Qaranlıq dünya.

in #tr6 years ago (edited)

Yuxudan oyandı. Elə bil üzündə bir əl gəzirdi. Qeyri-iradi əlini üzünə apardı. Üzünün sol tərəfi şirin-şirin qaşınırdı. Ovxalamaq istədi. Əli sarğılara toxundu. Yuxulu beyni bir andaca oyandı.

217C8808-DCFF-4529-8CB3-287391D6AE56.jpg

1

Hər şey , dünən olan müdhiş hadisə bütün dəhşəti ilə gözünün qabağında canlandı...
Hə, axşamüstü idi.Həyətimizin qabağında durmuşdum. Əmimin oğlu Vüqar bir dəmir döyəcləyirdi. Biz söhbət edirdik. Və birdən nə isə oldu. Sifətimdən ilıq bir şey axırdı.Axı bu nədi? Bu mənim gözümdü axı. Elə bil görmürəm axı.
Sonrasını düşünmək istəmədi. Hay-küy, anasının " evim yıxıldı" -deyib qışqırması. Bakıya gedən bitməz-tükənməz yol.5 saat çəkən göz əməliyyatı.
Çarpayısı palatanın pəncərəsinin qarşısında idi. Bu səhər üzündə gəzən də əl deyildi, günəşin ilıq şüaları idi. Və acı bir həqiqətlə üz -üzə idi.Sol gözü artıq görməyəcəkdi. Bunu düşünmək belə faciə idi, o ki qaldı onu yaşamaq.
10 il keçib o hadisədən.Bu on ildə minlərlə dəfə " bəlkə bu səhər görəcəyəm" ümidini dəfn eləmişdi.Bacısının bir gözünü əli ilə tutub bir gözlə yaşamaq necə olursa təsəvvür etmək istədiyini görməzdən gəlmişdi.Və bu 10 ildə dünyanı ikiyə bölünmüş halda görməyə alışdı. İnsan nələrə alışmır ki...

zulmet_81477660641.jpg
2

Bu 10 ildə həm də ona alışdı ki, insanın gözünü itirməsi hər şeyin sonu deyil. O qədər görüb kor olanlar var ki, İnsan o qədər güclü varlıqdır ki, yox olanı bir şəkildə var edə bilir.

621.jpg

3

Həyətdə oynayan oğlunun səsinə düşüncələrdən ayrıldı. Oğlu " ata, söz vermişdin , bizi gəzintiyə aparacaqsan"- deyə çagırırdı. Bu səsin sehri ilə hər yer al -əlvan oldu. O sol tərəfdəki qaranlıq dünya da.

Sevgilər. Nurengiz Bagırova.

Sort:  

Congratulations @sirabende ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 3001 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Vay bəəə əllərinizə sağlıq. Əla idi

O qədər görüb kor olanlar var ki

Hakikat bu kadar net, elinize sağlık...


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.

Katılım için teşekkür ederim. :)

Merhaba. Yazınız C² ekibi değerlendirmesi ile @trliste kürasyon kuyruğu tarafından oylanmıştır. Sevgiler.

Gözlərim yaşardı. Təəssüf ki, həyatda hər şey bərabər bölünməyib. Dərindən nəfəs alıb bir fısıltı ilə şükür ilahi... deyirik hər zaman.

Əllərinizə sağlıq.

Posted using Partiko Android

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 60856.28
ETH 2937.97
USDT 1.00
SBD 2.44