Dünyadakı son insan olmaq

in #tr6 years ago

soninsan.jpg

Dünyanı göz görə-görə tükədən insanlar hər şey bitmədən bir dəqiqə əvvəl təlaşlanmağa başlayırlar. Ölümü gözlərkən bəzi çarələr tapıblar bir balaca uzun yaşamaq üçün. Bunların başında dünyamızı tərk etmək və mümkünsə yeni bir dünya tapmaq var. Nə var ki hələ dünyaya bənzər bir planet tapa bilməmişik. Dünyanın da geri qaytara bilməyəcək şəkildə dağıdıb tökmüşük.

Bəzi insanlar əcdadlarının nə qədər mərhəmətsiz olduğuna təəccüblənərkən bəziləri də övladlarının nə qədər mərhəmətsiz olduğuna təəccüblənir. Tarix göstərir ki insanlar ortaq bir həll yolu tapmaqdansa hər şeyin yox olmasına daha tez qərar verirlər. Bu başa düşülməyən bir şeydir. Pis-yaxşı həyat sürüb getmək var ikən hər şeyin yox olacağını bilmək çox mənasız bir şeydir. Bu ziddiyyət ilə həyat yox etmək səbəbimiz nədir görəsən? Bax məhz bu sual tarix boyu heç kimin cavablaya bilmədiyi bir savaş və inkişaf göstəricilərinin lazımsız yerə şişirdilməsini açıqlayırdı. Ancaq heç kim sual etmirdi bu barədə.

Yox olmağa bizi məcbur edən səbəblərin çoxluğunu söyləyə bilərəm. Deyək ki nüvə silahı istifadə olunan savaş, gözlənilməz təbiət hadisələri ya da siyasi qarışıqlıq kimi bir faktorlar var. Ya da heç bir böyük bir hadisənin yaşanmadan reallaşan bir yox oluş olduğu dizayn edilə bilər. Bu isə ən pisidir. Nüvə savaşı ilə ani bir utancverici addım atarkən, mövcud global idarəetmənin davamı etməsi ilə daha yayğın bir utanca addım atırıq. Bir bomba ilə milyonlarca insanı anında buxarlaşdıra bilərkən, bir siyasət ilə milyonlarca insanı illərcə süründürürük.

Orta şərq dediyimiz poliqonda insanların ayvaş yavaş məhv edildiyini görürük. Çağdaş siyasəti buradakı insanların qətliam edilməsi üzərində inşa edilir. Milyonlarca insan yavaş yavaş ölür. Bu mənzərə gələcəkdə qarşılaşmaqdan qorxduğumuz ən böyük fəlakətin hazırlayıcısı deyilmi? İnsanlıq öz yox oluşuna göz görə görə və acı bir şəkildə irəliləyir.

Gələcəyə geri dönsək bəzilərinin yeni dünyalar tapmaq uğruna kosmosa yelkən açdığını görəcəyik. Bu insanlar artıq bizi maraqlandırmır. Dünyadan imtina edən bizim üçün onsuz da yadplanetlidir. Onlar gözəl dünyamızı tərk edib gedincə geridə qalanlar isə son insanlar olacaq. Son insanlar biraz qəribədir. Möhtəşəm tarixləri, məşhur əcdadı kimi faktorlar ucbatından gözünüzdə böyüdə bilərsiniz. Ancaq son insanlar aldadılmışlığın son təmsilçiləridir.

Daha əvvəlki yazılarımda cəmiyyətlrəin yox olması haqqında yazılar yazdığımı xatırlayıram. Bu yazıda yox olma əsnasındakı bir ümiddən bəhs etmək istəyirəm. Bəlkə son insanlar içində bəziləri, ya da ən azından bir dənəsi qayğılanmadan yox olmağı bacaracaq. Öz seçdiyimiz sürətli həyat tərzimizin sürətli ölümə apardığını qəbullaacaq. Daha çox istəməyi buraxıb insanlıqdan azad olacaq. Məhz bu cür şəxslərin son olmasını ümid edirik.

Ölüm kimi görünən bir hərəkətin yenidən doğulmaq olması beləcə mümkün olacaq. Son insan bunun olacağını görərək doğulacaq. Kosmosa gedən son insan əvvəlki insanlardan daha əvvəl kosmosa çatacaq. Xəsisliyi ucbatından özündən başqasını görməyən şxəslərdən fərqli olacaq. O artıq sadəcə özünü görməyən bir insandır. Varlığın özündən ibarət olmadığını görə bilən kosmosluları görəcək, hər yerin də yaşamağın mümkün olduğunu görə biləcək.

Kosmosda özünü axtaran insandan fərqli olaraq son olmasını ümid etdiyimiz bu insan hər şeyi daha baş vermədən görə biləcək. Yadplanetlilərin hər yerdə olduğunu, bunun doğru yerə getməklə ya da diqqət etməklə əlaqəsiz olduğunu görə biləcək. Varlığın sən ya da mən yox, tamamilə biz olduğunu başa düşəcək və anlayacaq. Son insan beləliklə ölərkən doğulacaq və yoxluqdan var olacaq.

Photo Source 1

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.033
BTC 62934.09
ETH 3118.65
USDT 1.00
SBD 3.85