Açıq fikirli olmaq

in #tr2 years ago
open-minded ile ilgili görsel sonucu

Hər şeyin səsi var. Eşidə bilirsinizsə hər şey sizə bir şeylər danışır. Qulaq asmaq əsas məsələdir. Dinləməsəniz eşidə bilməzsiniz. Heç "hər şeyi " dinləməyi yoxlamısınız? Zənn etmirəm. Çox zaman işimizə yarayan şeyləri eşidir, geri qalan hər şeyi qulaq ardı edirik. Qazana biləcəklərimizdən daha çox nələri itirə biləcəyimizi düşünürük. Qulaqlarımız, gözlərimiz, dərimiz, bütün hissiyat orqanlarımız qəbul etməkdən daha çox ayırd etmək üçün istifadə edilir. Sığ qəliblərimizin ətrafındakılara şans verməklə maraqlanmırıq. Buna görə də "hər şeyi" eşidə bilmirik. Aramızda eşidən bəzi şəxslərə də ya dəli ya da filosof deyirik. Onlar həyatı eşidirlər və bizə danışırlar.

Həyat bir biri ilə münasibəti olan enerjidir. Varlıqların bir birinə etdiyi təsir, yəni bir biri arasındakı münasibətə diqqət etmək lazımdır. Hər hərəkətin bir mənası var. Hər şey hərəkət edər, hər şey səs çıxarır. Hər eşitdiyimiz səs əslində mənası olan bir şeydir. Dil ilə ifadə edilməsə belə hissiyat orqanları ilə qəbul edilən şeylər bir mənaya dəlalət edir. Səsin olması şərt deyil, görüntü ilə də məhdud deyil. Anlamlar bizimlə onu bizə göndərən arasındak bağdan meydana gəlir. Göndərənin qiymətsiz bir insan, ya da önəmsiz və cansız bir maddə olduğunu düşünsəi olaq onun mənasını kəşfə edə bilmərik. Bir şeyini mənasını bilmək üçün onun dünyasını bilməyimiz şərtdir. "İnsanca" yaşadığımız bu dünyada başqalarına elə də çox əhəmiyyət verdiyimiz söylənə bilməz. Buna görə də çox çətin bir işdən bəhs edirik.

NECƏ AÇIQ FİKİRLİ OLMAQ OLUR?


Bir şeyi başa düşmək üçün əvvəlcə başa düşmək istədiyimiz məlumata açıq olmalıyıq. Bir şeyi başa salmaq üçün də qəbul edilməlidir. Qarşıdakını qəbul etmədən, özümüzə yaxınlaşdırmadan heç bir şey qazana bilmərik, qazandıra bilmərik. Bəlkə də qarşınızdakının heç haqlı olmadığını düşünürsünüz. Ancaq ona anlatma ehtiyacı hiss edirsinizsə əvvəlcə ona şans tanımalıyıq. Kimsə rədd edildiyi bir görüşməni davam etdirmək istəməz. Əgər qarşıdakının sizi qəbul etməsini istəyirsinizsə onun dünyasının da haqlı ola biləcəyini söyləyərək ortaq bir mühit yaratmalısınız. Ayrıca fərziyyətlərlə yaşadığımız bu dünyada hər kəsin haqlı ola biləcəyini də unutmamaq lazımdır.

Bir şeyi eşitmək, bir şeyi başa düşmək, bir şeyi çatdırmaq və ya anlatmaq kimi məqsədiniz varsa əvvəlcə ona açıq olmalıyıq. Çətin olan eşitməyi rədd etməkdir. Hər şeyə bir şans verilə bilər. Dinləmək o qədər də çətin deyil əslində. Açıq fikirli olmaq və potensialı istifadə etmək hər kəsi xoşbəxt edə bilər. Yanlış olan bir fikirdən dönmək, yanlış bir düşüncədən döndürmək açıq fikirli olmaql mümkündür. Bir problem təsbit etdinizsə, o problemin səbəblərini empatiya quraraq yaxşıda mənimsəməlisiniz. Həyatınızdan sıxıldınızsa, sıxıntılarınızın sizin həyatınızın bir parçası olaraq qəbul edin. Özünüzü qəbul edin, başqalarını da özünüzmüş kimi düşünün. Bir şeylərin dəyişdiyini görəcəksiniz.

şəkil (1)


Posted from my blog with SteemPress : https://valibeyli.000webhostapp.com/aciq-fikirli-olmaq/

Sort:  

İşine gelmeyeni de dinleyen, eleştiriye ve yeni fikirlere açık olan kişi sayısı daha az.

66.jpg
görsel

Murat abi, biz müslümanlar genelde küçük başarılarımıza sevinip, başarısızlıkta sürekli çevremizi suçlayan bir toplumuz. Çok yazık.