İnsanın həyatı və onun xoşbəxtliyi!
Bir insan həyata gəldiyi gündən etibarən mübarizə ruhu ilə yaşayır. Nə isə əldə etmək məcburiyyəti, hələ insan dünyaya gəldiyi andan, sanki bir instinq kimi ona verilən bir hiss halını alır. Körpə uşaqlar belə nə isə istədiyi zaman ağlayır və öz istəklərini yerinə yetirmək üçün həyat ilə, valideyinləri ilə bir mübarizə duyğusuna girirlər. Həyatda mübarizə aparmaq isə insanı xoşbəxt olmağa sürükləyən bir haldır. Belə ki, mübarizə edən insan qalibiyyətini düşünür və özünə inandığı və doğru yöndə çalışdığı zaman isə öz istəyinə çatır, bu da öz növbəsində xoşbəxtlik adlanan uca və ilahi bir hissin yaşanması ilə nəticələnir. Ülvi duyğular ilə başlanan bir həyat, bir hədəf uğrunda aparılan mübarizələrə və bu mübarizələrin sonunda isə xoşbəxtliyə şahidlik edir.Gözəl şairimizin belə bir kəlamı vardır: " Həyat səni güldürəndə gülürsən, hünərin var ağladanda gülginən".
Bu bir acı həqiqətdir ki, həyatda qarşına çıxan maneələr səni çox vaxt xoşbəxt olmaq vəziyyətindən xeyli uzaqlaşdırır. Belə olan halda bizim qarşımıza iki sual çıxır:
1-ci sual budur ki, mən gerçəkdən də bu işi yerinə yetirməliyəm mi, buna nə dərəcədə məcburam?
2-ci sual isə bu işi yerinə yetirdiyim zaman xoşbəxt olacağam mı?
Hər iki sual qıraqdan baxanda asan görünsə də amma hər sualın özündə yatan böyük bir məna vardır. Bəzən biz hər hansısa maneəni gördüyümüz zaman həmin işdən və yaxud həmin yerdən uzaqlaşmağı qərara alırıq. Lakin bu heç də elə olmamalıdır. Çünki əgər dünyaya gəlmişiksə deməli ki, bunda nə isə bir tələb vardır və yaxud səbəbsiz gəlməmişik. Labüd olan işlər ki vardır biz onlardan uzaqlaşmaq istəsək belə buna nail ola bilməyəcəyik. Bəzi anlar insan həyatında yaşanmalı olan anlardır. Onu yaşamalıyıq. Çünki bir fərd kimi bizim də özümüzə məxsus olan görüləcək işlərimiz vardır. Bunu unutmaq olmaz ki, insan dünyaya boşuna gəlməyibdir. Səbəbi mütləq vardır. İkinci sualda isə əminlik nəzəriyyəsinə toxunulan fikir ifadə edilmişdir. Xoşbəxt olmağı qarşıya hədəf qoymaq gözəldir. Lakin bunu özünə dərd etmək və yalnız bunun uğrunda çalışaraq gecə və gündüzünü buna həsr etmək doğru deyildir. Həyat davam etdikcə nələrisə etmək lazımdır. Ya boş və avara həyat sürülməlidir, yaxud da dolu bir həyat yaşayaraq yaşamına rəng qatıb, müxtəlif xeyirli işlərlə məşqul olaraq ömür və həyatı dəyərləndirmək lazımdır. Belə bir el deyimi vardır: "Həyat insana bir dəfə verilir, yaxşı yaşamaq lazımdır".
Yaşadığın müddət ərzində xeyirli və xeyirxah işlər görmək, insanlara yardım etmək, əlindən gələn işi əsirgəməmək həyatda xoşbəxt olmağa gedən yolda əkilən gül, çiçək kimidir. Kimdənsə nə isə ummaq, gözləmək olmaz. Görəsən xoşbəxt olaram mı? tipli sualları özmüzə verməkdənsə xoşbəxt olmaq yolunda bəhərli əməllər yerinə yetirmək daha gözəldir. Xoşbəxtlik geniş məna kəsb edən bir anlayışdır. Özlüyündə sadəcə bir söz olsa da, ona çatmaq üçün edilənlər, çəkilən əziyyətlər, onun böyük bir dəyər olduğunu düşünməyə insanı vadar edir. Xoşbəxtlik bəzən yerinə yetən bir kiçik arzu, bəzən ehtiyac olduğu anda əldə edilən pul, bəzən tam dərtli olub fikrə daldığın anlarda səni o fikirdən oyandıran bir hadisə, bəzən qorxulu yuxu görəndən sonra sənin o yuxudan oyanmana səbəb olan bir səs və bu kimi minlərlə halın, vəziyyətin, fikrin və düşüncənin, arzuolunan nəticənin özüdür. Həyatın bir qığılcım ilə var olduğunu düşünərsək xoşbəxtliyi bucür də tərənnüm etmək olar. İlk baxışda bir düşüncə davamında isə bir fikir, ilk başlanğıc, uğrunda çəkilən min bir növ əziyyət, bezmədən davam edilən həqiqət və istənilən xoşbəxt nəticə.
İnsanın həyatı və onun xoşbəxtliyi ulu yaradanın ədalət və mərhəmətinin bir parçasıdır.
Congratulations @steemitaz ! You received a 11% upvote from @kryptoniabot & @kryptonia for your task of 1610 SUP Today.
Remember to receive votes from @kryptoniabot
Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.
Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP
Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.
Salam. Steem ve ya sbd nece nağlaşdıra bilerem. Xahis kömek edin @steemitaz
@faruk089 salam. [email protected] mail yazin oradan cavablayacam.
Zehmet olmasa maile baxardizda
Congratulations @steemitaz! You have completed the following achievement on Steemit and have been rewarded with new badge(s) :
Award for the number of comments
Click on the badge to view your Board of Honor.
If you no longer want to receive notifications, reply to this comment with the word
STOP