməkdir. Geri qalmaq isə bu dediyimizin tam əksidir. Yəni cəmiyyət olaraq bədbin və xoşbəxt ola bilməməyi açıqlayacam. İstər sosial-ictimai xoşbəxtlik, istərsə də iqtisadi güc olaraq geridə qaldığımız üçün hər ikisinin də səbəbini sorğulayaq.
İnsanın inkişafına təkan verən şey ünsiyyət və paylaşmaqdır. Digər canlılara nəzərən daha yardımsevər və paylaşmağa meyilli idik. Bir birimizi üçün çalışdıq, vuruşduq. İnsanlar olaraq tək başına qısa müddət yaşamaqdansa, bərabər şəkildə daha uzun ömür yaşaya biləcəyimizi gördük. Bunun üçün fərqliliklərə hörmət, xoş niyyət, mərhəmət və yaxşılıq kimi xüsusiyyətlər əldə etdik. Bunların hamısı düşmənçiliyin yox, sevginin əsəri idi. Bir birimizi sevərək insan olmuşduq əslində.
Mədəniyyətimizi sevgi ilə damla-damla topladıq. Hər fərd özündən sonrakılar üçün yaşadı. Cəmiyyətlər formalaşdırdıq. Düşmənliklər də qazandıq ancaq bu keçici bir depresiya idi. Savaş tarix boyu hər zaman vardı ancaq böyük çoxluq savaşın olmadığı yerlərdə sevgi ilə yaşamağı bacarırdı. Düşmənçiliyin cəmiyyəti yox etdiyi bir aşkar idi artıq. Xırda düşmənçiliklər həmişə olub, çoxaldığı zaman yox olmağa doğru apardığı üçün səbrlə, təmkinlə uzaqlaşmağı bacardıq çox zaman. Çünki bünövrəmiz birlikdən doğub.
Bir insanın gücü nə qədərdi? Tək başına nə edə bilər? Ataların da dediyi kimi güc birlikdədir. Ona görə də bir araya gələn insanlar kənardan bir aparatın mexanizmləri kimi görsənir. Hər kəs bu böyük insanlığı bir parçasına çevrilir. Parçası olduğumuz insanlıq, bizim birliyimiz ilə qüvvətlənir. Parçalar bir birinə nə qədər möhkəm bağlansa, insanlıq da bir o qədər qüvvətli olar. Bu da sizə geri qalmağımızın ən böyük səbəbi. Bir birimizi sevməmək, xəsislik, paylaşmamaq, bildiyimizi öyrətməmək. İnsanlığın ən böyük mirası olan ünsiyyət qura bilməmək. Qısa bir bütün ola bilməmək. Diqqət edirsinizsə uğursuz cəmiyyətlər bir-birini sevməyən, ünsiyyət qurmayan insanlardan formalaşır.
BƏS NİYƏ GERİ QALDIQ
Yuxarıda dediyim kimi cəmiyyətlərin yox olmasındakı birinci ən əsas səbəb ünsiyyət əksikliyidir. Öz içimizdə qurduğumuz münasibətlər qədər digər cəmiyyətlər ilə də münasibət qurmaq bizim kökümüzdə yer alan bir xüsusiyyətdir. İslamın və Türklərin geri qalmasındakı bir xüsus buna zidd görünməkdədir. İslam dövləti, Abbasilər, Osmanlı kimi dövlətlər həqiqətən də çox böyük dövlətlər idi. Mərkəzə (şaha) olan bağlılıq çox qüvvətli idi. Bu qədər böyük bir dövlətdə necə ola bilər ki biz ünsiyyət problemindən danışa bilək? Bütün xalq tək şahın əmri altında toplanmışkən bu necə mümkün ola bilər? İstəyirsinizsə qərbi misal gətirərək bunu biraz irdələyək.
Avropadakı siyasi fərqliliyin rəqabət yaratdığı, bunun da inkişafı sürətləndirdiyi doğrudur. Ancaq bu fərqliliyin bizdəki tək dövlətdən daha böyük bir birlik formalaşdırdığını deyə bilmərik. Qərb davamlı rəqabət halındaydı ancaq İslam kimi təhdidlərə qarşı bir arada hərəkət edə bilirdilər. Bizdə isə, cəmiyyət, din, tabu ayırd etmədən bütün xarici mədəniyyətlərlə iş əlaqələri hər zaman olub. Bu xəsisliyi hakimiyyətlərə bağlaya bilərik. Güc tək mərkəzdə toplandığı, fərqli fikir və səslərə imkan tanımadığı üçün insanlar cahil qalırdı.
Qərbdə siyasi düşmənliklər olsa da, elmə, məlumata, yeniliklərə düşmənçilik olmayıb. Ən azından bizim cəmiyyətlərdə olduğu qədər. Bizdə yeni olan hər şeyə pis gözlə baxarkən, qərbdə insanlar yeni şeyləri təəccüblə qarşılayıb maraqlanırdılar. Məsələn qərbli ziyalılar o zaman sosial mediyası olan mətbuat sayəsində durmadan maariflənirdilər. Fikir alış-verişi edirdilər. Aydınlanmanın təməlində də bu alş veriş durur. Düşmənçilik var deyə elm və texnologiyanı rədd etmirdilər. Halbuki şərq cəmiyyətlərdə zəlzələ, sel, daşqınlar Tanrının bizə yeniliklərə meyl etmənin cəzası olaraq təbliğ edilirdi. Məsələn zəlzələ, xəstəlik olduğu üçün İstanbuldakı Taqiyuddin Rəsədxanasının yerlə bir edilməsi bunlardan biridir. Diqqət edirsinizsə cəmiyyət bir birinə düşmənçilik bəsləyir, insanlar yeni və fərqli olana, sırf özünkü kimi görmədiyi üçün hücum edir. Eqoizm, bizi biz edən torenatlıq və yardımlaşma xüsusiyyətimizi körəldib. Buna görə də eqoizmi yüksək olan cəmiyyətlər yox olublar, olacaqlar.
Çox yaxın tariximizdəki dövlətlərdə kifayət qədər eqolu idarəçilərə sahib idik. Onların əksəriyyəti xalqın arasına girə bilmədiyi üçün xalq onları müzakirə və müqayisə mövzusu etmirdi. Qərb elmi araşdırmalar aparıb xalqını maarifləndirərkən bizimkilər getdikcə uzaqlaşmışdılar. Ədəbiyyat sadəcə saray ətrafında olurdu, saray ətrafında olmayanlara da təzyiqlər olurdu. Xalq ədəbiyyatı alçaldılır, cəmiyyətin təməli olan kütlələr ilə ünsiyyət qurulmurdu. Xalq mədəniyyətinə laqeyd yanaşılıb onun mədəniyyətinə sahib çıxamayanda təməllər sarsılırdı. Bunu o dövrdəki ziyalıların istifadə etdiyi dildə də görə bilərik. Sıradan bir köhnə türkçə, farsca yazılmış kitab ilə xalq fərqli dilləri danışırdı. Hələ də tam təşəkküllü bir qrammatika kitabımız olmamaqla bərabər, xalqın istifadə etdiyi dil respublika qurulana qədər heç maraqlı gəlmirdi. Onu da deyim ki hal-hazır ki qrammatikamızın qərblilər tərəfindən ortaya çıxarılması və işlənməsi də bunun bir başqa biyabırçılığıdır.
MARAQ - ÜNSİYYƏT VƏ NÜMUNƏ
Ən böyük əksikliyimizdən biri də maraq göstərməməkdir. Sual edib soruşmamaqdır. Yəni fəlsəfədir. Fəlsəfə olmadığı üçün, özümüzü müzakirə etmədiyimiz üçün səhv edəndə də özümüzü günahlandırmadıq tarix boyu. Tənqid edənlər də olmadığı üçün (istisnalar qaydanı pozmur) bu səhvimizi davam etdirib getdik. Maraq insanın özü ilə olan münasibətidir bir mənada. Özümüzlə barışmışıqsa və öz reallığımızı olduğu kimi qəbul etmişiksə böyük bir ehtimalnan maraqlanan birisiniz. Əgər özümüzü aldadırıqsa maraq dairəmizi susdurmuşuq deməkdir. Yenə ən başdakı ünsiyyət probleminə geri dönürük. Əvvəlcə özümüzlə daha sonra isə cəmiyyətlər ünsiyyət qura bilmirik. Marağında da deyilik. Hörmət də etmirik. Buna görə də cəmiyyətimiz, bir birinə sıx birləşmiş cəmiyyətlər qarşısında məğlub olur. Ermənistana məğlub olmağımızın da təməlində bu dayanır. Bir birimizlə ünsiyyət qura bilməməyimiz ən böyük geri qalma səbəbimizdir. Bunu bir nümunə ilə istəyirsinzisə açıqlayıb agah edim.
Respublika təzə qurulan vaxtlarda, cəmiyyət olaraq SSRİ-nin oyuncağı olmuşduq. Bizdəki bu qopuqluğun səbəbi bir birimizlə ünsiyyət qura bilməməyiz idi. Ziyalılar xalqdan xəbərsiz idi. Qarabağı itirdiyimiz əsnada ziyalı dediklərimizin başı hakimiyyət bölgüsünə o qədər qarışmışdı ki xalqın nə əziyyətlər çəkdiyindən xəbərsiz idilər. Söz bunlar vətənsevər ancaq xalqla yoğrula bilməyən şəxslər idi. Xalq, Qarabağ müharibəsini tək başına həll edə bilməzdi, bunu görə bilmədilər. Rusiya ilə Ermənistanın bir olub ölkəni parçalayacaqlarından xəbərsiz idilər. Çünki xalqdan bi xəbər idilər. Əsgərin silah-sursatının olmadığını bilmədilər və minlərlə əsgərin, yaşlıların, günahsızların ölə biləcəyini hesablamadılar. Neçə neçə insanın sadəcə soyuqdan öldüyündən xəbərsiz idilər.
Qarabağı və höküməti hamısı itirdikdən sorna gördülər, onda da gec idi. Hər şeyin bəsit olmadığını və cəhalətin onlara necə qalib gəldiyini gördülər. Və Qarabağla bərabər Qarabağda itirdiklərimiz bizə cəmiyyət ilə ünsiyyət qura bilməyən sözdə ziyalıların acı hekayəsini göstərdi.
Posted from my blog with SteemPress : https://valibeyli.000webhostapp.com/niy%c9%99-geri-qaldiq/
Cevabı içinde bilmeceler gibi
Evet, kale kendi kapısından büyüktür ve evet fındık da kabuğundan küçüktür. Cevap zaten sorunun içinde.
Bu da aynı öyle, cevap soruda gizli:
;)
Aynen hocam. Kabuğumuza öyle sarıldık ki dışarısını görmez olduk
Müsliman lar nezaman dinlerine sadik oldularsa ozaman basarili olmustur. 700 ile 1200 yillari arasi tüm büyük bilim adamlari islami ülkelerden cikmistir. nezaman ki dinimizden uzaklastik iste ozaman dan beri geriliyoruz maalesef. paylasim icin tesekkürler.
teşekkür ederim
Merhaba, yazınız @edebiyat ve @bot-az değerlendirmesi ile günün yazısı seçilmiştir. Tebrikler.
Təşəkkür edirəm. Var olun.
Güzel bir irdeleme yazısı olmuş emeğinize sağlık.
Türkler at gözlüğünü çıkartmadıkları sürece gelişemez, ancak yeni nesilden ümidim var.
xoş sözlər üçün təşəkkür edirəm. Nəinki Türklər, bütün şərq (doğu) coğrafiyasının at gözlüklərini çıxarması şərtdir artıq. Hətta gecikiblər.
Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.