Seriallarda yaşamaq.

in #tr6 years ago (edited)

Sentyabr ayı elə bir aydır ki, özü ilə yeni "sezon"lar gətirir. Payız deyil gələn, saralan yarpaqlar deyil, seriallarımız yeni sezona başlayır. Azərbaycan olaraq seriallarda yaşayan toplumuq, kimsə yaxasını çəkməsin.


image

"Mən seriallara baxmıram" deyən insan bizim cəmiyyətdən deyil, Marsdan gəlib. Belə mahnı vardı, Manana oxuyurdu: " Sən hamı kimi deyilsən, Yerə Aydanmı gəlmisən?" təxmini belə. Deyirəm ki, linki atım bura sizin də qazanacağınız bu mahnı olacaq, yazı çox mənasız bir zaddır. Dinləyin sonra mən davam edim.

Manana

Deməli, evdə həftənin günlərini bölmüşük. Mənim öz seriallarım var, serialım olan günü dünya dağıla yerimdən durmaram. Ta qədimdən biz seriala bağlı xalq olmuşuq, tarix boyu bütün dövlətlər bizim torpaqlarda döyüş filmləri çəkiblər, dizi deyirəm e sizə, dizilər. Dəyişdik, müasirləşdik, müxtəlif "ləşlər"dən sonra bizim insan serialsız dayana bilmədi. Son on ildən çoxdur meylimizi tük seriallarına salmışıq. "Kurtlar Vadisi" bizi böyütdü desəm az olar, onunla yaşlandıq. Deməli, serialin bir yerində Çakırı vururlar, bizim kəndin də bir sakini o ölməsin deyə qurban deyibmiş. Yəni seriala baxmaq azdır, biz yaşayırıq, girib içində hadisələri seyr edirik, müxtəlif yerlərinə düzən verməyə çalışırıq, amma rejissor öz bildiyini edir, istədiyini öldürür, istədiyini yaşadır. Neçə gündü səbrim tükənir, bir serialım var, sezondan qayıtmalıdır, hansı obrazlar qalıb, hansılar gedib deyə fərziyyələr yürüdürəm. Bu mənim problemim deyil ki. Biz serial sevən millətik, qanımıza hopub, vicdan haqqı!!!.


Vicdan haqqı demiş, bizim də yerli seriallarımız var, uzağa getməyək elə götürək "Vicdan haqqı" serialını. Yalan nə deyim, evdə bir bölümünü buraxmırdılar, mən də məcbur baxırdım. Hamı yerli mal alsın, xeyir Vətənə qalsın prinsipi ilə yaşayan adamam. Amma adam insafən danışa gərək, nəyi pisdir ki? Adam tanıyıram, seriallara baxıb həyatına düzən verib, o baş roldakı insan kimi geyinir, yeyir-içir. İqtisadi tərəfdən çox çətin olsa da mənəvi tərəfdən seriallarda yaşamaq zövqlü olsa gərək. Hərdən deyirəm ki, ay ana, niyə məni rejissor doğmadın? Mən də bu boz dünyaya bir iki rəngli serial çəkərdim, vallahi də çəkərdim. Guya serial çəkənlərin məndən nəyi üstündür ki. Ətrafımız da aktyorlarla doludur, pulsuz da rol istəyərlər. Zatən hər kəs öz rolunda, öz yolundadır...

image

 

 


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/09/seriallarda-yasamaq

Sort:  

Congratulations @khagani ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 3101 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Congratulations! This post has been upvoted from the communal account, @minnowsupport, by khagani from the Minnow Support Project. It's a witness project run by aggroed, ausbitbank, teamsteem, someguy123, neoxian, followbtcnews, and netuoso. The goal is to help Steemit grow by supporting Minnows. Please find us at the Peace, Abundance, and Liberty Network (PALnet) Discord Channel. It's a completely public and open space to all members of the Steemit community who voluntarily choose to be there.

If you would like to delegate to the Minnow Support Project you can do so by clicking on the following links: 50SP, 100SP, 250SP, 500SP, 1000SP, 5000SP.
Be sure to leave at least 50SP undelegated on your account.

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.028
BTC 63597.74
ETH 2476.06
USDT 1.00
SBD 2.53