Bir pəncərə.

in #tr4 years ago

Həyat dediyin nədir? Kiçik bir pəncərədi. Yox, bəlkə də bir romandı həyat. Baş rolda da sən. Bir gün səhər işə gedərkən tələsdiyindən qaynar- qaynar başına çəkdiyin çayından ağzın yanar. Bir gün də çox güvəndiyin birindən aldığın xəyal qırıqlığından canın yanar. Həyat yol gedərkən ən sevimli paltarından hiss olunmadan qopub düşmüş düymə kimidi. Axtararsan tapmazsan. Bəzən o qədər unutqandı ki həyat, çox sevdiyin bir telefon nömrəsinin son bir rəqəmini xatırlamaq üçün saatlarını xərcləyərsən. Böyük bir keşkədi həyat. Doğru zamanda yanlış insan və ya yanlış zamanda doğru insan kimi ağıryüklü bir məsələnin caynağında çırpına-çırpına qalarsan. Həyat bəzən şeir kimidi. "Axı bu şair məni tanımır, amma mənim üçün yazıb axı"- deyə heyrətdən donduran bir şeir kimi. Həyat sevgidi. Birilərini sadəcə var olduqları üçün canından çox sevməkdi həyat. Bir göz qırpımında keçib gedən bir qatardı həyat. Bir pəncərə.IMG-20191018-WA0009.jpg

Sort:  

"ey həyat, sən nə qəribəsən"!

Posted using Partiko Android

Çox qəribədi.

yenidən steemitdəsən, sevindim))

Mən burdayam, bəs sən hansı uzaqdasan, ay adam?)

səssiz qalmaq daha yaxşıdır, ay uzaqdakı yaxınım.

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.033
BTC 64107.66
ETH 3148.40
USDT 1.00
SBD 3.84