Uzaqdakı çiçəyim...

in #tr5 years ago

Göy üzü ulduzlarla dolu olar. O ulduzların birində sənin sevdiyin çiçək olar. Bax, o çiçəyin xətrinə bütün ulduzları sevərsən. Və bir gün o çiçəyin başına bir iş gəlsə bütün ulduzlar gözündən düşər. Başını qaldırıb ulduzlara baxa bilməzsən. İçində qocaman bir boşluq hiss edərsən. Bunu bir dəfə oxumuşdum. Bəzən də çoxlu- çoxlu adamların içində yalnız olarsan. Baxarsan, hamı var, bir baxarsan heç kəs yoxdu. Hər şey yaşıldı, sən isə ağsan. Bir başqasan. Fikirlərin başqa, həyata baxışın başqa. Sığmırsan şablonlara, çərçivələrə. Düşünürsən ki, ya hamıya gec qalmısan, ya da hamı sənə gec qalıb. İkinci daha inandırıcıdı. Ya dayanıb insanları gözləməlisən, ya da yoluna tək davam eləməlisən. Bax o zaman səni tənhalıqdan qurtaran, " qorxma, mən burdayam, mən varam"- deyən bir səs duysan, bil ki, yaşamağa dəyər.
Bu arada yaşıla ağ çox gözəl yaraşır, deyilmi?😊IMG-20190315-WA0030.jpg

Coin Marketplace

STEEM 0.27
TRX 0.13
JST 0.032
BTC 62441.36
ETH 2940.53
USDT 1.00
SBD 3.59