Hər şeyə öyrəşir adam
Hər şeyə öyrəşir adam, bir az sonra hər şeyə
Atilmağa, satilmağa,hətta unudulmağa,
Dizlərini qucaqlayıb,bir künc tapıb girməyə
Ən sevdiyin o adamı başqasıyla görməyə,
Ağrılara ,acılara, dərmanlara öyrəşir.
Tənə vuran, böhtan atan insanlara öyrəşir.
Yay günündə dağda qara, qışda günə öyrəşir.
Öz içində əsarətə və sürgünə öyrəşir.
Güvəndiyi o dağların toz olub uçmasına,
Dostun sənin sirrlərini dostuna açmasına,
Evdə anasız olmağa, çöldə atasızlığa,
Göy qurşağını bürüyən o möhtəşəm bozluğa,
Bir- bir, az -az, asta -asta,yavaş yavaş öyrəşir...
Zorla, güclə, müsibətlə,dava-dalaş öyrəşir.
Öyrəşir ki, başqa evin işığına yatılmaz
Səadət sənin deyilsə, ha uzansan çatılmaz.
Kimdən əl çəkəmmirsənsə səndən əlini çəkər
Gələr göz yaşını silər, gedər gözünü tökər.
Kimdisə ən zəif yerin, hər kimdisə gedəcək
Nədən desən mərcə girək, kim gəldisə gedəcək
Hər şeyə öyrəşir adam ölüm də adiləşir.
Növbə- növbə ağrılar da, zülüm də adiləşir.
Sonra başlayır qəhqəhə,sonra sərxoş olursan,
Boşluqlara düşə-düşə ,özün bomboş olursan.
Daha darıxmaq da kecir,müqəddəs hisslər bitir
Bir gun bütün gedənlərin itir gözündən itir..
Öyrəşdikcə dəyişirsən, it hürür karvan keçir
Bu dünyaya öyrəşənlər o dünyaya tez köçür.
Hər şeyə öyrəşir adam, daha heç vaxt qəm yemir..
Daha heç vaxt öz özünə
"Hər şey düzələr" demir..
Bahar Zamanlı
Congratulations @samedli! You have completed the following achievement on the Steem blockchain and have been rewarded with new badge(s) :
You can view your badges on your Steem Board and compare to others on the Steem Ranking
If you no longer want to receive notifications, reply to this comment with the word
STOP
Vote for @Steemitboard as a witness to get one more award and increased upvotes!