Həyat ağ-qara şəkillərdə.
Ağ qara şəkillər
Rəngli fotolar ağ-qaralar qədər xoşuma gəlmir. Məncə yerdən göyədək fərq var ilk baxışda yalnız rənglərlə bağlı fərqi duyulan onların arasında. Rəngli fotolardakı sən realdakı sənin kağıza köçürülmüş, ancaq canlı reallıqla cansız kağız arasında az qala bütün sərhədlərin itməsinə göz yumulmuş inikasısan. Burada çəkildiyin fonun, əyin-başının, hətta sifətinin rəngləri birə-bir qalıb.
Hər şey yerindədir, dəyişilməz, toxunulmaz…
Rəngli fotolardakı sən sən özünsən.
Ağ-qara fotolardakı sən isə sənin fotondur…
Ağ-qara fotolarln rəngli fotolardan bir üstünlüyüdə var. Onlar heç vaxt solmurlar. Saralır, ancaq solmur.
Həyat ağ-qara şəkillərdə daha gözəl olurmuş, biz ağ-qara şəkilləri qalan sonuncu nəsilərin nümayindələriyik.
İzlədiyiz üçün təşəkkürlər.
(steempress test)
Posted from my blog with SteemPress : https://samedli.000webhostapp.com/2019/04/h%c9%99yat-ag-qara-s%c9%99kill%c9%99rd%c9%99