Yadplanetlilər varmı?

in #tr6 years ago (edited)

Uşaq vaxtlarımızdan hər birimizin ağlında belə bir sual var. Görəsən başqa planet və o planetlərdə yaşayan insanlar və ya məxluqlar varmı? Bu barədə o qədər xəbər, o qədər məlumat var ki, insan bilmir onlar varmı ya yox. Yaşadığımız qalaktikada o qədər planet var ki, bilmirik yadplanetlilər var ya yox? Məncə var. Belə bir sual ortaya çıxır əgər, yadplanetlilər varsa niyə indiyə kimi biz onlarla, onlar bizlərlə əlaqə qurmadı. Gəlin bu sualımıza cavab axtarmağa çalışaq. Bu haqda bir çox fərziyyələr var.

 


image

Birinci teoremə görə nə biz, nə də bizim planetimiz onların vecinə deyil. Yer kürəsi əslində çox da böyük planet sayılımır. Təbii ehtiyatları isə o qədər də çox deyil, bizə güclə çatır. Yəqin yadplanetlilər daha zəngin yerlərdə yaşayır. Bizə ayırmağa vaxtları yoxdur. Digər teoremə görə kainatda həddən çox mədəniyyətlər var. Bunların çoxusu bizdən texnoloji səviyyədən bizdən irəli, bəziləri isə bizdən geridir. Bunların heç biri planetlər arası məsafəni qət edə biləcək texnologiyaya malik deyil. Biz nə qədər desək ki, texnoloji cəhətdən inkişaf etmişik, yalandı. Milyon illər mövcud olan insanlıq Aya insan, Marsa cihazdan başqa heç nə göndərə bilməyib. Bundan başqa heç bir ciddi uğuru yoxdur. Belə çıxır ki, bizim kimi onlar da fərasətsizdir, bir-birimizi tapa bilməmişik.

Digər teoremə görə biz qalaktikanın ən ucqar yerində yerləşdiyimiz üçün heç kəs bizim tərəfə gəlmək istəmir. İllərdir yer planetindən kainata radiosiqnallar göndərilir, hələ də bu siqnallara cavab verən olmayıb. Bəlkə də onlarda radiosiqnalları qəbul edəcək cihaz yoxdur, elə bil ki, biz zəng gözləyirik, bizə mail gəlir.

 


image

Belə bir fikir də var ki, onlar bizi çoxdan tapıblar, sadəcə bizi kənardan izləyirlər. Tutaq ki, yadplanetlilər özləri üçün elə bir dünya qurublar ki, niyə bizi axtarsınlar ki? Bəlkə də keşmişdə yadplanetlilər bizim planetimizə gəliblərmiş. Bizim möcüzə hesab etdiyimiz Misir ehramlarımı yadplanetlilərin tikdiyi fikri var. Bəlkə də yadplanetlilər insanlığın inkişafına kömək etmiş ola bilərdilər. Təsəvvür edin ki, yadplanetlilər aramızda yaşayır, özlərini bizim cildə salaraq, bizdən gizlədərək. Bəzi məhşur insanların yadplanetli olması fikri var. Bu fikrə bir az inanıram.


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/yadplanetlil%c9%99r-varmi

Sort:  

Congratulations @khagani ! You received a 11% upvote from @kryptoniabot & @kryptonia for your task of 3000 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Congratulations! This post has been upvoted from the communal account, @minnowsupport, by khagani from the Minnow Support Project. It's a witness project run by aggroed, ausbitbank, teamsteem, someguy123, neoxian, followbtcnews, and netuoso. The goal is to help Steemit grow by supporting Minnows. Please find us at the Peace, Abundance, and Liberty Network (PALnet) Discord Channel. It's a completely public and open space to all members of the Steemit community who voluntarily choose to be there.

If you would like to delegate to the Minnow Support Project you can do so by clicking on the following links: 50SP, 100SP, 250SP, 500SP, 1000SP, 5000SP.
Be sure to leave at least 50SP undelegated on your account.

Coin Marketplace

STEEM 0.20
TRX 0.15
JST 0.029
BTC 65292.16
ETH 2651.21
USDT 1.00
SBD 2.85